Anons

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Psixoloq Zəhra Zahidova: " Ani yaşamağı və ani dəyərləndirməyi çox sevirəm"

Tarix:30-07-2021, 15:45

Psixoloq Zəhra Zahidova: " Ani yaşamağı və ani dəyərləndirməyi çox sevirəm"
- Zəhra xanım, zaman adlı bir “at” sizi haradan götürüb haraya gətirdi?

- Mən məktəbdə çox yaxşı oxumuşam. Həmişə sinif birincisi olmuşam. Tədbirlərdə fəal iştirak etmişəm. Bir çox konfranslarda Bakı şəhərini təmsil etmiş. Məktəbi fərqlənmə ilə bitirdim və çox sevidyim bir sahəyə, psixologiyaya yönəldim. Hələ beşinci sinifdə oxuyarkən sinif yoldaşlarımızla daşırırdıq, deyirdik ki, gələcəkdə böyük bir psixoloji mərkəz açacağıq. Ən tanınmış psixoloqlardan olacağıq. Lakin onuncu sinifdə ixtisas seçimində müəllimliyi daha çox önə gətirdim. İnsanlarla biliyimi paylaşmaq, onları maarifləndirmək mənim hobbim olub. Qərara gəldim ki, müəllimə olum. Universitetə sənəd verərkən birinci ixtias olaraq müəllimiliyi yazdım. Psixologiyanı isə ən axırıncı sırada qeyd etmişdim. İmtahanın cavabları çıxanda gözlərimə inanmadım. Mən psixologiyaya qəbul olunmuşdum. Beşinci sinifdəki Zəhranın arzuları reallaşmışdı. Universitetin ilk günlərində konfranslarda, təlimlərdə iştirak etdim. Dəyərli insanlarla tanış oldum. Əslində mənim hər iki arzum həyata keçmişdi. İndi həm psixoloq, həm də müəllimə kimi fəaliyyət göstərirəm. On yeddi yaşımdan bu günə qədər işlədiyim hər yerdə müəllimlik fəaliyyətim olub. İki yüzdən artıq tələbəm olub. İndiki müəllimlik anlayışı mənim üçün tamamilə dəyişib. İnsanlara öyrəndiklərimi öyrətməkdən, onlarla öz təcrübəmi bölüşməkdən zövq alıram . İşimlə fəxr edirəm. Düzdür, mənim bu getdiym yolda manelər çox oldu. Mənə “bacarmazsan” deyib, ruhdan salmaq istəyirdilər. Amma bu sözlər mənə daha da stimul verirdi. Bəzən çox yorulurdum, gecələr oxuyurdum. Araşdırırdım ki, mən nec güclü ola bilərəm və insanlara öz sözümü necə deyə bilərəm. Bir gün mənim həyatımın dönüş nöqtəsi oldu. Səhər yuxudan oyananda özümdə bir güc hiss etdim. Amma bu motivasiyanın haradan gəldiyini bilmirdim. Həmin gün işimlə əlaqəli olaraq insanlarla görüşdüm və çox ümidsiz idim. Lakin heç zaman ağlıma gələməyəcək insanlara qarşıladım həmin gün. O gündən artıq özümə və edə biləcəklərimə güvənərək yola çıxdım. Nəticə etibarilə, hal-hazırda insanların sevdiyi, dəyər veridyi Zəhra Zahidovayam. İndi mənə xanımar deyəndə ki, haradan başlayaq, necə başlayaq? Onları anlayıram. Həyat hekayəmi qısa şəkildə danışsam da, bu müsahibəni oxuyanlara bir yerdən başla, irəli get, hədəf seç, hədəfinə çatmağa çalış mesajını ötürmək istəyirəm. Həyat sənə öz möcüzəsini göndərəcək. Çünki əziyyət çəkən insan onun bəhrəsini mütləq görəcək. Məndə bir zamanlar çox ümidsiz idim, lakin indi özüm indi bir çox tələbələrimə dəstəyəm. Rastlaşdığım “yox” cavablarını, boş bəhanələrin heç birini tələbələrimə yaşatmaq istəmərəm. Buna görə də hər zaman tələbələrimin arxasındayam. Təki onlar irəli getsinlər. Bunun üçün əlimdən gələni edəcəyəm. Onu da qeyd edim ki, təhisilimi psixologiya sahəsində oxumuşam və sonra Türkiyənin “Yedi Təpə” universitetini yaşam koçu kimi bitirmişəm. Bir neçə il əvvə parta arxasında insanların xarakterini analiz edən Zəhra hal-hazırrda “ZZ” akademiyasının rəhbəri, Türkiyənin Azərbaycandakı nümayəndəsi, psixoloq, yaşam koçu, təlimçi və bir çox enerjilərin instrukturudur və “Uşaqların dünyasına səyahət” adlı kitabın müəllifidir. Olduğum mövqedən çox razıyam. Hər kəsə də uğurlu həyat arzu edirəm.

