Anons

Bu gün, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Bu gün, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Bu gün, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Bu gün, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Bu gün, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Bu gün, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Dünən, 13:14- Rəisi kim idi?

Dünən, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Dünən, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Dünən, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Haqqımızda Əlaqə

Avropa çempionatında uğur qazanan Azərbaycan boksçuları Bakıya qayıdıb

Tarix:25-03-2022, 11:05

Avropa çempionatında uğur qazanan Azərbaycan boksçuları Bakıya qayıdıb
Xorvatiyanın Poreç şəhərində başa çatan 22 yaşadək boksçular arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.

Boksçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar. Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.
Milli komandanın böyük məşqçisi Nəriman Abdullayev Avropa çempionatının Azərbaycan yığması üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, idmana göstərilən dövlət qayğısı boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Avropa çempionatına 39 ölkə qatılmışdı. Yarışda qitənin 22 yaşadək güclü boksçuları mübarizə aparırdı. Yığma 13 çəki dərəcəsindən 7-də təmsil olunurdu. Buna baxmayaraq, komandamızın çıxışı bizi sevindirdi. Onlardan 4-ü fəxri kürsüyə yüksəldi. Millinin heyətində Nicat Hüseynov çempion tituluna yiyələndi. Yalnız finalda uduzan Ruslan Qədirov ikinci yeri tutdu. Cəlal Qurbanovla Nəbi İsgəndərov isə bürünc medalla kifayətləndi. Təbii ki, bu nəticə bizim üçün qənaətbəxşdir. Gələcəkdə medallarımızın sayının daha çox olacağına inanırıq. Mükafatçılarımızın gənc olduğunu nəzərə alsaq, sabaha böyük ümidlə baxa bilərik”.

Ötən il İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində keçirilən analoji yarışda da 7 boksçu ilə təmsil olunmuşduq. Onlardan yalnız biri – Ruslan Rüstəmov (64 kq) bürünc medala yiyələnmişdisə, bu dəfə komandamız 4 medalla Avropa çempionatının medal sıralamasında 4-cü yeri tutub. Abdullayevin sözlərinə görə, növbəti hədəf daha inamlı çıxış olacaq: “İdmançılar, o cümlədən boksçular həmişə dövlət qayğısını hiss edib. Bunun qarşılığında əsas hədəf həmişə olduğu kimi ən yüksək nəticəni göstərməkdir. İnanıram ki, Avropa çempionatındakı uğurlu çıxışımızı növbəti yarışlarda da davam etdirəcəyik”.

U-22-lərin Avropa çempionatında yığmamıza 3 ildən sonra qızıl medal qazandıran Nicat Hüseynov (51 kq) döyüşlərini şərh edib. O bildirib ki, startda irlandiyalı boksçuya ciddi çətinlik çəkmədən qalib gəlsə də, yarımfinalda türkiyəli rəqibi ilə görüşü gərgin alınıb. 19-22 yaşlı boksçuların mübarizəsində birinci olan 18 yaşlı idmançının sözlərinə görə, finala yaxşı kökləndiyindən döyüşü xeyrinə bitirib. Nicat bir daha vurğulayıb ki, qələbəsini 44 günlük Vətən Müharibəsinin şəhidlərinə həsr edir.

54 kq çəki dərəcəsində yalnız finalda məğlub olan Ruslan Qədirov isə yarışa yaxşı başladığını deyib. O vurğulayıb ki, ardıcıl qələbələrdən sonra həlledici döyüşdə beynəlxalq yarışlarda təcrübəsinin az olması əleyhinə işləyib. Qədirov növbəti turnirlərdə daha yaxşı mübarizə aparacağına və Azərbaycan bayrağını yüksəklərə qaldıracağına əminlik ifadə edib.

Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan millimiz Poreçdəki Avropa çempionatında Azərbaycan boks tarixinin 10 illik rekordunu təkrarlayıb. Həmçinin komandamız 2012-ci ildə Rusiyada və bu il Xorvatiyada baş tutan qitə birincilikləri istisna olmaqla, heç vaxt finalda 2 idmançı ilə mübarizə aparmayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...