Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Bu gün Beynəlxalq Memarlar günüdür

Tarix:5-10-2020, 10:19

Bu gün Beynəlxalq Memarlar günüdür Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd olunur.

Qədim mədəniyyətə və tarixə malik Azərbaycanda da bu əlamətdar gün hər il qeyd edilir.

Hələ ötən əsrlərdə Azərbaycanda Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışaraq nadir memarlıq abidələri yaradıblar. O dövrdə, həmçinin Azərbaycanın tanınmış memarları - Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda, Şamaxıda və respublikanın digər regionlarında xeyli sayda tarixi binalar inşa olunub.

Qeyd edək ki, sovet dövründə də Azərbaycan dünya şöhrətli memarları ilə tanınıb. Belə ki, Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar.

Həmin dövrdə, yəni XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev memarlığa, o cümlədən milli memarlığa, tarixi və müasir memarlıq üslublarından istifadəyə daim böyük diqqət yetirib. Məhz o illərdə çoxlu sayda digər gözəl memarlıq nümunələri hesab edilən binalar inşa edilib. Nəinki paytaxtda, eləcə də Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müasir yaşayış kompleksləri salınıb, böyük müəssisələr tikilib.

1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərindən biri də memarlıq və şəhərsalma məsələləri olub. Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr verib. Tanınmış memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzi müasir dünyada memarlıq xəzinəsində özünəməxsus yer tutur.

Ümumilikdə isə bu günədək gəlib çatmış və gələcək nəsillər üçün qorunan nadir memarlıq əsərləri Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirir. Hətta gənc memarlarımız belə, nəinki respublikamızda, onun hüdudlarından çox-çox uzaqlarda da öz dəst-xətləri ilə tanınırlar.

Müstəqillik illərində bir çox memarlarımız beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb, fəxri adlarla, orden və medallarla təltif ediliblər. Ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, nəhəng layihələrdə memarlarımızın uğurlu iştirakı isə Azərbaycan memarlarının istedadının əyani təzahürüdür.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...