Anons

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Haqqımızda Əlaqə

Loqoped-defektoloq, kəkələmə üzrə mütəxəssis Tural Həsənli: "Ağlıma gəlməzdi ki, uşaqları bu qədər sevərəm"

Tarix:22-09-2021, 15:22

Loqoped-defektoloq, kəkələmə üzrə mütəxəssis Tural Həsənli: "Ağlıma gəlməzdi ki, uşaqları bu qədər sevərəm"
- Tural müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən Dövlət Pedoqoji Universitetini korreksiya edici təlimi üzrə bitirdim. Oranı bitirdikdən sonra uşaq nevroloji mərkəzində fəaliyyətə başladım. Sonra müxtəlif özəl müəssisələrdə çalışdım. Hal-hazırda "Dioloji Nitq İnkişaf" mərkəzində öz komandamızla fəaliyyətimizi davam etdiririk. Mənim əsas məqsədim problemli uşaqlara yardım etmək olub. Universitetdə də oxuyarkən bu sahəyə marağım daha da artdı. Öz peşəmi sevməyə başladım və bu sahəni seçdim.

- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?

- Doqquz ildir ki, bu sahədəyəm.

- Hansı metodlar əsasında işləyirsiniz?

- Biz Dünya və Avropa metodları əsasında çalışırıq. Ən əsas metodumuz binaural terapiya üsuludur ki, onu da Azərbaycana ilk dəfə mən gətirmişəm. Hal-hazırda ona oxşar metodlar var. Amma bu işi dərindən bilmək lazımdır. Baş-beyinin EEG-lərini oxumaq, oradakı frenkasları tutmaq gərəkdir. Məsələn, insan mürgüləyəndə teda, yuxuya gedəndə delta, aktiv fəaliyyətdə olanda beta, dinlənmə modunda olanda alfa, sevgi hissi yaşayanda isə qamma dalğalarının təsiri altında olur. Biz əvvəlcə frekansları müayinə edirik və bəzən görürük ki, sadaladığımız dalğalarda müəyyən qədər zəiflik var. O zaman biz qulaqlar vasitəsilə beyini qıcıqlandırırıq ki, frekanslar qaydaya düşsün. Kəkələmə nitq inkişafı da bu yöndədir. Uşaqlarla qavrama qaydaları işləyirik, bu da dalğaların bərabərləşməsinə köməl edir.

- Son zamanlarda sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Daha çox kəkələmə ilə bağlı müraciətlər olur.

- Bu hallar niyə baş verir?

- Mənim fəaliyyətimin doqquz ilini illərə bölsək, ilk iki ildə kəkələmə daha çox qoruxlar nəticəsində yaranırdı. Sonrakı iki ildə ailədaxili münqaşilərədən əmələ gəldiyinin şahidi olmuşam. Son illərdə isə nitq inkişafının ləngiməsindən irəli gəldiyini görürəm. Kəkələməsi olan uşaqları loqopeda aparırlar. Bəzi loqopedlər uşağın beynini hədsiz informasiyalarla yükləyirlər. Bu, düzgün deyil. Çünki beyin çatdırmır. Kəkələmə onsuz da beyin tempo ritminin pozulması deməkdir.

- Mərkəzinizdə hansı işlər görülür?

- Bizim mərkəzimizdə loqopedik, psixoloji, defektoloji məşğələlər keçirilir. Müxtəlif yaş qruplarındam ibarət qruplar yaradılır. Təcrübəli mütəxəssislərlə işləyirik. Onların hər biri uşaqlarla öz övladları kimi davranırlar.

- Bəs özünüz xarakter olaraq necə birisiniz?

- Deyilənə görə, uşaqlıqda davakar olmuşam. Çılğın biriyəm. Amma bir o qədər də şən və pozetivəm.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, uşaqları bu qədər sevərəm və səbrli olaram.

Əlaqə nömrəsi: (070) 654 34 81

Loqoped-defektoloq, kəkələmə üzrə mütəxəssis Tural Həsənli: "Ağlıma gəlməzdi ki, uşaqları bu qədər sevərəm"
Loqoped-defektoloq, kəkələmə üzrə mütəxəssis Tural Həsənli: "Ağlıma gəlməzdi ki, uşaqları bu qədər sevərəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...