Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Əmlak Komitəsində Eldəniz Qafarov kabusu: Kadrlarını həbsə göndərən məmur necə azadlıqda qalıb?

Tarix:23-01-2024, 17:36

Əmlak Komitəsində Eldəniz Qafarov kabusu: Kadrlarını həbsə göndərən məmur necə azadlıqda qalıb? Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. Müdir müavini ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, Eldəniz Qafarov tutduğu vəzifə etibarı ilə o qədər də diqqət çəkməsə də, kifayət qədər ciddi və iddialı oyunçudur. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır.

Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, xidmət rəisinin müavini Elçin Yusubovun “sağ əli” kimi tanınan, onun tərəfindən bilavasitə himayə olunan Eldəniz Qafarovun ən mühüm gəlir mənbələrindən birini isə icarəyə verilmiş torpaqların təftişi təşkil edir. Daşıdığı vəzifədən istifadə edərək mütəmadi şəkildə icraəyə verilmiş torpaqların təftişini həyata keçirən müdir müavini, təftiş prosesində icarə müqaviləsinin hər hansı bəndənin pozulduğunu iddia edərək müqaviləyə xitam verəcəyini bildirir. Sahibkarları bu sözlə qorxuya salan Xidmət məmuru, uzun çək-çevirdən sonra güzəştə getməyə razı olur. Təbii ki, bu razılaşma hər səfərində Eldəniz Qafarovun sərvətinin bir qədər də artması ilə nəticələnir.

Məlumat üçün bildirək ki, ötən ilin ortalarında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, eyni zamanda qurumun bir çox rayonlardakı şöbə müdirləri həbsi Eldəniz Qafarov üçün dərs olmayıb. Bununla bağlı cumhuriyyet.az bildirir ki, saxtakarlığa görə həbs edilən İldırım Məmmədovun Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsinə təyinat almasında əsas rolu məhz Eldəniz Qafarov oynayıb və elə qurumdakı korrupsiya şəbəkəsinin başında duran şəxslərdən biri də odur. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəylərin verilməsi ilə bağlı aparılan istintaq dərinləşərsə, Eldəniz Qafarov da məsulliyətə cəlb oluna bilər.

Xatırladaq ki, İldırım Məmmədov Eldəniz Qafarovun kadrıdır. Bəzi məlumatlara görə, istintaq zamanı Eldəniz Qafarov da sorğu-sual edilsə də, həbs olunmaqdan xilas ola bilib. İldırım Məmmədov da məhkəmədə etiraf edib ki, o, şöbə müdiri Eldəniz Qafarovdan gizli heç bir iş görə bilməyib. Növbəti yazımızda sizi Eldəniz Qafarovun malik olduğu əmlak və obyektlərin siyahısı, eləcə də onun bu əmlaklara hansı “zəhmətlər” sayəsində yiyələndiyi ilə tanış edəcəyik. Nizamnaməyə əsasən bilavasitə Xidmət rəisinə tabe olması gərəkən Eldəniz Qafarovun niyə daha çox Elçin Yusubovun təlimatı ilə hərəkət etdiyinə də aydınlıq gətirəcəyik.

cumhuriyyet.netскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...