Anons

Bu gün, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Bu gün, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Bu gün, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Bu gün, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Bu gün, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Bu gün, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Bu gün, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Bu gün, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Bu gün, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Haqqımızda Əlaqə

Kaspersky 2021-ci ildə mürəkkəb təhdidlərin mənzərəsinin necə olacağı barədə danışıb

Tarix:25-11-2020, 11:19

Kaspersky 2021-ci ildə mürəkkəb təhdidlərin mənzərəsinin necə olacağı barədə danışıb GReAT* komandasının mütəxəssisləri 2021-ci ildə mürəkkəb kiber təhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnozlar veriblər. Onlar APT-qruplar tərəfindən digər təcavüzkarların qurban şəbəkəsinə sızmaq üçün resurs satınalmasını əsas və ən təhlükəli tendensiyalarından biri kimi göstəriblər. Məsələn, 2020-ci ildə fidyə proqramlarının təcavüzkarların adi, yüksək dərəcədə ixtisaslaşdırılmamış zərərli proqramlardan istifadə edərək sistemdə möhkəmlənməsinə yol açan çox sayda hədəf hücumu qeydə alınıb. Əksər hallarda oğurlanmış hesab məlumatları satan Genesis kimi gizli onlayn mağazalarla onlar arasında əlaqə olduğu bildirilir. Mütəxəssislər təcavüzkarların mürəkkəb hədəf kampaniyaları üçün bu cür sxemlərdən istifadəyə davam edəcəklərinə inanır.

Şəbəkədə daha mürəkkəb kiber təhdidlərin quraşdırılmasının qarşısını almaq üçün təşkilatlara hədəfə alınmış hər bir kompyuterdəki bütün zərərli proqramı hərtərəfli yoxlamaq və cavab tədbirləri görmək tövsiyə olunur.

Əlavə olaraq, mütəxəssislər onların fikrincə gələn il üstünlük təşkil edəcək bir sıra tendensiyaları da qeyd ediblər:

müxtəlif ölkələrin hökumətləri konkret bir qrupun bu və ya digər bir hücumda iştirakı barədə daha ciddi bəyanatlar verəcəklər. Məxfiliyi aradan qaldırılmış alətlərin istifadəsi daha çətin olduğundan kiber silahlar barədə məlumatların dövlət qurumlarının rəsmi kanalları vasitəsilə açıqlanması kiber casusluq kampaniyaları ilə daha fəal şəkildə mübarizə aparmağa imkan verəcək;
Silikon Vadisi şirkətləri hesab məlumatlarının təhdidlərə açıq olmasına görə 2020-ci ildə məhkəmə iddiası ilə üzləşmiş Whatsappı nümunə götürəcək və sistem boşluğundan istifadə edən eksployt brokerlərini daha tez-tez məhkəməyə verəcəklər;
şəbəkə cihazlarına yönəlmiş hədəf hücumlarının sayı artacaq: qlobal məsafədən işləmə tendensiyası nəticəsində, təcavüzkarlar şəbəkə cihazlarının VPN şlüzləri kimi boşluqlarından istifadə etməyə yönələcək və vişinq (etibarlı mənbədən gəlmiş kimi görünən, əslində saxta olan elektron məktub, zəng, mesaj və s.) kimi sosial mühəndislik metodlarından istifadə edərək istifadəçi məlumatlarını toplayacaqlar.
fidiyə təhdidləri: geniş potensial qurban kütləsinə malik təsadüfi, sistemsiz hücumları, təcavüzkar tərəfindən müəyyən bir təşkilatın məlumatlarını şifrələndiyi və ondan böyük məbləğdə fidyə tələb edildiyi hədəf hücumları əvəzləyəcək. Onlar bu cür əməliyyatlar üçün mürəkkəb, bahalı alətlər hazırlayacaqlar;
hücumlar daha dağıdıcı olacaq: həyatımız getdikcə texnologiyadan və internet əlaqələrindən asılı olduğuna görə onların səthi də genişlənir;
5G texnologiyasındakı boşluqların istismarı: o, nə qədər populyarlaşsa, təcavüzkarlar ondakı boşluqları daha aktiv şəkildə axtaracaqlar;
bundan əlavə, mürəkkəb kiber kampaniyalar pandemiyadan qazanc götürməyə və onlardan hədəf sistemlərinə sızmaq üçün istifadə etməyə davam edəcək, çünki COVID-19 gələn il də qlobal səviyyədə insanların həyatını təsir edəcək.
“Dünya çox tez dəyişir və sabah nə baş verəcəyindən əmin olmaq mümkün deyil. Şahidi olduğumuz və təhdid mənzərəsinə təsir edən dəyişikliklərin miqdarı və mürəkkəbliyi müxtəlif ssenarilərə səbəb ola bilər. Dünyada bütün mürəkkəb kiber hücumları hərtərəfli qavrayacaq bir mütəxəssis qrupu yoxdur, amma əvvəlki təcrübəmizin də göstərdiyi kimi, bir çox mürəkkəb təhdidləri qabaqcadan görə və nəticədə onlara qarşı daha yaxşı hazırlaşa bilərik. Təcavüzkarların taktikalarını və metodlarını öyrənməyə, öyrəndiklərimizi bölüşməyə və aşkarlanan hədəf hücumlarının nəticələrini qiymətləndirməyə davam edəcəyik,”deyə Kaspersky-nin Qlobal Təhdid Araşdırmaları və Təhlili Mərkəzi rəhbərinin müavini Sergey Novikov bildirib.

GReAT komandasına görə 2021-ci ildə hansı tendensiyaların mürəkkəb hücumlar sahəsində aktual olacağı barədə daha çox məlumatı bu linkdən əldə edə bilərsiniz: https://securelist.ru/apt-predictions-for-2021/99366/

Linkə daxil olaraq Kaspersky mütəxəssislərinin 2020-ci ilə dair proqnozuna baxa bilərsiniz: https://securelist.ru/advanced-threat-predictions-for-2020/95034/.

*Global Research and Analysis Team – Kaspersky-nin araşdırma mərkəzi.

***

Əlavə məlumat və şərhlər üçün Kaspersky mətbuat xidməti ([email protected]) və ya +7 495 797 8700 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz. Mətbuat xidmətinin rəsmi Telegram kanalına (@Kaspersky4media) abunə olun və bizim xəbərləri sosial şəbəkələrdə və rəsmi mənbələrdə izləyinскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...