Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Qeyri-ərzaq mallarının təhlükəsizliyini təmin edəcək Qaydalar təsdiq olunub

Tarix:30-07-2021, 13:34

Qeyri-ərzaq mallarının təhlükəsizliyini təmin edəcək Qaydalar təsdiq olunub
Texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində Nazirlər Kabineti tərəfindən bir sıra Qaydalar təsdiq olunub.

Bu barədə APA-ya İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Yeni Qaydaların tətbiqi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və malların rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edəcək.

Yeni Qaydalara görə, qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edərək sərbəst satışı həyata keçirə biləcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq.
Qaydalara əsasən, müvafiq qurumlar və sahibkarlar uyğunluq sertifikatlarının və ya bəyannamələrinin tərtibi ilə əlaqədar qərar qəbul etdikləri gün bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Nazirliyinin reyestrinə daxil edilən uyğunluq sertifikatları və ya bəyannamələri əsasında texniki sənədlərə və qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı vurula bilər. Azərbaycan uyğunluq nişanı - AZC hərfləri ( "Azerbaijan Conformity" Azərbaycan dilinə tərcümədə "Azərbaycan uyğunluğu") ilə təqdim olunur.

Qeyd edək ki, malların risk qruplarının təyin edilməsi meyarları barədə təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...