Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Beynəlxalq statuslu Yaşam Koçu,Terapist Əsmər Kərimova: "Uğurun ən böyük şərti ünsiyyətcil olmaqdır"

Tarix:13-10-2022, 11:43

Beynəlxalq statuslu Yaşam Koçu,Terapist Əsmər Kərimova: "Uğurun ən böyük şərti ünsiyyətcil olmaqdır"
- Əsmər xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- İxtisasca dilçi filoloq olsam da,hər zaman psixologiya sənətinə marağım olub. Daima bu sənət haqqında kitablar oxuyur, filmlər izləyirdim. Həyat elə gətirdi ki, mən psixologiya sahəsi ilə daha dərindən araşdırma aparmağa başladım və bu zaman qarşıma Coaching yəni Kouçluq sənəti çıxdı. Məndə çox böyük maraq oyatdı. Yaşam koçluğu mənim həyatımın dönüş nöqtəsi oldu, özüm özümə hədiyyə etdiyim mükəmməl sənətim. Bu sahədə mən özümü və potensialımı kəşf etdim. Aldığım egitimlər, təlimlər məni professional və peşəkar yaşam koçu etdi.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 5 ildir ki, bu sahədəyəm. 2014- cü ildə Coaching egitimi üçün dünyanın ən böyük koçluq federasiyası olan İCFyə müraciət etdim. Qəbul oldum və həm Amerikada, həm Türkiyədə təhsilimi mükəmməl şəkildə davam etdirdim. 2018-ci ildən peşəkar, 2020-ci ildən isə professional kouç kimi fəaliyyət göstərirəm. 202-ci ildə isə ixtisasımı daha da təkmilləşdirib uzmanlıq dərəcəsi aldım.

- İş prinsipiniz nədən ibarətdir?

- Elə danış ki, hər kəs səni dinləmək istəsin... Elə dinlə ki, hər kəs sənə anlatmaq istəsin... Bir Yaşam Koçunun ən gözəl yönü qarşısındakını yargılamadan dinləmək,anlamaq və hayatına mayak olmaqdır.
Yaşam koçluğu insan hayatının özüdür. Koçluq, iş və ya şəxsi həyatda olduğunuz vəziyyətdən istədiyiniz performansa,hədəfə sürətli bir şəkildə çatmaq üçün Koç və Danışan arasında qurulan planlı bir inkişaf əlaqəsidir. Koçluq, doğru suallar ilə insanlarda fərqindəlik yaratma sənətidir. Sual doğru verilərsə, cavab da doğru olar. Koç, sizdə var olan ancaq fərqində olmadığınız xüsusiyyətlərinizi güclü suallar verərək tapmanıza,özünüzü yenidən kəşf etməyinizə səbəb olur. Danışan, özünü kəşf sayəsində geridə qalmış, ötüb keçmiş məsələlərə deyil önünə, gələcəyə baxaraq inkişafa doğru addımlayır. O keçmişdən sadəcə dərs götürür və hədəflədiyi istiqamətə doğru sürətlə irəliləyir.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Motivasiya koçluğu,Yaşam koçluğu, Gestalt-Kouçing və Terapevt, NLP master və Trainer, Bədən dili analizi, Davranış üzrə mütəxəssis, Access Bars terapevt və trainer, Şüuraltı Terapist, Pozitiv Yaşam Terapisti, İlişgi Danışmanlığı.

- Bu gün ən çox hansı hallarda Yaşam koçuna müraciət olunur?

Daxili hüzursuzluq hiss etdikdə

Özgüvənsizlik və Dəyrsizlik duyğusu yaşadıqda

Tez tez keçmiş və gələcəklə bağlı təlaş hissi yaşadıda Ünsiyyət və münasibət qurmaqda çətinlik çəkdikdə

Enerji bitkinliyi hiss edib,gələcəyə odaklana bilmədikdə

Həyatında heçnə yolunda getmir deyə düşündükdə Daim acı çəkmək və ağlamaq üçün bəhanə axtardıqda

Valideynlər və digər insanlarla münasibət pozğunluğunda

İş və şəxsi həyatında tez tez uğursuzluq hiss etdikdə

Motivasiyaya ehtiyac duyulduqda

Bəs Yaşam Koçu nə edir?

Güvən hissi yaradır, yarğılamadan dinləyir

Pozitiv düşündürür

hərəkətə keçirdir

Potensialınızı yüksəldir

Sizin üçün fərqli bir baxış bucağı yaradır

Daha özgüvənli və cəsarətli olmağınıza kömək edir Hədəf və arzularınıza çatmaqda sizə dəstək olur

Düzgün qərar qəbul etməyiniz üçün düzgün seçimlər göstərir.

İradə gücünüzün,əzminizin yüksəlməyində dəstək olur.