- Niyə məhz psixologiya sahəsini seçdiniz?

- Çünki insanlara bağ qurmağın ən əsas yolu onları anlamaqdı. Bizə yüzlərlə pasient müraciət edir. Onları birləşdirən bir ortaq cəhət var. Hər biri anlaşılmaq və dinlənilmək istəyir. Mən də uşaqlıqdan çox yaxşı dinləyici və öz bildiklərimi ətrafıma ötürən biri olduğum üçün bu sahə hər zaman mənim diqqətimi həddimdən artıq çox çəkirdi. Valideynlərim, rəfqilərim məni psixoloq adlandırırdılar. Onlar hər problemini mənə danışırdılar. Mən insanların aqressiyasının və üzlərindəki qırışların altında yatan əsl səbəbi öyrənmək istəyirdim. İnsanların görünmədiyi tərəflərini görmək, onları dinləmək və yaralı olmaq üçün bu peşəni seçdim.

- Artıq necə ildir ki, bu sahədəsiniz?

- On yeddi yaşımdan bu sahədəyəm. Hər zaman araşdırmalar etmişəm. Təlimlərə, konfranslara qoşulmuşam. Önəmli insanlara tanış olmuşam. Öz bildiklərimi də insanlara bölüşmüşəm və yüksək nəticələr əldə etmişəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Psixoloq insanları qınamadan, olduğu kimi qəbul etməlidir. Mən bu prinsipi həmişə qorumuşam. Buna riayət etmişəm.

- Özünüzlə dartıb apara bilmədiyiniz bir “yük” varmı?

- Belə bir “yük”üm yoxdur. Heç bir problem və hadisə yük deyil. Onlar həll olunması lazım olduğu üçün həyatımıza gəlib. Ani yaşamağı və ani dəyərləndirməyi çox sevirəm. Hər şey yaşandığı anda olur və bitir. İnsanlar bu cür yanaşsalar, problemləri də asanlıqla həll olunar.

- Nəyə qəti surətdə “yox” deyirsiniz?

- Heç nəyə qəti surətdə “yox” demirəm. Hər kəsin baxış bucağı fərqlidir. Həyatda insan nəyə “yox” deyirsə, nəyi qınayırsa, həmin şeyi yaşamağa məhkum olur. Bunun şahidi oluruq. Bəzən “yox” dediklərimiz, qınadıqlarımız öz başımıza gəlir. Amma bunun səbəbinin şüur altından qaynaqlandığını bilmirik. Şüuraltımız olmaz dediyimiz şeylərə fokuslanır və həmin həyatı yaşayırıq. İnsanlara demək istəyirəm ki, özünüzü qınamağı dayandırın, digərlərini mühakimə etməyin ki, həyat sizə möcüzələr yaşatsın.

- Ailəlisinizmi?

- Xeyr, subayam.

- Mən bu sahəyə gələndə ağlıma gəlməzdim ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Uğur qazanmaq üçün yaxşı plan qurmalıyıq, araşdırma etməliyik. Mükəmməl düşünülmüş plan yalnız icra edilərək öz mükəmməl nəticəsinə yönəlir. Uğur qazanan insanlara digər insanlar arasındakı fərq mübarizəni heç vaxt dayandırmaq istəməməkləridir. Bu günə qədər müxtəlif insanlara müxtəlif mövzularda kömək etdim və buna davam edirəm. Özümü dəyişmək, ətrafımdakılara faydalı olmaq mənim ən böyük niyyətimdir. Bu sahəyə gələrkən ağlıma gəlməzdi ki, bu qədər göz önündə olaram və insanlar tərfindən bu qədər sevilərəm. Fürsətdən istifadə edib, hər bir insanın mənim üçün nə qədər dəyərli olduğunu demək istəyirəm. Hər bir insanın mənim üçün öz yeri var. Məni sevdikləri, mənə güvəndikləri üçün hər kəsə təşəkkür edirəm və bu duyğuların qarşılıqlı olduğunu onlara çatdırmaq istəyirəm.

Əlaqə nömrəsi : (070) 342 88 06

Psixoloq Zəhra Zahidova: " Ani yaşamağı və ani dəyərləndirməyi çox sevirəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...