Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA

Tarix:2-03-2021, 16:09

Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA Azərbaycanda koronavirusa yoluxma faktının qeydə alındığı ilk gündən (2020-ci il fevralın 28-dən) indiyədək ölkədə 235 014 nəfər bu virusa yoluxub, 3 225 nəfər vəfat edib.

Bu gün açıqlanan rəsmi statistik göstəricilərə əsasən, ölkədə COVID-19 infeksiyasına yoluxma sayı ötən günlə müqayisədə 3 dəfəyə yaxın artaraq 352-ə çatıb.

Azərbaycanda yoluxmanın pik vəziyyəti ötən ilin dekabr-bu ilin yanvar ayının əvvəllərində qeydə alınıb. Həmin dövrdən sonra yoluxma sayı getdikcə azalıb. Fevralın 5-dən sonra isə yoluxma sayı hətta 300-ü belə keçməyib.

Yoluxma sayındakı azalmadan sonra bu gün sayın 3 dəfəyə qədər artması sözsüz ki, karantin tədbirlərinin sərtləşdirilə bilməsi məsələsi barədə məlumatların dolaşmasına da səbəb olur.

İnsanlar arasında yayılan məlumatlarda yaxın günlərdə məktəblərdə dərslərin dayandırılması barədə fikirlər səsləndirilsə də, bu, hələlik təsdiqlənmir.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov hazırda məktəblərdə tədrisin davam etdiyini açıqlayıb.

Nazirlik rəsmisi əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərarın verilmədiyini söyləyib: "Bu qərar ölkənin sanitar-epidemiologi vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir".

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə açıqlamasında bildirib ki, əslində, insanlar yoluxma sayının artması səbəbindən karantin qaydalarının sərtləşdirilə bilməsi haqqında deyil, vaksinasiya olunmaq haqqında düşünməlidirlər: "Artıq bir ildir ki, ölkəmizdə pandemiya ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilib. Bu müddətdə ən sərt karantin qaydaları da tətbiq edilib, müxtəlif qapanmalara gedilib. Lakin bütün bunlar ona görə edilib ki, pandemiyadan qurtulmaq üçün görülməsi mümkün olan başqa tədbir olmayıb, həmin dövrdə virusa qarşı vaksin də tapılmamışdı. Amma artıq vaksin hazırlanaraq istifadəyə verilib".

Y.Abdiyeva qeyd edib ki, Azərbaycan vaksinasiya prosesinə tez başlayan azsaylı ölkələrdən biridir. Ölkədə artıq 22 498 nəfər COVID-19 infeksiyasına qarşı vaksin olunub: "İndi bizim əsas məqsədimiz COVİD-19-a qarşı peyvənd vurdurmaq olmalıdır. Yalnız vaksinasiya prosesində aktiv iştirak etməklə pandemiyadan qurtula bilərik. Əgər pandemiyadan qurtulacağıqsa, o zaman artıq qapanmalar, sərt karantin tədbirləri haqqında fikirləşməli olmayacağıq, darıxdığımız ənənəvi həyatımıza geri qayıdacağıq".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...