Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

“AzInTelecom”un üçüncü Data Mərkəzi “TIER III” sertifikatına layiq görüldü

Tarix:5-03-2020, 11:43

“AzInTelecom”un üçüncü Data Mərkəzi “TIER III” sertifikatına layiq görüldü
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən, Azərbaycanda ilk “TIER III” standartlı Data Mərkəzinin yerləşdiyi “AzInTelecom” MMC öz imkanlarını genişləndirir.

Nazirlikdən verilən məlumata görə,“Azcloud” bulud xidmətləri tərəfindən göstərilən xidmət sahələrinin artması nəzərə alınaraq, mövcud Data Mərkəzinin texniki imkanlarının artırılması məqsədilə Bakı şəhərində “AzInTelecom”un inzibati binası ərazisində yeni Data Mərkəzinin inşası işləri tamamlanmaq üzrədir. Bu yaxınlarda yeni mərkəz dayanıqlılıq səviyyəsinə görə ABŞ-ın “Uptime Institute” təşkilatının “TIER III Design” uyğunluq sertifikatına layiq görülüb.

“TIER III” standartına uyğunluq dedikdə bütün infrastrukturun rezervlənməsi nəzərdə tutulur. Bu da öz növbəsində texniki qüsur olduğu halda belə, fasiləsiz şəkildə fəaliyyət göstərməyə imkan verərək xidmət keyfiyyətinin 99,982% səviyyəsində olması və ya il ərzində ümumi boşdayanma ehtimalı müddətinin 1.6 saatdan artıq olmamasıdır. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz Data Mərkəzi qurmaq mümkün olub.

Bununla yanaşı, “AzInTelecom” şirkəti İT-nin idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirən və ən effektiv metodların tətbiqinin əyani göstəricisi olan “ISO 20000” standartının uyğunluq sertifikatına və informasiya təhlükəsizliyinin idarəetmə sisteminin beynəlxalq standartlarına uyğun olmasının bariz sübutu olan “ISO 27001” standartına malikdir.

Qeyd edək ki, Bakı şəhərində “AzInTelecom” MMC-nin inzibati binası ərazisində inşa edilən yeni Data Mərkəzi müəssisənin “TIER III” standartları əsasında qurulan sayca 3-cü Data Mərkəzidir. 2019-cu ildə Yevlax şəhərində inşasına başlanılan Data Mərkəzi “TIER III Design” sertifikatına və 2015-ci ildə Bakı şəhərində yerləşən Data Mərkəzi “TIER III Facility” uyğunluq sertifikatlarına layiq görülüb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...