Anons

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Haqqımızda Əlaqə

Azərbaycanda kəşfiyyat məqsədli və kamikadze kimi istifadə oluna biləcək PUA yaradılıb

Tarix:1-07-2021, 12:23

Azərbaycanda kəşfiyyat məqsədli və kamikadze kimi istifadə oluna biləcək PUA yaradılıb AMEA-nın Yüksək Texnologiyalar (YT) Parkında biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi məqsədilə inkubator rezidentliyinə seçim müsabiqəsi keçirilib.

YT Parkdan APA-ya bildirilib ki, müstəqil layihə rəhbəri Nadir Babaxanovun “GÖZ – N1” pilotsuz uçan aparat (PUA) layihəsi müsabiqənin qalibi olub.

Məlumatda bildirilir ki, dron sənayesində yeni istiqamət təşkil edən “GÖZ-N1” layihəsi kompakt, istifadəsi asan və tamamilə modul olması ilə fərqlənir. İstənilən hava şəraitində istifadə olunması isə onu digər PUA-lardan daha üstün edəcək. Video və idarəetmə paneli üçün xüsusi olaraq hazırlanmış sistem və proqram təminatı tapşırıqdan asılı olaraq kamera və idarəetmə panelini dəyişdirməyə imkan verəcək.

“GÖZ-N1”-in xüsusi forması və aerodinamika ilə onu istənilən ərazidə 30 saniyəyə uçuş vəziyyətinə gətirmək mümkün olacaq. Dronun kompakt ölçüsü daşınma zamanı heç bir çətinlik yaratmayacaq.

Yığılmış formada 330x120 mm, açıq formada 330x360 mm ölçülərə malik, çəkisi 2,5 kq təşkil edən bu dron tapşırıqdan asılı olaraq 3-10 km məsafəyə 4700 m yüksəklikdə 45- 55 dəqiqə ərzində 25 m/s uçuş sürəti ilə hərəkət etmək imkanına malik olacaq.

“GÖZ-N1”-dən hərbi sənayedə kəşfiyyat, təkrarlayıcı (retranslyator), kamikadze kimi istifadə etmək, düşmənin yerləşdiyi artilleriya və ya bölüklərin dəqiq koordinatlarını tapmaq malik olacaq.

Fövqəladə hallar zamanı kompaktlığı və istənilən ərazidə uçma qabiliyyəti sayəsində bu dron sürət və effektivlik baxımından əvəzolunmaz keyfiyyətlərə malik olacaq. Keçməyin çətin olduğu yerlərdə və işçilərin təhlükəsizliyi üçün xüsusi yanğın söndürən maddədən istifadə etmək olar. O, dağlıq ərazilərdə və zəlzələ zamanı dağılmış yerlərdə xilasetmə qrupu üçün koordinat işarəsi kimi istifadə oluna bilər.

Geologiya və zoologiya sahəsində isə geoloqlar bu dronu qazıntılar üzərində uçmaq və ümumi foto və video çəkilişlər aparmaq üçün istifadə edə bilərlər. Zooloqlar heyvanları asanlıqla müşahidə etmək üçün dronun kamerasını canlıya tərəf yönəldərək “izlə” əmrindən istifadə edə bilər.

Mühafizə məqsədilə “GÖZ-N1” ərazidə geniş əhatə dairəsi olan təhlükəsizlik kamerası funksiyasını yerinə yetirə bilər. Tədbirlərdə havadan müşahidə ilə təhlükəsizliyi təmin etmək üçün, eləcə də istənilən şəraitdə cinayətkarların təqib olunması məqsədilə istifadəyə olduqca yararlı olacaq.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...