Anons

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Haqqımızda Əlaqə

İbtidai sinif müəllimi, pedaqoq, psixoloq, yaşam koçu, beynəlxalq təlimçi Şamama İbrahimli: "Psixoloqun ən güclü tərəfi yaxşı dinləyici olmasıdır"

Tarix:24-08-2021, 16:00

İbtidai sinif müəllimi, pedaqoq, psixoloq, yaşam koçu, beynəlxalq təlimçi Şamama İbrahimli: "Psixoloqun ən güclü tərəfi yaxşı dinləyici olmasıdır"

- Şamama xanım, niyə məhz psixoloq oldunuz?

- Əslində psixologiyaya olan marağım birinci ixtisasım olan ibtidai sinif müəllimliyindən irəli gəlir. Orta məktəb təcrübələrində iştirak etdiyim müddətdə uşaqlarla ünsiyyətdə psixoloji biliklərin də vacib olduğunu kəşf etdim. Bir müəllim hər bir şagirdə fərdi yanaşma etmək üçün ən azı uşaq psixologiyasını, onların valideyinləri ilə düzgün ünsiyyət qurması üçün isə ümumi psixologiyanı bilməlidir. Bu fikirdən yola çıxaraq ilk öncə uşaq psixologiyası, sonra isə ümumi psixologiya üzrə təhsil almağı hədəflədim.
 
- Neçə ildir ki, bu sahədəsiniz?

- Daha öncə də qeyd etdiyim kimi, müəllim kimi təhsil aldığım dövrdən bəri psixologiya ilə maraqlanıram. Uzun müddətdir ki, psixologiya üzrə təhsilimi tamamlayıb fəaliyyətə başlamışam. Bu gün də bu sahədə araşdırmalarımı aparıram və yeni biliklər əldə etməyə davam edirəm.

-  Hansı metodlarla çalışırsınız?

 - İnsan bədənində hər bir orqanın öz həkimi olduğu kimi ruhun həkimi də psixoloqlardır. Necə ki, hər həkim öz sahəsinə uyğun araşdırma aparıb diaqnoz qoyur, biz də pasiyentlərimizə fərdi qaydada yanaşıb ona uyğun metodları tətbiq edirik. Psixologiya elə bir sahədir ki, qarşımızdakı insana fərdi yanaşılmalıdır və təbii olaraq konkret bir metod hər kəs üçün keçərli deyil. Ümumilikdə müşahidə, dinləmə, təhlil metodlarını istifadə edirəm.

- Bir psixoloq olaraq sizi narahat edən hansı məsələlərdir?

- Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir o zaman uşaqlarda müşahidə etdiyimiz problemlər məni daha çox narahat edir. Burada uşaqlarda olan telefon asılığı, aqressiya, içinəqapanıqlılıq və bu kimi digər mənfi halları qeyd edə bilərəm. Çox təəsüf hissi ilə bildirirəm ki, bu gün günahlandırdığımız valideyinlər  dünənin düzgün yetişdirilməmiş uşaqlarıdır. Dolayısı ilə uşaqlara qarşı səhv yanaşma və valideyinlər tərəfindən özlərinə lazım olan şəxsi psixoloji dəstəyi qəbul etməmələri məni narahat edir. Bu gün valideyin və mütəxəssis olaraq uşaqları düzgün yönəltməsək, cəmiyyət üçün gələcəyin problemli fərdlərini yetişdirmiş olarıq.

 - Yaxşı psixoloq olmaq üçün nə etmək lazımdır?

- Bir psixoloq özü güclü psixologiyaya sahib olmalıdır. Bunun üçün ən vacibi səbr və dinləmə bacarığıdır.Psixoloq qarşısındakını yarqılamadan dinləməli və lazımi peşəkar dəstəyini əsirgəməməlidir. Çünki, bizə müraciət edən insanların əksəriyyətinin ən çox dinlənməyə və motivasiyaya ehtiyacı var. Ona görə də, peşakar bir psixoloqun ən güclü tərəfi yaxşı dinləyici olmasıdır.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var.

-  Necə bir xarakterə sahibsiniz?

 - Mübarizə ruhu çox yüksək olan bir insanam. Hədəflərimdən və məqsədlərimdən əsla vaz keçmərəm. Bir şeyi əldə etmək istəyirəmsə, mütləq bir yolunu taparam. Qısaca, xarakterimi özətləsəm, disiplinli və inadçı deyə bilərəm.

 - Mən bu peşəni seçərkən aglıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

 - Mən bu peşəni seçərkən aglima gəlməzdi ki, insanlara faydalı olmaq bu qədər zövqlü və sevindiricidir! Pasiyentlərimdən aldığım müsbət rəylər və nəticələr məni daha çox öyrənməyə sövq etdi. Nəticədə Yaşam Kouçu və təlimçi olaraq təhsilimi başa vurub daha geniş kütləyə faydalı olmağa nail oldum.

Əlaqə nömrəsi: (055) 398 54 04

İbtidai sinif müəllimi, pedaqoq, psixoloq, yaşam koçu, beynəlxalq təlimçi Şamama İbrahimli: "Psixoloqun ən güclü tərəfi yaxşı dinləyici olmasıdır"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...