Anons

Bu gün, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Bu gün, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Bu gün, 18:18- Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?

Bu gün, 15:40- “Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

Bu gün, 15:11- Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir

Bu gün, 14:20- Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

Bu gün, 12:52- "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...

Bu gün, 12:31- "VEYSƏLOĞLU" Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Bu gün, 11:38- Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?

Bu gün, 11:11- Bu kəndin nə yolu var, nə də suyu... - Dİ GƏL, YAŞA...

Bu gün, 10:32- "Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ

Bu gün, 10:08- 20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür - İLGİNC FAKTLAR

Bu gün, 09:25- ADNA terrorundan 15 il ötür

Bu gün, 09:10- "Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...

Dünən, 19:48- "Bizə İlon Maskdan başqa kimsə kömək edə bilməz" - GİLEY

Dünən, 19:07- Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə

Dünən, 18:30- "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ

Dünən, 17:35- “Bakı Sığorta” vətəndaşları aldadır - FOTOFAKT

Dünən, 16:52- Xırdalanda ağacları gecə ilə kəsib parkinq yeri düzəltdilər – FOTOFAKT

Haqqımızda Əlaqə

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Tarix:16-04-2024, 16:40

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.

“AzPolitika.info”-ya verilən məlumata görə, bu yaxınlarda daha bir qrup insan dələduzluq faktı ilə üzləşib. Belə ki, Nizami rayon 2 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində (MKTB) - "JEK"də (MKTB) baş mühəndis vəzifəsində çalışan Məmmədov Rafiq Fərəməz oğlu və Elşən Məmmədov 5 nəfərə ümumilikdə 40 min manat məbləğində ziyan vurub.

Zərərçəkmişlər iddia edir ki, Məmmədov Elşən xaricdən avtomobil gətirəcəyi vədi ilə ayrı-ayrı şəxslərdən aldığı pul vəsaitini mənimsəyərək ailə problemlerinin həllinə yönəldib. Uzun müddət müxtəlif bəhanəlrlə onları aldadıb, əlavə vəsaitlərini alıb.

Xeyli müddət sonra dələduzluğun qurbanı olduqlarını başa düşən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Elşən Məmmədov saxlanılıb, istintaq başlayıb.

Ancaq həmin vaxtdan 7 ay keçsə də, zərərçəkmişlərin heç birinin vəsaiti qaytarılmayıb. Zərərçəkmişlər bu müddət ərzində də davamlı aldadıldıqlarını bildirirlər.

“Hazırda külli miqdarda dələduzluq maddəsi ilə məhkəmə prosesi davam edən Məmədov Elşənin "JEK"də rəhbər vəzifəsində çalışan atası da zərərçəkmişləri aldatmaqla məşğuldur. Belə ki, o, aylardır şəxsi evini satıb borcu bağlayacağını bildirsə də, vədinə əməl etmir. Zərərçəkmişlər dəfələrlə evə müştəri göndərsə də, Rafiq Məmmədov müxtəlif bəhanələrlə müştəriləri geri qaytarır”, – deyə saytımıza verilən məlumatda bildirilir.

Buna görə də zərərçəkmişlər onların aldadıllmasını ata və oğulun birlikdə planlaşdırdıqlarını düşünürlər. Rafiq Məmmədovun da istintaqa cəlb olunmasını tələb edəcəklərini bildirirlər.

O da iddia edilir ki, Rafiq Məmmədov pensiya yaşını keçməsinə baxmayaraq hansisa yollarla tutduğu vəzifədə qalmağa nail olub. Bunun da araşdırılmasını zəruri hesab edirlər.

Zərərçəkmişlər dəymiş ziyan ödənməyəcəyi təqdirdə şikayəti geri götürməyəcəklərini və Məmmədov Elşən barəsində ən ağır cəza verilməsini, eləcə də atasının məsuliyyətə cəlb olunmasını tələb edəcəklərini qeyd edirlər.

Məsələni diqqətdə saxlayacaq, qarşə tərəfin və müvafiq orqanların da mövqeyini işıqlandırmağa çalışacağıq.

“AzPolitika.info”
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...