Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Azərbaycanda nar və nardan hazırlanan məhsulların ixracında ciddi artım qeydə alınıb

Tarix:14-02-2020, 10:42

Azərbaycanda nar və nardan hazırlanan məhsulların ixracında ciddi artım qeydə alınıb Bu il Azərbaycanda nar və nardan hazırlanan məhsulların inkişafında dinamik artım qeydə alınıb.

Bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

O bildirib ki, əgər 2018-ci ildə nar ixracı təqribən 9300 ton (12.2 mln ABŞ dolları) təşkil etmişdisə, 2019-cu ildə bu, təqribən 17.500 tona (19 mln ABŞ dolları) bərabər olub.

Assosiasiya sədri vurğulayıb ki, 2019-cu ildə nar konsentrantı və nar şirəsinin də ixracında artım qeydə alınıb: “2018-ci ildə nar konsentrantı ixracı təqribən 750 ton (1.3 mln ABŞ dolları) olduğu halda, 2019-cu ildə bu rəqəm təqribən 905 ton (1.5 mln ABŞ dolları) olub. 2018-ci ildə nar şirəsi ixracı təqribən 5900 ton (7.4 mln ABŞ dolları) təşkil etmişdisə, 2019-cu ildə ixrac təqribən 6400 ton (7.5 mln ABŞ dolları) olub".

F.Qaraşov qeyd edib ki, Azərbaycanda ümumi nar istehsalında da əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Onun sözlərinə görə, 2018-ci ildə 155 min ton nar istehal olunduğu halda, 2019-cu ildə bu rəqəm 175 min ton olub.

Assosasiya sədri əlavə edib ki, bu artıma ölkəmizdə sahibkarlar üçün yaradılmış münbit şərait, kənd təsərrfüatına göstərilən diqqət və qayğı sayəsində nail olunub: "Ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün böyük işlər görülür. Azərbaycan məhsullarının ixrac coğrafiyası da genişləndirilir, xarici ölkələrdə ticarət evləri açılır ki, bu da sahibkarlığın davamlı inkişafı üçün möhkəm əsas yaradır".

Assosasiyanın gələcək fəaliyyəti haqqında danışan F.Qaraşov bildirib ki, 2020-ci ildə qurumun əsas hədəfi Fransa və Polşaya nar ixracını daha da artırmaq və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə digər Avropa və dünya ölkələrin bazarlarına çıxış tapmaqdır.

Qeyd edək ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-ci ilin noyabrından fəaliyyətə başlayıb və ilk günlərdən ölkəmizdə narçılıqla məşğul olan fiziki və hüquqi şəxsləri öz ətrafına toplayıb. 2019-cu ildə assosiasiyanın fəaliyyəti məhsuldar keçib. Belə ki, üzvlərinin sayı 2018-ci ilə (34 üzv) nisbətdə 10 dəfədən çox artaraq 345-ə çatıb. Assosiasiya, həmçinin Beynəlxalq təşkilatlarla narçılığın inkişafı istiqamətində sıx əməkdaşlıq edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...