Bu gün, 18:17- Netanyahunun Ofisi Azərbaycan Prezidentinə - təşəkkür etdi
Bu gün, 18:00- Naxçıvanda qablaşdırılmış "Badamlı" və "Sirab" sularının qiyməti təxminən iki dəfə bahalaşıb
Bu gün, 16:43- Təhsil məsələləri üzrə ekspert vətəndaşı aldadıb?- 50 min manat aldığı iddia olunur
Bu gün, 15:28- “Melissa Group”un həbsdəki şefindən İSMARIC VAR... - İLGİNC İDDİALAR
Bu gün, 15:14- “Bizim heç kimin bilmədiyi silahlarımız var”
Bu gün, 14:47- Azərbaycanın məşhur elektronika şirkətlərinin külli miqdarda borcu var (SİYAHI)
Bu gün, 14:18- Prezident və xanımı Türkiyədədir
Bu gün, 13:29- Yardımlıda ŞOK OLAY: Başçının müavini bu işin harasındadır? - İTTİHAM VAR...
Bu gün, 12:54- Vəkilin qanunsuz tələb etdiyi iddia edilən 800 AZN: Ailə Vəkillər Kollegiyasının qərarından narazıdır- FOTOLAR
Bu gün, 11:35- Sertifikat köhnə, mebellər zay - Deputatın adına olan şirkət haqda ŞOK FAKTLAR
Bu gün, 10:56- Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video
Bu gün, 10:28- “DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -
Bu gün, 09:25- Mövqelərimiz yenə atəşə tutuldu
Dünən, 18:49- AQTA sədrinə məxsus olduğu deyilən şirkət 2 ildə 3 milyonluq tender qazanıb
Dünən, 18:12- "Hüquq360" mobil tətbiqi istifadəçılərə təqdim olunub
Dünən, 17:54- Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO
Dünən, 17:09- NƏ BAŞ VERİR: Nazir Məcnun Məmmədov sürətlə `əriyir` - FOTOFAKT
Dünən, 15:58- “RR-Construction” kal armud olub keçib vətəndaşın boğazına... – AXI NİYƏ?
Dünən, 15:29- Mirzoyan Türkiyəyə səfər edəcək
Dünən, 14:51- “AAAF Park”da təhlükəli vəziyyət
Yasamal rayonu, Zahid Xəlilov küçəsi 52 ünvanında yaşayan sakinlər 10 ildir ki, sakit həyata həsrət qalıblar. Bir neçə binanın düz ortasında yerləşən ikimərtəbəli "Zəfəran-Otdıx" restoranı onların həyatını kabusuna çevrilib. Restoran həm də PUB kimi fəaliyyət göstərdiyindən axşam saatlarında əyləncə məclisləri start götürür, musiqinin səsindən, spirtli içki qəbul edən müştərilərin səs-küyündən, davranışlarından məhəllə sakinlər rahat yaşaya bilmirlər. Vəziyyət o həddə çatıb ki, insanlar evdə nəinki istirahət edə bilmir, hətta bir-birini eşidə bilmirlər.
Bu barədə "Sitat.info"ya danışan sakinlər qeyd ediblər ki, məhəllədə bu obyekt tikilən zaman onları aldadıblar: "Buranın restoran olacağı bizə demədilər. Etirazlar olmasın deyə, bank kimi fəaliyyət göstərəcəyini deyib bizi aldatdılar. Sonradan restoran kimi fəaliyyətə başladı. Təsəvvür edin ki, evdə ağız deyəni qulaq eşitmir. Neçə dəfə özlərinə də demişik, polisə müraciət etmişik. Həmin vaxt bura "Kabab House" idi , polislər gələndən sonra yığışdırdılar. Sonra "Zəfəran"nın köhnə sahibləri qayıtdı, indi "Zəfəran Otdıx" adı altında fəaliyyət göstərirlər. Yenə eyni hal baş verir. Təkcə musiqinin yüksək səslə verilməsi deyil, restoranın kabinetlərində gecıyarısına kimi içki məclisləri davam edir, yeyib-içirlər, yüksək səslə danışıb-gülürlər, evdə uşaqlar, xəstələr yata bilmir. Üstəgəl restoranın ikinci mərtəbəsindən düz evimizin içərisi görünür, pəncərəni aça bilmirik. Bu qədər özbaşınalıq olmaz...".
Qeyd edək ki, problem təkcə yaşayış binasının həyətində PUB-un fəaliyyət göstərməsinin mental dəyərlərimizə zidd olması və ya yüksək səslə verilən musiqinin insanların rahatlığını pozması deyil. Burada həm də tikinti normaları pozulub. Restoranın bir neçə binanın məhəlləsini zəbt edib, insanların istirahət hüququnu əlindən alıb. Eləcə də təhlükəsizlik baxımından ciddi risklər daşıyır. Məsafə o qədər yaxındır ki, restoranda baş verə biləcək yanğın bütün bu binaları, yüzlərlə ailəni təhlükə altında qoyur. Eyni zamanda yanğınsöndürən maşınların həyətə girişi üçün də problem yaradır.(Sitat.info)
Hazırki vəziyyəti təqdim etdiyimiz videodan da izləyə bilərsiniz.