Anons

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Dünən, 13:14- Rəisi kim idi?

Dünən, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Dünən, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Dünən, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Dünən, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Dünən, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Dünən, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Dünən, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Dünən, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Haqqımızda Əlaqə

Həkim Radioloq, Ultrasəs müayinəsi mütəxəssisi Xanım Əliyeva: "Əsas iş prinsipim yararlı olmaqdır"

Tarix:5-03-2022, 21:06

Həkim Radioloq, Ultrasəs müayinəsi mütəxəssisi Xanım Əliyeva: "Əsas iş prinsipim yararlı olmaqdır"
- Xanım xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Hələ uşaq yaşlarımdan çox mərhəmətli və yardımsevər idim. Hər zaman hamının köməyinə yetişərdim. Bilirsinizmi, mən hər bir insanın bir amal, bir missiyayla dünyaya gəldiyinə çox inanıram. Ona görə də həkimlik və mən bir bütövük, öz missiyamı tapmış və tamamlamış kimi...

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 15 ildir ki, bu sahədəyəm. Demək olar ki, Azərbaycan Tibb Universitetini bitirən kimi fəaliyyət göstərmişəm. Əvvələr həkim hematoloq kimi işləmişəm. Son on ildir ki, həkim radioloq-ultrasəs həkimi kimi fəaliyyət göstərirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Əsas iş prinsipim yararlı olmaqdır. Bilirsinizmi, bir perfeksionist kimi nə edirəmsə, ən yaxşısını etməyə çalışıram. Bu hər yerdə belədir. Prinsipim nə edirəmsə, bacardığımın ən mükəmməlini etməkdir.

- İnsanlar sizə dah çox nə ilə bağlı müraciət edirlər?

- Radiologiya böyük məhfumdur. Eləcə də, onun kiçik bir sahəsi olan ultrasəs müayinəsi, amma özündə o qədər müayinələri birldirir ki, başdan ayağa kimi... Bununla yanaşı, həm ata, həm ana nəslimin ilk və tək həkimi mənəm. Xasiyyətim gərəyi ilə də müraciət edən hər bir pasientə kömək etməyə çalışıram. İxtisasım daxilində olmasa da, heç kəsə laqeyd qala bilmirəm.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Öz sahəm üzrə daxili orqanların tam müayinəsi və doppleri, qadınlarda pelvik orqanların ginekoloji müayinəsi, süd vəzisi, kişilərdə prostat prostat vəzin müayinəsi ilə məşğul oluram. Əsasən hamilələrlə işləyirik. 1-ci, 2-ci, 3-cü trimester hamiləlik zamanı skrininq və rutin kontrolların aparılması, hamiləlik doppleroqrafyası, aşağı ətrafların, boyun damarlarının broxiosefal doppleri, yumuşaq toxuma və limfa düyünlərinin müayinəsi, uşaqlarda bud çanaq və neyrosinoqrafiyasını son protokollara uyğun aparıram.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Üç övladım var.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Bir həkim olaraq "həkim cəhaləti"nə "yox" deyirəm. Biz həkimlər hər gün yenilənən tibbi hər gün öyrənməliyiyik, araşdırmalıyıq. Dünya standartlarından, beynəlxalq normativlərdən xəbərdar olub, onları öz praktikamıza tətbiq etməliyik. Artıq sovet dövre deyil!!! İnteqarasiya, tərəqqi, texnologiya dövründəyik. Necə deyərlər, bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır!

- Xarakter olaraq necə birisiniz?

- Yardımsevər və ədalətli biriyəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara ildə bir dəfə, ehtiyac olduqda isə iki dəfə ultrasəs müayinəsindən keçməyi məsləhət görürəm. Çünki vaxtında qoyulan düzgün diaqnoz həyat keyfiyyətini yaxşılaşdırır və ömrü uzadır. Düzgün diaqnoz isə müalicənin yarısıdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu işlə bu qədər bütövləşərəm. Dünyaya gəlişimi, missiyamı tam anlamilə tamamlamış olaram.

Əlaqə nömrəsi: (055) 374 50 00

İnstagram:

dr.xanim_aliyeva_usm

Həkim Radioloq, Ultrasəs müayinəsi mütəxəssisi Xanım Əliyeva: "Əsas iş prinsipim yararlı olmaqdır"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...