Anons

Bu gün, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Haqqımızda Əlaqə

Yaşam koçu ( Beynəlxalq təlimçi) Ülviyyə Həşimova: "Şəxsi inkişaf həyatın bir parçasıdır"

Tarix:14-08-2021, 20:06

Yaşam koçu ( Beynəlxalq təlimçi) Ülviyyə Həşimova: "Şəxsi inkişaf həyatın bir parçasıdır"
- Ülviyyə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Şəxsi inkişaf hər zaman mənim üçün önəmli olub. Yaşam koçu təhsili almaq üçün araşdırmalar aparırdım ki,harada istədiyimi tapa bilərəm. Əvvəl bu təhsili Azərbaycanda,daha sonra isə Perihan Canan Akademi vasitəsilə Türkiyə Kıbrıs İlim Universitetindən aldım. Hazırda Perihan Canan Akademinin Azərbaycan/Sumqayıt şöbəsi olaraq fəaliyyət göstərirəm. Əvvəl öyrəndiklərimi öz üzərimdə tətbiq etməyə başladım. Daha sonra "Niyə daha çox faydalı olmayım?" düşündüm. Geri dönüşləri gördükcə işimə həvəsim daha da artmağa başladı. Çünki, faydalı olmaq möhtəşəm hiss etdirir. Mən uşaqlıqda həkim,müəllim və ya pilot olacağımı heç demədim. Ancaq bilirdim ki, mənim peşəm tək mənə yox,hər kəsə faydalı olacaq.

- İş fəaliyyətiniz nədən ibarətdir?

- Təlimlər, marafonlar, praktikalar və seanslar təşkil edirəm. Professional Yaşam Koçu təlimində daha çox maariflənirlər,özləri üzərində çalışa bilmələri üçün praktik olaraq hər şey öyrədilir. Bu təlim sayəsində tələbələrim artıq problemlərinə özləri həll yolu tapır. Hədəflərinə çatmaq üçün nələr edəcəklərini öyrənərək,həyatlarını daha keyfiyyətli vəziyyətə gətirirlər. Hər şey insanın düşüncəsində gizlidir. Nəyi düşünürüksə həyatımıza onu cəzb edirik. Həyatımızda olan hər şeyi biz cəzb etmişik. Sevdiklərimizi də, sevmədiklərimizi də.

- Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?

- Uzun müddətdir fəaliyyət göstərirəm. Mənim üçün uzun və keşməkeşli yoldur. Hər seansda,praktikada insanların dəyişimini gördükcə bura qədər gəldiyim yol mənə xüsusi zövq verir. Çünki bu elə bir sahədir ki,daim inkişafda olmalısan ki, həm özünə, həm də insanlara daha çox kömək ola biləsən. Hələ də aldığım təlim və təhsil bitmir. Bir ömür də bitməyəcək. Şəxsi inkişaf həyatın bir parçasıdır. Addım-addım hədəflərə doğru irəliləyirəm. Arzu deyil,hədəf. Çünki arzu üçün heç bir hərəkətə keçmirik,sadəcə arzu edirik.Hədəf üçün isə hərəkətdə oluruq. Ən gözəl yatırım özünə yatırımdır. İnsanlar xarici gözəlliklərinə o qədər önəm verir ki, daxilini unudur. Daxili aləminə edilən yatırım xarici də gözəlləşdirir.

- Cəmiyyətdə sizi narahat edən məsələ nədir?

