Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

«Kaspersky»: kiberhücum uşaqların real həyatına ciddi təsir göstərir

Tarix:6-03-2020, 15:49

«Kaspersky»: kiberhücum uşaqların real həyatına ciddi təsir göstərir “Kaspersky” şirkəti “Dərs Evi” təhsil mərkəzində uşaqlar və valideynləri üçün təhlükəsiz internet mövzusunda seminar keçirib. Seminarda məruzəçi qismində “Kaspersky” şirkətinin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov çıxış etdi.

Seminarda məruzəçi valideynlərin uşaqlarda qadjet vərdişlərini necə inkişaf etdirdiklərini və erkən yaşlarda elektron cihazlardan həddindən artıq istifadənin neqativ nəticələrindən danışdı. O, həmçinin qeyd edib ki, hər valideyn uşağı ilə internet məkanda olan mümkün təhlükələr barədə söhbətlər aparmır.

“Uşağı zərərli məzmundan və digər onlayn təhlükələrdən qorumaq üçün valideynlər ilk növbədə uşaqlarla etibarlı münasibət qurmalı və şəbəkədəki təhlükəsiz davranış qaydaları haqqında danışmalıdırlar. Uşaqların əksəriyyəti məktəbə getdikdə şəxsi gadjetə sahib olurlar və valideynlərin onlarla təmasda olması xüsusilə vacibdir. Azərbaycanda 7-10 yaş arası uşaqların təxminən 30% -nin smartfon və ya planşeti var, yeniyetmələr arasında isə (11-14 yaş) isə bu göstərici 67% -ə çatır”, - Müşviq Məmmədov dedi.
Şirkətin Azərbaycandakı nümayəndəsi seminar iştirakçılarına həmçinin kiberhücum təhlükəsi barədə də məlumat verdi, qeyd etdi ki, internetdəki təhdidlər real həyatda da ciddi təhlükəyə çevrilə bilər. Bundan başqa, seminar iştirakçılarına bir çox aktual kiber təhdidləri tanıyan və bloklayan, yersiz məzmunu süzgəcdən keçirən və potensial təhlükəli onlayn təmasların qarşısını alan “Kaspersky Safe Kids” həlli barədə məlumat təqdim edildi.

“Bu həll vasitəsilə valideynlər uşağın sosial şəbəkədə dərc etdiyi məlumatlardan və dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola bilər, real vaxt rejimində uşağın yerini də öyrənə bilərlər. Bütün bu funksiyalar yalnız uşağın şəbəkəyə qoşulduğu halda aktiv olur. Uşaqlar cihazlarında şəbəkəni söndürdüyü zaman, valideyn bu barədə məlumat alır”, - bunu M.Məmmədov dedi.

“Kaspersky” şirkətinin təşkil etdiyi seminar interaktiv formatda keçirildi, təqdimat zamanı iştirakçılar şirkət nümayəndəsindən suallarına ətraflı cavablar aldılar.
Ümumilikdə seminarda 50-dən çox valideyn, uşaq və tələbə, habelə blogerlər və media nümayəndələri iştirak etdilər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...