Anons

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Dünən, 13:14- Rəisi kim idi?

Dünən, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Dünən, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Dünən, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Dünən, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Dünən, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Dünən, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Dünən, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Dünən, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Haqqımızda Əlaqə

Mama-ginekoloq Nigar Yaqubova: "Sağlamlığı qorumaq onu müalicə etməkdən asandır"

Tarix:5-03-2022, 11:34

Mama-ginekoloq Nigar Yaqubova: "Sağlamlığı qorumaq onu müalicə etməkdən asandır"
- Nigar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Uşaqlıq arzum idi. Əlbəttə,valideynlərim də həkim olmağımı istəyirdi. Ona görə də bu sahəni seçdim.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 25 ildir ki, bu sahədəyəm.

- İş prinsipiniz nədən ibarətdir?

- İş prinsipim Hippokrat andına çox uyğun gəlir. Yəni günün hansı vaxt olmasından, xəstənin sosial vəziyyətindən, mənim şəxsi problemimdən asılı olmayaraq xəstəyə diqqət göstərmək.

- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Əlbəttə, ixtisasıma uyğun olaraq mənə, əsasən, qadın xəstəlikləri ilə əlaqədar müraciətlər olur. Ancaq bəzən səhiyyənin başqa istiqamətləri, hətta tamam ayrı həyati məsələlərlə bağlı müraciətlər də olur, bunu tam təbii hesab edirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

-Demək olar ki, bütün işləri. Zərurət olanda tibb bacısının, hətta anestozoloqun,cərrahın bəzi missiyalarını icra etməli oluram.

- Xarakter olaraq necə birisiniz?

- Bunu daha dəqiq ətrafımdakılar deyə bilər, deyilənə görə,sabit, tədbirli, ünsiyyətcil adamam. Xəstələrin sağlamlığa qovuşmasına israrlıyam.

- Ailəlisinizmi?

- Bəli. Bir oğlum var.

- Bir həkim olaraq olaraq nəyə "yox" deyirsiniz?

- Çox şeyə-çarəsiz xəstəliklərə, ruhdan düşən xəstələrə, ümidsizliyə, bədbinliyə-bunlar həkimin funksiyalarına mane olan amillərdir. Ancaq ən çox cahilliyə, səhhətə laqeyd yanaşmaya, düşünmədən atılan addımlara, öz sağlamlığını təsadüfi adamlara etibar etməyə “yox” deyirəm. Həyatımızı əlimizdən alan, həyatımızı zəhərləyən xəstəliklərə "yox" deyirəm. Bir də ki, qız övladlarını erkən yaşda ailə qurmağa vadar edən valideynlərə demək istəyirəm ki, övladlarınıza yazığınız gəlsin. Belə etməyin! Övladlarınızı bədbəxçiliyə sürükləməyin! Eyni zamanda hamilə xanımlara çox diqqətlə yanaşılmasını istərdim. Onları stressdən uzaq saxlayaq. Çünki gələcək körpənin həyatı təhlükədə ola bilər. Bu mövzularda maarifləndirmək və maariflənmək çox önəmlidir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Allahın insan bəxş etdiyi ən dəyərli nemətin cansağlığı olduğunu, tanrının verdiyi bu əmanəti qorumağa borclu olduğumuzu, həm də sağlamlığı qorumağın onu müalicə etməkdən asan başa gəldiyini unutmasınlar.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu sənəti seçərkən ağlıma gəlməzdi ki, bu qədər çətin, məsuliyyətli, ağır bir yükün altına çiyin verirəm. Ancaq ən çox peşmanlıq yaradan bəzi xəstələrin cahillikdən, bilməməzlikdən özünü çıxılmaz vəziyyətə salması, ancaq bu halda həkimə müraciət etməsi olur. XXI əsrin 20-ci illərini yaşasaq da, bəzi adamlar hələ də XIX əsrdədirlər. Hələ də onun-bunun sözü ilə “müalicə” olunur, hələ də səhiyyənin imkanlarına şübhə ilə yanaşır, necə deyərlər,”nadanlıq ilə vidalaşmaq istəmirlər”. Pandemiyanın acı nəticələrində bunu çox müşahidə etdik...

Əlaqə nömrəsi: (051) 583 78 76

Mama-ginekoloq Nigar Yaqubova: "Sağlamlığı qorumaq onu müalicə etməkdən asandır"
Mama-ginekoloq Nigar Yaqubova: "Sağlamlığı qorumaq onu müalicə etməkdən asandır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...