Anons

Bu gün, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Dünən, 13:14- Rəisi kim idi?

Dünən, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Dünən, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Dünən, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Dünən, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Dünən, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Dünən, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Dünən, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Dünən, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

Haqqımızda Əlaqə

İnsan resursları üzrə baş menecer Fidan Əliyeva: "Hər kəsə fərdi olaraq yanaşıb, eyni münasibəti göstərməyi bacarmaq lazımdır"

Tarix:4-03-2022, 12:02

İnsan resursları üzrə baş menecer Fidan Əliyeva: "Hər kəsə fərdi olaraq yanaşıb, eyni münasibəti göstərməyi bacarmaq lazımdır"
- Fidan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Əslində bir çox sahələr üzrə bacarığım var idi. Lakin insanları və məsələləri düzgün qiymətləndirməyi uşaq vaxtından bacarıram. Bu sahə məndə mükəmməl alındığını iş gedişatında anlayaraq bu sahədə qalası oldum.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 10 ildir ki, sırf bu sahə üzrə müxtəlif vəzifələri icra edirəm.

- Sizcə, mükəmməl HR olmaq üçün nə etmək lazımdır?

- Bu sahədə bəzi incəliklər var. Sən sırf daxilən həmin bacarığa əzəldən sahib olmalısan. İşi icra etmək və bitirməklə iş bitməz. İlk öncə insan psixologiyasını bilməlisən. Hər kəsə fərdi olaraq yanaşıb, eyni münasibəti göstərməyi bacarmaq lazımdır

- İşçilər ilə işləmək çətindirmi?

- Xeyr , işçilərdən daha çox sağlam olmayan insanların əhatəsində olanda çətin olur. Hər kəsə hər şeyi anlatmaq məcburiyyətindəsən, amma düzgün seçilməyən bəzi əməkdaşların əhatəsində olduqda işləmək çətin olur.

- İs prinsipiniz nədən ibarətdir?

- Ən güclü HR, özünü daha çox sayda vəzifə və bacarığından asılı olmayaraq insanın yerinə qoya biləndir.

- İnsan Resursları dedikdə nə nəzərdə tutulur?

- İnsan Resursları deyərkən, ümumiyyətlə, ilk, hətta tək ağla gələn işə qəbul prosessidir, deyərdim. Çünki doğru pozisiyaya, doğru resursu təyin etmək bir şirkət üçün ən kritik işdir.
Yetər ki, bu qərar sırf HR - a buraxılsın.

- Şəxi həyat ilə bu peşə alınırmı?

- Əslində çətindir, çünki mən işimi sevərək yanaşır və işçiləri hər zaman dinləməyə hazır olduğum üçün , işdən kənar mənimlə ünsiyyətdə olmalarına şərait yaratmışam. Bu da mənim şəxsi həyatımdan vaxtımı alır.

- Xarakter olaraq necə birisiniz?

- İR menecerinin vəzifəsi hər şeydən öncə fədakarlıq və səbr sahibi olmaqdan başlayır. Əslində isə şəxsi həyatımda səbrli biri deyiləm, lakin insanları dinləyib tanımaq və anlamaq üçün səbrim çoxdur. Olduqca məqsədyönlü və sərbəst fikirliyəm, ilk olaraq fərgli görünə bilirəm, münasibət quran birinə bənzəmirəm. Amma əslində hər kəslə rahat ünsiyyət qururam və tez bir zamanda özümə məxsus yer tuturam. sevilirəm. Bu həyat təcrübəmdən irəli gələn amildir ki, hər kəsə müəyyən vaxta qədər sərhəd qoyuram. Çünki yaxına buraxdıqda çox səmimi biri oluram və iş həyatıma mane olur. Anlayışlıyam və liderlik mənim üçün önəmlidir. Misal olaraq: Şöbədə 10 nəfərdən 3 nəfər ilə münasibət qura bilərəm, lakin qurduğum münasibət sağlam və uzunmüddətli olur.

- Övladınızı da öz davamçınız kimi görmək istərdinizmi?

