Anons

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Haqqımızda Əlaqə

Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm”

Tarix:2-08-2021, 14:32

Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm”
- Leyla xanım, zaman adlı bir “at” sizi haradan götürüb, haraya gətirdi?

- Bu sahəyə planlı şəkildə gəldim. Həkim olmaq uşaqlıq arzum olub. Həm də incəsənətə marağım var idi. Həmişə istəyirdim ki, insanlara bir yenilik təqdim edim. Sizə bir epizod danışım. Bacımla aramızda bir yaş fərq var. O, İncəsənət Universitetini bitirib. İndi tanınmış prodüserdir – Sevinc Zülfüqarlı. Biz tələbə olarkən mən universitedən çıxıb gəlib bacımın da dərslərində əyləşirdim. Çünki incəsənəti çox sevirdim. İlk müsahibəmi də Azərbaycan Dövlət Televiziyasına vermişəm. Təsəvvür edin ki, mən o qədər yaxşı danışmışdım ki, efirə yalnız mənim müsahibəmi vermişdilər (gülür). Bütün bunlara baxmayaraq, yenə də həkimliyi seçdim. Əvvəllər ya cərrah, ya da kardioloq olmaq istəyirdim. Universiteti bitirdikdən sonra özəl klinikalardan birində ən ağır böyrək xəstələri ilə işlədim. O zaman hələ həkim asssienti kimi təcrübə toplayırdım. Lakin o zamanlar Azərbaycanda az işlənən bir sahə axtarmağa başladım. Bütün bu axtarışlar məni dietologiyanın ardıyca apardı. Mən Ukraynada diotologiya üzrə distant təhsil aldıqdan sonra Türkiyədə “İstanbul Medipol” universitetnin diet bölümünü bitirdim. İngiltərə, Slavakiya, Çexiya, və Gürcüstanda beynəlxalq diabetlər assosasiyasının konfranslarında iştirak etdim və biliyimi təkmilləşdirdim.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?


- Artıq on ildir ki, həkim-dietoloq olaraq çalışıram. Azərbaycanda o vaxtlar ilk mən idim ki, efirlərə dəvət alırdım, verilişlərə çıxırdım. Bu sahədə danışan ikinci bir adam demək olar ki, yox idi. İşimlə fəxr edirəm.

- Öz sahəniz üzrə fəaliyyətiniz nədən ibarətdir?

- Fəaliyyətim insanları yalnız arıqlatmaq deyil, eyni zamanda kökəlmək istəyənləri kökəldirəm. Bundan başqa, qida xərçəngi ilə mübarizə proqramı həyata keçirdirəm. Şəkərli diabetlə müalicə proqramı icra edirəm. Bütün yaş qrupuna aid olan insanlarla çalışıram. Yaşlılarda cavanlaşma proqramlarını həyata keçirdirəm, lap uşaqlarda isə bir sıra xəstəliklər var ki, onları müalicə edirəm.

- Bir dietoloq olaraq görmək istədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?

- Baxın, bizdə dietologiya pul mənbəyinə çevrilib sanki. Bu işin təhsilini almayanlar bir aylıq kurs keçərək özlərini “dietoloq” adlandırırlar. Onlar pasientlərə yalnız arıqlama vəd edirlər. Amma bəzən bunun fəsadları da olur. Qeyri-sağlam yolla arıqlayanlar sonra fəsadlarının aradan qaldırılması üçün bizə müraciət edirlər. Buna görə də bu sahə ilə ciddi və peşəkarcasına məşğul olmaq lazımdır. İndi yerindən qalxan pul qazanmaq üçün özlərini bu sahəyə atırlar. Amma bu işdə pul düşünmək lazım deyil. Şəxsən mən bu işə pul mənbəyi kimi baxmıram. Pasientlərimi sevirəm və onların sağlamlığı mənim üçün hər şeydən önəmlidir.

- Pasientlər sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Daha çox şəkərli diabet və zobun ağırlaşmış formasından əziyyət çəkənlər, idmansız və əməliyyatsız arıqlamaq istəyənlər, kökəlmək istəyənlər və s. insanlar bizə müraciət edirlər.

- İş prinsipləriniz nədən ibarətdir?

- Mən özəl diet proqramları ilə işləyirəm. Proqramlarımın müəllifi özüməm. Şablon proqramlarla işləmirəm. Müayinə üsulum da özəldir. Elə insanlar var ki, onların müayinəsi və proqramların yazılması üç saat vaxt alır. Xaricdə yaşayan insanlarla da onlayn işləyirəm.

- Ditoloq məsləhəti olmadan hansısa pəhriz proqramları ilə arıqlamaq istəyənlərə nə məsləhət görürsünüz?

- Mən bu barədə çox danışmışam. Hətta kitab da yazmışam. İnsanlar dietoloqa müraciət etmədən o kitabı oxuyaraq da arıqlaya bilərlər. Məsələ burasındadır ki, beş kiloqram artıq çəkisi olmayanlar həkimə getmədən arıqlaya bilərlər. Amma orada da peşakarların məsləhətlərini dinləmək və əməl etmək lazımdır. Bəzən arıqlamaq üçün bitkilər, çaylar təklif edirlər. Amma onların mənşəyi bəlli deyil. Mən deteks çayının reseptini işlədim və təqdim etdim. Artıq satışdadır. Onu da qeyd edim ki, bu çay üç-beş kiloqram arıqlamaq üçündür. Amma həmin kiloqramdan artıq çəkisi olanlar isə mütləq həkimə müraciət etməlidirlər.

- Ailəlisinimzi?

- Bəli, ailəliyəm. Bir oğlum var.

- Xarakter olaraq necə birisiniz?

- Mən daha çox ətrafımı düşünən və insansevər biriyəm. Pozetin və enerji dolu insan olduğumu deyirlər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gələmzd ki, dietoloq olmaq istəyənlərin sayı bu qədər çox olar. Amma çox təəssüf ki, bu sahəyə gəlmək istəyənlərin əksəriyyəti maddiyat üçün bunu edirlər. İnsan öz məsləyini sevirsə, ona hörmətlə yanaşırsa, pul özü onu tapacaq. Uğurun formulu üç elementdən ibarətdir – savad, zəhmət və vicdan. İnsan bu üç elementi özündə birləşdirsə və işini sevsə, mütləq bəhrəsini görəcək və bütün uğurlara nail olacaq.

Əlaqə telefonu: (050) 668-48-23

Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm”
Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm”
Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm”
Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm”
Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm”
Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm”
Dietoloq Leyla Zülfüqarlı: “Ətrafımı düşünən və insansevər biriyəm”скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...