Anons

Bu gün, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Bu gün, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Bu gün, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Bu gün, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Bu gün, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Dünən, 13:14- Rəisi kim idi?

Dünən, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Dünən, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Dünən, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Dünən, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Haqqımızda Əlaqə

Ginekoloq Nərgiz Teymurova: "Hər zaman yeniliklər axtarıram"

Tarix:3-03-2022, 15:25

Ginekoloq Nərgiz Teymurova: "Hər zaman yeniliklər axtarıram"
- Nərgiz xanım, necə oldu ki, həkim oldunuz?

- Mən özümü dərk etdiyim gündən valideynlərim deyirdilər ki, sən həkim olacaqsan. Mən də onların arzusunu ürəklərində qoymadım. Tibb Universitetinin pediatriya fakültəsinə daxil oldum. Dördüncü kursda atama dedim ki, mən doğum evində işləmək istəyirəm. Atam mənə kömək etdi. Amma orada işə xadimə kimi başladım, sonra növbətçi həkim kimi çalışdım. Daha sonra ordinatr oldum, müdafiə etdikdən və valideynlərimin ürəyindəki arzusunu yetirdikdən sonra tibb elmləri namizədi diplomumu göstərib dedim ki, pediatriyadan çıxıram. Onlar şoka düşdülər.Çünki on beş il pediatr kimi işləmişdim. Atam dedi ki, mən səni baş həkimin müavini vəzifəsinə qoyacaqdım. Lakin mən qərarımda qəti idi. Ginekoloqluğa sevgim çox idi. Atam narazı olsa da, yoldaşım mənə dəstək oldu və mən ginekologiyaya gəldim.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 30 ildir ki, bu sahədəyəm.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- İnsanlığa yaraşmayan hər bir hərəkətə "yox" deyirəm. Bəzi həkimlər var ki, pasientlərin onlara istirahət günləri zəng etməyindən narahat olurlar. Əgər bir pasient mənə zəng edib qanaxması olduğunu deyirsə, mənim istirahət günüm olsa da, necə rahat ola bilərəm? Şəxsən mən belə hallarda özümə yer tapa bilmirəm.

- Xarakter olaraq necə birisiniz?

- Özümə qarşı çox pis xasiyyətim var. Paxıllığım yoxdur. Gözəllik aşiqiyəm. Sizə maraqlı bir hadisəni danışım. Bizim evliliyimizin on beşinci il dönümündə həyat yoldaşım məni Parisə apardı. Oradan qayıdandan sonra sanki mənə vergi verildi. Üç gün sonra özüm də bilmədən rəsm əsərləri yaratmağa başladım. Yaradıcı insan olduğum üçün hər zaman yeniliklər axtarıram. Adrenalini sevirəm.

- Öz sənətinizdə möcüzələrlə rastlaşmısınızmı?

- Həddindən artıq çox görmüşəm. Elə vaxt olub ki, doğuşda problemlər yaranıb. Mən Allaha ürəyimdə yalvarıb deyirdim ki, Fatimeyi-Zəhraya xatir kömək olsun. İnandırım sizi, gözlənilməz anda həmin problemlər aradan qalxırdı. Həqiqətən də hər şey Allahın əlindədir. Biz sadəcə olaraq bir vasitəçiyik.

- İllərdir ki, Allahın izni ilə valideynlərə körpə dünyaya gətirməkdə kömək edirsiniz. Bəs özünüzün niyə bir övladınız var? Başqa övlad istəməmisiniz, yoxsa..?

- İstəmişəm. Amma Allah vermədi. Hər dəfə ikinci uşağın söhbəti gedəndə mən yuxu görürdüm. Görürdüm ki, cücə hininə girirəm. Əlimə götürdüyüm cücələrin hamısı şikəst olur. Yuxudan ayılanda Allaha yalvarırdım ki, mənə xəstə uşaq verəcəksəns, vermə. Allah səsimi eşitdi. Uşaq vermədi, amma ömrüm uşaqların içərisində keçir. Buna görə də Allahıma sonsuz minnətdaram.

- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, mən incəsənət adamı olaram.

Əlaqə nömrəsi: (055) 515 72 29

Ginekoloq Nərgiz Teymurova: "Hər zaman yeniliklər axtarıram"
Ginekoloq Nərgiz Teymurova: "Hər zaman yeniliklər axtarıram"
Ginekoloq Nərgiz Teymurova: "Hər zaman yeniliklər axtarıram"
Ginekoloq Nərgiz Teymurova: "Hər zaman yeniliklər axtarıram"
Ginekoloq Nərgiz Teymurova: "Hər zaman yeniliklər axtarıram"
Ginekoloq Nərgiz Teymurova: "Hər zaman yeniliklər axtarıram"
Ginekoloq Nərgiz Teymurova: "Hər zaman yeniliklər axtarıram"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...