- Xeyr. Arzuladığım digər sahələr var, əlbəttə ki, istəklər üst-üstə düşərsə...

- Bu günki düzgün seçilməyən işçilərdə problem sizcə nədən qaynaqlanır?

- Problem bundadır ki, müəssisələrin nümayəndələri düzgün suallar vermir. Hər kəs internetdə “müsahibədə verilə biləcək ən çətin suallar”ı hazırlayır və namizəd tapıb “doğru” cavabları əzbərləyir. Bu şəkildə müsahibə süni olaraq həyata keçirilir. HR-ın qarşısında gerçək insan deyil, rola girmiş personaj durur. Bəzən həmin namizədlər testə cavab versə belə vakant vəzifəyə uyğun gəlmir.
Yəni hər ATU - bitirən həkim deyil anlamına gəlir.

-Oxuculara nə məsləhət görürsünüz?

- Əgər ən yaxşı namizədi işə götürmək istəyirsinizsə, onlara özlərini nümayiş etdirməyə şərait yaradın.
İnsanların ehtiyaclarını və düşüncələrini anlaya bilmək çox vacibdir. Namizədlərə məsləhətim isə, çalışın ə, olduğunuz qədər özünüzü tanıdınki uyğun yerə laiq olasınız.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu gün işçi seçimi bu qədər ucuzlaşsın. İnsanların mədəniyyəti və anlayışı məhdudlaşsın. Namizəd Keyfiyyətli işçi kimi deyil, götürənin öz marağ çərçivəsində qiymətləndirilsin! Öz şəxsi ambisiyasına görə bir arada bir çox işi görə bilən keyfiyyətli işçi işdən uzaqlaşdırılsın. Fikrimcə Bir namizədin dəyəri qabiliyyətləri və biliyinin çoxluğuna görə deyil, onları necə istifadə edəcəyinə və bacarığına əsasən ölçülməlidir. Şirkət tərəfindən çatmaq istənilən hədəf doğru və bir yolla müəyyən olunarsa həm doğru namizədləri seçmək həm də bir məqsəd uğrunda hərəkət etmək asan olar.
Şirkətə lazımlı mütəxəssisi işə qəbul etmək hər şey demək deyil, eyni zamanda bu işçidən yüksək nəticələr də əldə etmək üçün şirkət mədəniyyətindən tutmuş iş saatlarına qədər çox fərqli və buna təsir göstərən bir çox mühüm amillər vardır. Mühüm amillərdən ən vacibi də HR-a müdiriyyət tərəfindən tapşırıqlar verilirsə, onların düzgün icrasınada yol verilməlidir.
Keyfiyyətli iş ancaq rəhbər ilə HR arasında qurulan sağlam, anlayışlı möhkəm əlaqələr nəticəsində mümkündür. İR sistemlərini idarə etmək az zaman aparmır. Keyfiyyətli iş üçün tələbdən çox, ona şərait yaradılmalıdır. Bir HR kimi şirkətin məqsədinə uyğun davranmağa, hər bir işçini dinləməyə və əlimdən gələni etməyə hər zaman hazıram.

Əlaqə üçün: [email protected]

http://linkedin.com/in/fidan- alieva-28a539188

İnsan resursları üzrə baş menecer Fidan Əliyeva: "Hər kəsə fərdi olaraq yanaşıb, eyni münasibəti göstərməyi bacarmaq lazımdır"
İnsan resursları üzrə baş menecer Fidan Əliyeva: "Hər kəsə fərdi olaraq yanaşıb, eyni münasibəti göstərməyi bacarmaq lazımdır"
İnsan resursları üzrə baş menecer Fidan Əliyeva: "Hər kəsə fərdi olaraq yanaşıb, eyni münasibəti göstərməyi bacarmaq lazımdır"
İnsan resursları üzrə baş menecer Fidan Əliyeva: "Hər kəsə fərdi olaraq yanaşıb, eyni münasibəti göstərməyi bacarmaq lazımdır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...