- Bu dəqiqə ən qlobal məsələ sevgi və pul məsələləridir. Cütlüklər bir-birini həqiqətən tanımadan addım atır. Qarşındakı şəxsin hansı kitabı oxuduğu,nələri sevdiyini,hansı musiqi dinlədiyini və hətta musiqi dinləməyi sevib sevmədiyini bilmək gərəklidir. Çünki bir dövr gəlir ki,əslində ortaq maraqların olmadığı ortaya çıxır və bu ciddi problemlər yaradır. Biri digərini dəyişməyə çalışır. Ancaq məsələ burasındadır ki, heç kəsi dəyişib öz istədiyin qəlibə sala bilməzsən. Nə o sənin üçün,nə də sən onun üçün məcburi istiqamət deyilsən. Ya əvvəllər görmədiyin nüanslarla qəbul edərsən,ya da zamanla buz kəsilmiş bir məsafə yaranar. Fransız dilində belə bir ifadə var: " Tu me manque". Bu ifadə "darıxmaq" əvəzinə "əksik qoymaq" felidir. Məsələn: " Onun üçün darıxdım" əvəzinə " O məni əksik qoydu" ifadəsi işlənir. Diqqət ediləcək önəmli nüansları gözdən qaçırmamalısan ki, nə əksik qalasan,nə əksik qoyasan.
Bir də qlobal məsələ puldur. Cəmiyyətdə pulla bağlı o qədər neqativ inanclar var ki. Baxın adi atalar sözləri belə diqqət etmisizsə neqativdir. Məsələn: "Pul əl çirkidir". Pulu bir vasitə olaraq görmək lazımdır. Onu ilahiləşdirmək,mənalar yükləmək lazım deyil. Ümumiyyətlə heç bir şeyi məna yükləyib mürəkkəbləşdirmək lazım deyil. Hər şey enerjidir. Düşüncələrin ona start verir, duyğuların onu gücləndirir və davranışların onu hərəkətə keçirir. Bu səbəbdən zehnində net bir düşüncə olmalı, qəlbində müsbət duyğular olmalı və davrnışların hədəfinə yönəlmiş olmalıdır. Pul da enerjidir. Pulu cəzb etmək də öz əlindədir. Pulu idarə etmək də. Əgər pulu idarə etməyi bacarmırsansa nə qədər gəlir əldə etsən o qədər və hətta daha artığını itirəcəksən. Pulun enerji olduğunu qəbul etməlisən. Siz də,mən də hər kəs,hər şey enerjidir. Və pul enerjisini cəzb etmək də öz əlindədir.

- Xarakter olaraq necə birsiniz?

- İnadçı, savaşçı ruhlu biriyəm.Başladığım heç bir işi yarım buraxmıram. Əgər bir şeyi hədəfləmişəmsə,həqiqətən istəyirəmsə ona çatmaq üçün bütün enerjimi sərf edirəm və çatıram. İstədiyimdən vazgeçirmək çətin məsələdir. Səhv də olsa mən onu yaşamadan səhv olduğuna qərar vermirəm. Disiplinli,planlı hərəkət edirəm. Ümumi olaraq sakit təbiətliyəm,ancaq şəxsə görə dəyişir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Özlərinə zaman ayırsınlar. Özlərini sevsinlər. Həyatlarının mərkəzi özləri olsun. Bəzən çiynimizə yüklədiyimiz bir işin həqiqi mənasının fərqinə varmağımız uzun zaman alır. Yıxıldığın o yolda yenidən ayağa qalxmaq sənin əlindədir. Yola davam et. Hər uğursuzluğun sonunda bir uğur var. Möcüzələr hər zaman qarşına çıxa bilər. Hər zaman,hər yerdə üzərinə yağış kimi yağan fürsətləri dəyərləndir. Sən təcrübə etdiklərindən daha artıqsan. Daxilində bir kainat var. Hər hüceyrəndə bir fərqli sən var. Fərqli sənləri görməyə çalış. Ayaqların sənin getməyinə kömək edən vasitə,beynin isə getməyinə səbəb olandır. Beynin və ayaqlarını tarazlıqda saxla və arzularına addımla. Ayağını sıxan ayaqqabı ilə uzun yol gedə bilməzsən.

Əlaqə nömrəsi: (050) 431 48 86

Yaşam koçu ( Beynəlxalq təlimçi) Ülviyyə Həşimova: "Şəxsi inkişaf həyatın bir parçasıdır"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...