Anons

Bu gün, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Bu gün, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Bu gün, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Bu gün, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Bu gün, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Bu gün, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Bu gün, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Bu gün, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Bu gün, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Haqqımızda Əlaqə

Azərbaycanın 3 ərazisi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi kimi qeydiyyata salınacaq

Tarix:4-02-2021, 13:42

Azərbaycanın 3 ərazisi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi kimi qeydiyyata salınacaq Azərbaycanın Şimal-Qərb bölgəsində 3 ərazi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi (GIAHS) kimi qeydə alınacaq.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, Avropa İttifaqının maliyyə dəstəyi ilə FAO-nun həyata keçirdiyi “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli kənd təsərrüfatı və qida sistemlərinin inkişaf etdirilməsi” Layihəsi çərçivəsində bölgədə GIAHS tələblərinə cavab verən məntəqələr seçiləcək.

Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemləri kənd təsərrüfatı biomüxtəlifliyini, möhkəm ekosistemi və dəyərli mədəni irsi birləşdirən mənzərəli məkanlardır. İqlim dəyişikliyinə tab gətirən bu ərazilərdə ənənəvi kənd təsərrüfatı təcrübələri sayəsində aqrar biomüxtəlifliyi qoruyan dayanıqlı ekosistemlər formalaşıb. GIAHS ərazisi kimi qeydə alınmaq bölgənin hazırkı və gələcək qida təhlükəsizliyi, əhalinin dolanışıq vəziyyətinin təminatı, eləcə də digər iqtisadi və ətraf mühit məhsul və xidmətlərinin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Zaqatala, Qax, Balakən rayonlarını əhatə edən layihənin əsas məqsədi kiçik kənd təsərrüfatı sahibkarlığını dəstəkləyən dəyər zəncirlərinin formalaşdırılması və ərazidə yoxsulluğun aradan qaldırılmasına töhfə verməkdir. Bölgənin aqrar turizm potensialının inkişafı da Layihənin hədəfindədir.

Bölgədə seçilmiş ərazilərin GIAHS kimi qeydiyyata düşməsi nəinki həmin məkanların, ümumilikdə Azərbaycanın xarici turistlərə tanıdılması üçün əhəmiyyətli addım olacaq. “GIAHS qismində FAO tərəfindən qeydiyyata alınan ərazilər və icmaların üstünlüyü ondadır ki, həmin ərazilərdə yaşayan və fəaliyyət göstərən fermer və emalçıların istehsal etdiyi məhsullar qlobal miqyasda tanınmaqla bərabər, bu icmalara xarici turistlərin səfər etməsi, aqrar turizmin inkişafı üçün münbit şərait yaranır”, - deyə layihə rəhbəri Yusif Axundov bildirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...