Anons

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Haqqımızda Əlaqə

Beynəlxalq dərəcəli təlimçi-pedaqoq, diksiya və təsirli nitq üzrə mütəxəssis Nərmin İbrahimova: " İş həyatımda kimisə, nəyisə təkrarlamağı sevmirəm"

Tarix:20-08-2021, 12:51

Beynəlxalq dərəcəli təlimçi-pedaqoq, diksiya və təsirli nitq üzrə mütəxəssis Nərmin İbrahimova: " İş həyatımda kimisə, nəyisə təkrarlamağı sevmirəm" - Nərmin xanım, haradan baslayıb, haraya gəldiniz?

- Dünyaya yenicə gözünü açan körpə ayaqüstə dayanmağı öyrənənə, addımlayana qədər hansı mərhələlərdən keçirsə, öz fəaliyyətim üzrə ayaqüstə durmağı və sağlam addımlamağı öyrənənə qədər mən də o mərhələləri tək-tək adladım. Öncə iməkləməyə müvəffəq olursan, daha sonra yıxıla-yıxıla ayaqüstə durmağı öyrənirsən, yerə sağlam basa bildinsə, artıq addımlamağa başlayırsan. Ta ki, qaçmağı öyrənənə qədər… Təbii ki, bu mərhələləri adladığın zaman ətrafında sənə mənəvi dəstək verən ailən, sevdiklərin olur. Sən hər bir addım irəli getdikcə, səninlə birlikdə sevinir.
Hər uşaq kimi uşaqlıq illərində fərqli fəaliyyət sahəsini-(həkim), yetginlik illərində isə başqa fəaliyyət sahəsini-( hüquqşünas) seçəcəyimi düşünürdüm.
Amma son seçim olaraq, sadaladığım və sadalamadığım bütün peşə sahiblərini yetişdirən bir peşəni seçdim. Hansı ki, mən burda peşə gərəyi olaraq, yeri gəldiyi zaman həkim, yeri gəldiyi zaman hüquqşünas belə ola bilirəm.
Burda ola bilmək üçün bir sıra çətinlikləri geridə qoydum. Hansı ki, hər zaman qürurla deyə bilirəm, «bu günüm üçün dünənimə- dünənimdəki çətinliklərə borcluyam.»
Çünki çətinlik böyük müəllimdir. Mən o müəllimə ömrümün sonuna qədər minnətdar olacağam.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Mən işsiz, hərəkətsiz qalmağı sevən insan deyiləm. Daimi hər hansı bir işlə məşğul olmalıyam, yeniliklər üzərində çalışmalıyam. Əks halda günümü mənasız, özümü isə faydasız biri hesab edirəm.
Amma onu da əlavə edim ki, sevmədiyim işi görə bilmərəm, daha doğrusu, görmək istəmərəm.
Tələbəlik illərindən bəri bu sahədə həvəskar fəaliyyətə başlamışam. Bir sıra sosial-ictimai əhəmiyyətli layihələrdə iştirak etmişəm.
Amma artıq 3-4 ilə yaxındır ki, peşəkar fəaliyyətlə məşğulam.
«İN ACADEMY» adı altında isə tam 1 ildir fəaliyyət göstəririk.

- Öz sahəniz üzrə fəaliyyətiniz nədən ibarətdir?

- Bir neçə əsas istiqamət üzrə fəaliyyət göstərirəm.
Fəaliyyət istiqamətlərindən biri pedogika sahəsi üzrədir. Ailə və uşaq münasibətləri üzrə mütəxəssis kimi bu il bu sahədə Beynəlxalq dərəcə almağa müvəffəq oldum.
Digər istiqamət isə Diksiya və Təsirli Nitq üzrə mütəxəssis olaraq fəaliyyətdir.
Bu bir neçə fəaliyyət istiqamətini vahid formada bişləşdirərək, Azərbaycanda ilk dəfə olaraq «İN ACADEMY» adı altında Valideyn Akademiyası, Xüsusi İnkişaf Platforması yaratdıq.
Cəmiyyət ailədən formalaşır. Bu gün cəmiyyətimizdə mövcud olan bütün sosial problemlərin əsas hərəkətverici qüvvəsi demək olar ki, düzgün formalaşdırılmayan ailə modeli və modelin yaratmış olduğu yanlış tərbiyə üsullarıdır.
Bizim isə məqsədimiz bu sahədə ailələrə, valideynlərə, gənclərə dəstək olaraq düzgün ailə-valideyn-cəmiyyət modeli formalaşdırmaqdır.

- İnsanlar sizə daha cox hansı problemlerlə bağlı müraciət edirler?

- Daha çox ailə münasibətlərini əhatə edir. Bura qadın-kişi, valideyn-övlad münasibətlərini nümunə göstərə bilərəm.
Ailə həyatı qurduqdan sonra cütlər arasında yaranan və boşanmaya gətirib çıxaran münasibət və bu vəziyyətin uşaqlara təsiri üzərində qurulan problemlərlə bağlı müraciətlər çox olur. Biz bu zaman daha çox çalışırıq ki, uşaqları bu mübahisə və problemlərdən kənarda tuta bilək. Təəssüf, bu hər zaman mümkün olmur. Bu problemlər uşaqların psixologiyasında dərin və sağalmaz izlər buraxır.
Digər fəaliyyət sahəsi üzrə isə daha çox iş adamları nitq və diksiyalarının daha mükəmməl, iş həyatında onlara uğur gətirə biləcək formada olması üçün müraciət edirlər. İş həyatındakı uğurun çox böyük bir hissəsi düzgün və təsirli nitqin üzərində qurulub. Bu sahə üzrə müraciətlər az öncə qeyd etdiyim müraciətlərlə müqayisədə daha çox ürəkaçan və sevindiricidir.
Çünki insanların uğurlu olmağa can atması, bunun üçün yollar axtarması, öz üzərində işləyərək inkişafa doğru irəliləmək istəməsi belə bir uğurdur.

