Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu
Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?
Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?
Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...
17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI
17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat
17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA
17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir
17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!
17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...
17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?
16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”
Dövlət başçısının tapşırığına əsasən Bakı şəhərində vətəndaşlar üçün yüksək səviyyəli nəqliyyat şəraitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə ictimai nəqliyyat infrastrukturu, o cümlədən də avtobus dayanacaqlarının yenidən qurulması daim diqqətdə saxlanılır.
Son beş ildə paytaxtın inzibati ərazisində 432 ədədi pavilyon, 409-u məntəqə tipli olmaqla ümumilikdə 841 dayanacaq quraşdırılıb. 1191 dayanacaq təmir edilərək sərnişinlərin istifadəsinə verilib. Nəticədə dayanacaqların 42%-i yenilənib, şəhər üzrə ümumi dayanacaq tələbatının 90.1%-i təmin edilib. İctimai nəqliyyat infrastrukturunun yenilənməsi zamanı informsiya texnologiyalarının imkanlarından da istifadə olunur.
Bu çərçivədə Bakı şəhərində bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. İlk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb. Ərazinin memarlıq üslubu ilə həmahəng olan pavilyon Heydər Əliyev prospektində, şəhər mərkəzi istiqamətində yerləşir. Bu dayanacaqdan 1, 2 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur.
Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir. Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda “BakıKart” ödəmə terminalı da var.
Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması ilə digər bir layihənin də icrasına start verilib. Layihəyə əsasən paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək. Adlar əsasən dayanacaq məntəqəsinin yerləşdiyi məkana, həmin məkanda olan mədəni-tarixi və digər əsas obyektlərə uyğun olaraq müəyyən ediləcək. Bu mənada ilk bio-smart pavilyon “Heydər Əliyev Mərkəzi” dayanacağı adlandırılıb-deyə məlumatda bildirilib.