Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."
Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT
Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR
Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT
18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
- Ruhiyyə xanım, zaman adlı bir “at” sizi haradan götürüb, haraya gətirdi?
- Mən realist insanam. Xəyal qurmuram. Olanlarla barışıram. Bu yaxınlarda anamı itirmişəm. Nə qədər acı olsa da, bunu qəbul etmişəm. Mən ölümü fəlsəfə kimi qəbuı edirəm. Artıq buna öyrənmişəm. Fantaziya qurub sonradan xəyal qırıqlığına uğramaqdansa, olnanları qəbul etmək yaxşıdır.
- Niyə məhz psixoloq oldunuz?
- Ümumiyyətlə, psixoloqlar heç vaxt təsadüfən psixoloq olmurlar. Onlar hansısa bir həyat tərzindən sonra bu seçimi edirlər. Mən ilk təhsilimi hüquqşünaslıq üzrə almışam. Atamın təkidi ilə istəmədən o sahəyə getdim. O zamanlar psixologiya bu qədər geniş inkişaf etməmişdi. Hətta atam deyirdi ki, psixoloq olsan, yanına dəlilər gələcəklər. Dəli həkimi olacaqsan. Amma mən uşaqlıqdan psixoloq olmaq istəyirdim. Çünki mən sanki uşaqlıqdan müdrik idim. Hər kəsi analiz edirdim. Müşahidə qabiliyyətim güclü idi. İnsanları dinləməyi bacarırdım. Hətta məndən yaşca böyük olan qızlar gəlib məndən məsləhət alırdılar. Anam da mənimlə dərdlərini bölüşürdü. Ailə qurana qədər hüquq sahəsini oxudum, bitirdim. Bir müddət “Ümid yeri” xeyriyyə cəmiyyətində hüquqşünas köməkçisi kimi də çalışdım. Sonra anladım ki, bu sahə mənim sahəm deyil. Bu baxımdan, yeniyetməlik arzumu reallşadırmaq üçün ikinci təhsil aldım. Psixologiyanı bitirdim. İndi işimdən çox məmnunam.
- Artıq neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. İki övladım var.
- Bu işlə ailə həyatı alınırmı?
- Bəli, artıq 25 ildir ki, alındırmıışıqsa, bundan sonra da alındırarıq, inşallah (gülür). Biz həyat yoldaşımla balansı qorumağı çalışırıq.
- Xarakter olaraq necə biridir Ruhiyyə xanım?
- İlk baxışdan sərt görünsəm də, daxilən çox mülayim biriyəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Hər kəsin öz işləmə üsulu var. Mən tamam başqa texnika ilə işləyirəm. Kitabda yazılanlara öz həyat təcrübəmi də qatıram. Çünki təcrübə böyük rol oynayır.
- Bir psixoloq olaraq nəyə “yox” deyirsiniz?
- Məni qane etməyən hər şeyə , həyat tərzinə zidd olan istənilən neqativlərə “yox” deyirəm.
- Sizi qane etməyən hansı məqamlardır?
- Mən distiplinanı çox sevirəm. Hətta pasientlərimə də bu məsləhət görür, bəzi hallarda tələb edirəm. Bir də məni qane etməyən qeyri-dəqiqlikdir. Özüm punktual və dəqiq insan olduğum üçün hər kəsdən də gözləntim odur. Amma hər kəsin eyni xarakterə və eyni psixologiyaya malik olmadığını da qəbul edirəm. Narahat olduğum başqa bir məqam da var. Çox təəssüf edirəm ki, hələ də elə valideynlər var ki, onlar övladlarını psixoloqun yanına gətirdiklərini ətrafdan gizlədirlər. Bu, məni çox narahat edir. Buna görə də, bu barədə təbliğat güclü olmalıdır.
- Hansı yaş qrupuna daxil olan fərdlərlə çalışırsınız?
- Mən ailə və uşaq mütəxəssisi olduğum üçün bütün yaş qrupuna daxil olan insanlarla işləyirəm. Amma daha çox yeniyetmələr və onların ailələri ilə çalışıram.
- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu sualı elə üç nöqtə ilə cavablandırmaq istəyirəm.
Əlaqə telefonu: (070) 204 02 07