Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Rəqəmsal Ticarət Qovşağı 20-dən artıq səfirlik və konsulluqda təqdim olunub

Tarix:6-03-2020, 15:24

Rəqəmsal Ticarət Qovşağı 20-dən artıq səfirlik və konsulluqda təqdim olunub Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağı (RTQ) Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəlikəri və konsulluqları ilə ümumilikdə 20-dən artıq görüş keçirib.

Mərkəzdən verilən məlumata görə, təqdimatlar zamanı Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli xarici ticarət əməliyyatlarının genişləndirilməsi istiqamətində Prezident İlham Əliyevin Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı Fərmanına uyğun olaraq infrastrukturun tam qurulduğunu bildirib.

N.Əsədli diplomatik korpusla görüşlərdə RTQ-nin imkanlarından danışıb. Qeyd edib ki, Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi mobil və elektron rezidentlik proqramı, məsafədən şirkət qeydiyyatı və bank hesablarının açılması, virtual ofis və köməkçi, eləcə də transsərhəd xidmətlər Azərbaycanın tərəfdaş ölkələr ilə kağızsız və sərhədsiz ticarət aparması üçün unikal imkan təqdim edir.

Diplomatik nümayəndələr və konsullar tərəfindən təqdimatlar maraqla qarşılanıb. Əlavə olunub ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı transsərhəd kağızsız və sərhədsiz biznesin aparılması üzrə təqdim etdiyi imkanlara görə tərəfdaş ölkələr üçün çox cəlbedicidir. Dünyada ilk mobil rezidentlik və Estoniyadan sonra ikinci elektron rezidentlik verən ölkə olması, Azərbaycanın bu sahədə regionda və dünyada əhəmiyyətli dərəcədə öndə olmasının əyani sübutudur.

Nicat Əsədli həmçinin əlavə edib ki, Azərbaycan rəqəmsal layihələrin həyata keçirilməsi istiqamətində təcrübə mübadiləsinə daim hazırdır. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Türkiyə, İsveç, Niderland, Belçika, Latviya, Mərakeş, Xorvatiya, İsveçrə, Əfqanıstan və digər səfirliklərdə təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...