Anons

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Yaşam koçu Səbinə Nəsibova: “Məndə hər bir xarakteri tapmaq olar”

Tarix:27-07-2021, 13:47

Yaşam koçu Səbinə Nəsibova: “Məndə hər bir xarakteri tapmaq olar”
- Səbinə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən orta məktəbi bitirən kimi iş fəaliyyətimə başladım. Bitirdiyim məktəbin müəlliməsi mənə onunla birlikdə işləməyi təklif etdi. Universitetdə təhsil ala-ala məktəbdə işlədim. Beş il orada işlədikdən sonra fərqli kurslarda, fərqli sahələrdə çalışdım. Sonra magisturaturada oxuyarkən şirkətlərin birində fəaliyyətimi davam etdirdim. Daha sonra neft sahəsinə yönəldim. İşlədikcə, o sahəyə marağım daha da artdı. Mühəndis olmaq qərarına gəldim. Üçüncü təhsilimi aldım və mühəndis oldum. İki il həm Bakıda, həm də xarici ölkələrdə dənizdə neft sahəsində çalışdım. Bu sahədə çalışarkən şəxsi inkişafla maraqlanırdım. Müxtəlif təlimlərdə, kurslarda iştirak edirdim. Eyni zamanda, hobbi olaraq insanlara da işləyirdim.

- Bu sahəyə marağınız niyə yarandı?

- Zaman keçdikcə fərqinə vardım ki, nələrisə əldə etmək üçün özümü dəyişdirməliyəm, təkmilləşdirməliyəm. Öz həyatımda bunları tətbiq etdikcə gördüm ki, həyatım dəyişməyə başladı. Bundan sonra çevrəmdəki insanlara dəstək oldum. Biliyimi və təcrübəmi başqa insanlara da bölüşməyə başladım. İki il neft sahəsində işlədikcə bu sahəni çox inkişaf etdirmişdim. Bir müddətdən sonra sırf bu sahədə işləmək qərarına gəldim. Bu sahəyə başlayandan sonra zamanımı ancaq bu işə sərf etdim.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq altı ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Bu altı il ərzində nə müşahidə etdiniz?

- Müşahidə etdiyim şeylər həddindən artıq çoxdur. Hər gün bir fərqlilik görürəm. İnsanın beyni mütləq şəkildə bir şeylə məşğul olur. Biz onu boş buraxsaq, faydasız işlərə meyl edəcək. Bütün həyatımız boyu hansısa bir hədəfimiz və məqsədimiz olmalıdır. İndi gəclərin arasında faydasız işlər çox təbliğ olunur. Biz də öz işimizlə bunun qarşısını almaq üçün əlimizdən gələni edirik.

- Hansı üsüllarla çalışırısınız?

- Biz müxtəlif proqramlarla çalışırıq. Məsələn, mən insanlarla fərdi seanslar edirəm. Onlara necə uğur qazana biləcəkləri barədə məsləhətlər veririk. Bundan başqa, qrup şəklində seanslar olur. Ümumi bir mövzu ətrafında müzakirələr edirik. Bir də təlimlərimiz var. Burada texnikaları öyrədirik. İnsanları dar baxış çərçivəsindən çıxardırıq. Onların qarşısına çıxan maneələri aradan qaldırmağa kömək edirik.

- Bu proqramlar öz nəticəsini neçə müddətə verir?

- Nəticə fərdlərə görə dəyişir. İndividualdır.

- Xaraketr olaraq necə birisiniz?

- Mənim prinsipim özümü olduğum kimi yansıtmaqdır. Hansısa qəlibə girməyimə ehtiyac qalmır. İnsan olduğu kimi göründükdə maraqlı olur. Mən həm də dəyişkən xarakterli biriyəm. Məndə hər bir xarakteri tapmaq olar.

- Bir təlimçi olaraq sizi narahat edən məsələ nədir?

- İnsanların bir az qorxaq və özgüvənli olmaması məni çox narahat edir. Uğur qazanan insanların heç biri bunu asanlıqla əldə etməyib. Onların çəkdiyi əziyyətin on faizini biz çəksək, biz də uğur qazanarıq. Digər bir məqam isə gənclərin ümidsiz olması və nəticədə uğursuzluqla üzləşməsidir. Uğursuzluğun sonunda da faydasız işlərə baş qoşmaqları və ziyanlı işlərə meyl etməkləridir. Amma insan istəsə, qarşısına məqsəd qoysa, öz istəyinə mütləq çatacaq.

- Ailəlisinizmi?

- Xeyr.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, hər gün müxtəlif insanlardan təşəkkür eşidəcəyəm. Bu qədər böyük dəyişimlərə səbəb olacağım ağlıma gəlməzdi.

Əlaqə nömrəsi: +994 55 451 83 69

Yaşam koçu Səbinə Nəsibova: “Məndə hər bir xarakteri tapmaq olar”
Yaşam koçu Səbinə Nəsibova: “Məndə hər bir xarakteri tapmaq olar”скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...