Anons

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Haqqımızda Əlaqə

Psixoloq Zümrüd Əsədova: “Yaşadığımı hiss etmək daha gözəldir”

Tarix:22-06-2021, 14:36

Psixoloq Zümrüd Əsədova: “Yaşadığımı hiss etmək daha gözəldir”
- Zümrüd xanım, zaman adlı bir “at” sizi haradan götürüb haraya gətirdi?

- Məni adi bir həyatdan təmannasız sevgi olan yerə gətirdi. Bu sevgi insanın özünə qarşı olursa, ətrafındakılara da qarşı olur. Bunun ən gözəl göstəricisi də özünü və insanları olduğu kimi qəbul edə bilməkdir.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Mən fəaliyyətimə musiqi müəlliməsi olaraq başlamışam. On bir il piano ilə məşğul olmuşam. Ondan sonra musiqi terapiyası ilə məşğul olmaq istədiyim üçün bu təhsili davam etdirmək qərarına gəldim. Həmin zaman üçün təhsil şəraitinin uyğun olmadığı üçün psixologiya fakültəsini bitirdim. Daha sonra art terpiyanı Ukraynada oxudum. Əlavə olaraq enerji terapiyası ilə məşğul oluram. Bunların hamısını birləşdirdim. Altı ildir ki, psixoloq olaraq fəaliyyət göstərirəm. Ümumilikdə, doqquz ildir ki, insanların şəfalanması ilə məşğulam. Hal-hazırda insanlara şəxsi inkişaf, özünü anlama və özünü ifadə etməkdə kömək edirəm.

- İşlədiyiniz illər ərzində nə müşahidə etdiniz?

- Müşahidə etdim ki, insanların bütün sıxıntılarının dörd ana mövzusu var:

1. Sevgi
2. Bağışlanma
3. Təəssüf
4. Minnətdarlıq
Hər şey bunlara olan ehtiyacdan başlayır.

- Sizin üçün nə olmamalı idi, amma oldu?

- Əslində hər şey olması gərəkdiyi kimidir. Amma gec ayılmasa idim, tez sevməyə və yaratmağa, azadlığımı hiss etməyə başlayardım. Hər kəsin özünü ifadə etmək azadlığı var, ancaq hər kəs bunu özünə icazə vermir. Bunun üçün canlı yuxudan oyanmaq lazımdır.

- Bəs nəyə gecikdiniz tələsdiyinizdə?

- Yaşamağa bir az gecikdim, amma sırf gecikdiyim üçün daha gözəl hiss edə bilirəm.

- Bir psixoloq olaraq nəyə “yox” deyirsiniz?

- Bir psixoloq və insan olaraq heç nəyə “yox” demirəm. Sadəcə, bu sənə həqiqətən lazımdırmı sualını verirəm.

- Sizin üçün nə samanlıqda iynə axtarmaq kimi bir şeydir?

- Öz təmənnasız sevgimi tapmaq mənim üçün samanlıqda iynə axtarmaq kimi idi. Ancaq tapdığım üçün indi bu mənim güclü tərəfimə çevrildi.

- Gözünüzdən nə düşüb?

- Anladım ki, həyatda demək olar ki, hər şey gözümüzdə yetəri qədər dəyərli deyil, olsa idi hər kəsin həyatı bayram olardı.

- Bir psixoloq olaraq cəmiyyətdə sizi narahat edən məsələlər hansılardır?

- Məni narahat edən heç nə yoxdur. Onun üçün edə bildiklərimi edirəm, edə bilməyəcəklərim üçün isə dua edirəm və həmin an üçün olduğu kimi qəbul edirəm. Cəmiyyətə nə etsəm, yaxşı və ya pis, özümə etmiş oluram. Dəyər verməyi bacardıqca dəyərli yerdə olduğumu, yaşadığımı hiss etmək daha gözəldir.

- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, mən burada ÖZümü tapacağam.

Əlaqə üçün: (070) 294 77 88скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...