- Xarakter olaraq necə birsiniz?

- Zatən bu gün məni yaşam koçu edən mənim xarakterimdir. Özümü dərk etdiyim zamandan həyata baxış bucağım fərqli olub. Yaşımın hər çağında düşüncələrim ilə seçilirdim öz yaşıdlarımdan. Yaşam kouçu güclü bir motivasyon ustasıdır. Bir yaşam kouçu kitablarla,sertifikatlarla,ödüllərlə formalaşmaz. Kouçun özü çətinliklər görmüş, qaranlıqdan keçmiş olmalıdır. Kouçu formalaşdıran həyat təcrübələridir. Onun gözünün içinə baxanda sizi necə anladığını görməlisiniz, ağrınızı hiss etdiyini hiss etməlisiniz, ona inanmalısınız.Təbii ki, koçluq üçün sadəcə egitim bəs etmir, koç mükəmməl insani duyğulara sahib olmalı ki,dəstək olacağı insanlara yardım edə bilsin,onların bir baxışından istər içlərindəki acını, istərsə də daxilindəki potensialı hiss edə bilsin. Bu gün vaz keçmədiyim hər şey üçün özümə təşəkkür edirəm. Sənətimi sevirəm, insanlara xidmət etməkdən zövq alıram. Müdriklərdən biri deyib:"Seçdiyin sənəti pul qazanmaq üçün deyil,sevərək mənimsəyib mükəmməl işlər sərgiləmək üçün sevin!"

- Oxuculara nə məsləhət görürzünüz?

- Etdiyiniz ən kiçik hərəkətə belə ağlınızı, ruhunuzu və sevginizi qatın. Sevğk havanı, torpağı, bitkiləri, pis-yaxşı ayırd etmədən insanları, Allahın yaratdığı hər bir varlığı sevək. Bir bütünün parçalarıyıq hamımız, Parçalarımızı sevǝk! Çünki Sevgidir hər şeyin çarəsi. Və bir də gec olmadan öyrənin: Mövcud olmagi deyil, Yaşamağı...
Gün keçirməyi deyil, Hər saniyənin qədrini bilməyi... Köks ötürməyi deyil,Nəfəs almağı... Sahibləndiyiniz yad düşüncələrlə deyil, öz düşüncələrinizlə yaşamağı...

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu sənəti seçərkən inanırdım ki, atdığım addımlar, aldığım qərarlar başarılara imza atacaq. Şükürlər olsun elə də oldu. Məqsədlərimin ardınca gedir və ən əsası özümü başqaları ilə müqayisə etmirəm. Dünənimə baxır, bu günümlə müqayisə edir və gələcəyə doğru addımlayıram. Kariyera qurmaq əmək və uzun illər tələb edir. Uğurlu insanların həm xarici,həm də daxili parametrləri olur. İşinin peşəkarı olmaq, güclü insan olmaq, tanınmaq xarici parametrlərdi. Zəhmətkeşlik, inadkarlıq, sevgi isə daxili parametrlərdir. Uğurun növbəti ən böyük şərti ünsiyyətcil olmaqdır. Öz fikirlərini ifadə edə bilməsən, kiminsə səni görməsi, bacarıqlarını görməsi qeyri mümkündür. İnsanlar sənin ünsiyyətindən aldığları emosiyalarla sənin haqqında fikirlər formalaşdırırlar. İnsana özünü təqdim etmək çox vacibdir və bunu ancaq ünsiyyət yolu ilə etmək mümkündür. Məncə ünsiyyətcil insanlar həyatda həmişə bir addım öndə olurlar!

Əlaqə: (051) 999 45 85 (teleqram)

(050) 960 26 85 (whatsapp)

İnstagram: @esmer_life_coach

Beynəlxalq statuslu Yaşam Koçu,Terapist Əsmər Kərimova: "Uğurun ən böyük şərti ünsiyyətcil olmaqdır"
Beynəlxalq statuslu Yaşam Koçu,Terapist Əsmər Kərimova: "Uğurun ən böyük şərti ünsiyyətcil olmaqdır"
Beynəlxalq statuslu Yaşam Koçu,Terapist Əsmər Kərimova: "Uğurun ən böyük şərti ünsiyyətcil olmaqdır"
Beynəlxalq statuslu Yaşam Koçu,Terapist Əsmər Kərimova: "Uğurun ən böyük şərti ünsiyyətcil olmaqdır"
Beynəlxalq statuslu Yaşam Koçu,Terapist Əsmər Kərimova: "Uğurun ən böyük şərti ünsiyyətcil olmaqdır"
Beynəlxalq statuslu Yaşam Koçu,Terapist Əsmər Kərimova: "Uğurun ən böyük şərti ünsiyyətcil olmaqdır"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...