- İş prinsipləriniz nədən ibarətdir?

- İş prinsiplərim arasında ən önəmli yeri «Ədalətlilik» prinsipi tutur. Hazırkı cəmiyyətdə, iş sferasında bu bizi bəlkə maddi baxımdan tam təmin etməyə kifayət etmir, amma mənəvi baxımdan bizi tam təmin etməyə, ətrafımıza sağlam təfəkkürlü insanları cəlb edərək, güvən və etibar içərisində çalışmağımız, irəliləməyimiz üçün kifayət edir.
Bu prinsipin iş həyatına yansıması tam olaraq xarakterimə bağlı hesab edirəm. Şəxsi həyatımda belə ən vacib olan həyat prinsipim məhz budur. Dost yaxud düşmən, fərq etmir, haqlı mənim üçün hər zaman haqlı, haqsız isə kimliyindən asılı olmayaraq haqsızdır. Bəlkə sırf bu səbəbdən əhatəmdə kəmiyyətcə «az», keyfiyyətcə «çox» insan var.
İş həyatımda kimisə, nəyisə təkrarlamağı sevmirəm. Yenilik, iş həyatında mənim üçün olduqca önəmlidir. Təkrarlanan layihələr üzərində işləmək, daha öncə görülmüş işləri öz işim kimi təqdim etmək iş prinsiplərimə, dəyərlərimə ziddir.
Düşünürəm ki, başqasının yolu ilə gedənlər özlərindən sonra iz buraxmazlar.
Bu prinsipə əsaslanaraq, Azərbaycanda ilk dəfə olaraq «İN ACADEMY» adı altında bir Valideyn Akademiyası yaratdıq.

- Ailəlisinizmi?

- Xeyr, ailəli deyiləm. Qarşıya qoyulan məqsədlər, çatmaq istədiyim hədəflər arasında hələ ki, bu yoxdur.
Bir xanımın xoşbəxt və güclü olması üçün mütləq bir bəyə ehtiyacı olduğunu düşünmürəm.

- Xarakter olaraq necə biridir Nərmin xanım?

- Özü haqqında danışmağı heç sevməyən biridir.
Özünü sözlərlə tam bəlli etmədən, daha çox kəşf edilməyi sevən biridir Nərmin xanım. Kimi bunu yaxşı bacarır, kimisə yox.
Özüm özümü özüm üçün analiz edəndə görürəm ki, ziddiyətli insanam. İnsan bəzən zərif, incə görünüşün arxasında güclü bir «Mən»i daşımağa qadir məxluqdur. Zəriflik və Güc bir-birinə tamamilə zidd olan anlayışlardır. Bunu qadınlar daha yaxşı bacarır. Daxilindəki inam hissindən ilhamlanaraq yalnız özü-özünə söykənən, özünə söykəndiyi üçün də dik durmağı bacarandır, Nərmin xanım. Özünə söykəndiyin, arxalandığın zaman yıxılma yaxud zərbə alma riskin daha az olur deyə düşünürəm.
Peşə fəaliyyətimlə əlaqədar olaraq, gələcək üçün «insan» yetişdirirəm. Mən «Sabahın İnsanlarını», xüsusilə Xanımlarını dik duran, nahaqqa əyilməyən görmək istəyirəm. Bu səbəbdən «Sabahın İnsanı» olacaq şagirdlərimə, tələbələrimə, xüsusən, qız uşaqlarına hər zaman diktə etdiyim məhz budur. «Çalışın, öz ayaqlarınız üzərində dayanmağı öyrənin. Bu zaman daha dik dura biləcək, yerə daha sağlam basa biləcəksiniz.»

- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Özünə yad olan, qan bağının olmadığı insanlara belə doğma insanmış kimi hiss edərək, öz qucağını aça bilərmiş insan…
Ailə qurmadan belə bir deyil, bir neçə ailəyə sahib ola bilərmiş insan... Ana olmadan belə yad uşaqlara öz övladı imiş kimi sahib çıxa, sevə, qoruya bilərmiş insan…
Qısacası, bir peşədə özü özünü kəşf edib tapa bilərmiş insan...

Əlaqə nömrəsi: (070) 849 28 29

Beynəlxalq dərəcəli təlimçi-pedaqoq, diksiya və təsirli nitq üzrə mütəxəssis Nərmin İbrahimova: " İş həyatımda kimisə, nəyisə təkrarlamağı sevmirəm"
Beynəlxalq dərəcəli təlimçi-pedaqoq, diksiya və təsirli nitq üzrə mütəxəssis Nərmin İbrahimova: " İş həyatımda kimisə, nəyisə təkrarlamağı sevmirəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...