Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi

Tarix:2-03-2021, 13:07

“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr tarixə Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti və igid oğulların şücaəti nəticəsində yazıldı.

İkinci Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanca iştirak edərək düşmənə qarşı vuruşan qəhrəman oğulları tanıtmaq məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsini uğurla davam etdirir.

Bu gün layihəyə daxil etdiyimiz şəhid Quliyev Asim Bəkir oğlunun doğum günüdür. Onun xatirəsi bütün Azərbaycan xalqının qəlbində və yaddaşında əbədi olaraq yaşayacaq.

Şəhidin əziz xatirəsini yad etmək məqsədilə kitabxananın İnformasiya-resurs şöbəsi tərəfindən qəhrəmanın həyat yolu haqqında videoçarx hazırlandı. Kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanmış videoçarxda şəhid Asim Quliyev haqqında ümumi informasiya, hərbi xidməti, Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqları, şəhidlik zirvəsinə ucaldığı tarix və necə şəhid olduğu haqqında informasiya, şəhidin gənclik və hərbi xidmət dövrünə aid fotoları, həmçinin onunla bağlı video lentlər yer alır.

Vətənin şöhrətli, qəhrəman igid oğlu Asim Quliyev Bəkir oğlu 02 mart 1996-cı il Sabunçu rayonunun Bakıxanov qəsəbəsində anadan olmuşdur.

Şəhid Asim Quliyev 2002-ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən 107 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuş, 2011-ci ildə IX sinfi bitirdikdən sonra Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecə daxil olaraq təhsilini davam etdirmişdir.

Asimin idmana olan marağı onun boks idman növünə yönəlməsinə səbəb olmuşdur. O, idmanın bu növü ilə məşğul olmuş, bir sıra nailiyyətlər qazanmışdır.

Şəhid Asim 2014-cü il yanvar tarixində həqiqi hərbi xidmətə çağırılmış, xidmət dövrü Aprel döyüşlərinə təsadüf etmişdir. O, kəşfiyyatçı və pulemyotçu kimi şücaətlə iştirak etmiş, Tərtər rayonu

istiqamətində gedən döyüşlərdə qəhrəmanca vuruşaraq ayağından qəlpə yarası almışdır.

21 sentyabr 2020-ci il tarixində könüllü olaraq hərbi xidmətə yollanmış, 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur.

O, Cəbrayıl, Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə komanda heyəti ilə birgə düşmənə qarşı qəhrəmanca mübarizə aparmışdır.

Asim Quliyev 12 oktyabr 2020-ci il tarixində Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərdə düşmənin snayper gülləsi nəticəsində ürəyindən vurularaq şəhid olmuşdur.

Döyüş bölgəsindən Asimi işlədiyi "Stimul" hospitalın təcilli tibbi yardım maşını çıxarmış, lakin elə maşında gözlərini əbədi olaraq yummuşdur. Asimin yanında olan tibb işçisi yaralı olduğu halda belə Asimin çöhrəsində gülüş olduğunu bildirmiş və o an sanki ölümə gülümsədiyini söyləmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid Asim Quliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Şəhid Asim xarakter olaraq çox həssas ürəyə sahib, sakit, utancaq, ağır təbiətli, zəhmətkeş bir gənc idi. Həyatda qarşısına çıxan hər çətinliyin öhdəsindən gəlməyə çalışan, ətrafında olan şəxslərə qarşı yardım əlini uzadan açıqürəkli Azərbaycan oğlu idi.

Nəinki ailsinə və qohumlarına, işdə xanımlara çox hörmətlə yanaşırdı, onların hər işində köməklik göstərirdi. Dostlarına dost yox qardaş, arxa-dayaq, özündən kiçiklərə yol göstərən biri idi. Səhər və gecə növbələrində işləyərək anasına dəstək olurdu. Şəhidin ən böyük arzusu ailəsinə ev tikmək idi.

Şəhid yaxını Əfruz xanımın verdiyi məlumata əsasən:

“Biz əmioğlu və əmiqızı yox, bacı-qardaş kimi bir-birimizə bağlı idik...Bizim bir yerdə çox xatirələrimiz olub, bütün xatirələrimiz əzizdir...O xatirələr ki, onunla birgə daim qəlbimizdə yaşayacaq.

Asim Vətən müharibəsinə gedərkən anasını qardaşına tapşırmış, anasına 3-4 günə qayıdacağını demişdi.

Çox qayğıkeş olduğu üçün qardaşı ilə danışanda söyləmişdi:

- Mənim cəbhədə olduğumu anama söyləmə!

Anası ilə danışanda deyirdi:

- Hər şey yaxşıdır... Narahat olma, yaxın müddətdə hər şey düzələcək və mən qayıdacam.

Son dəfə qardaşı ilə danışanda halallıq almış və onları bir-birinə tapşırmışdır.”

Azərbaycanın tarix yazan igid oğlu Asim Quliyev Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Şəhidin əziz xatirəsi üçün hazırlanmış videoçarx aşağıdakı YouTube kanalında yerləşdirilmişdir:

https://www.youtube.com/watch?v=ZhAgVlUBrlM

Ruhun şad olsun, Azərbaycanın qəhrəman oğlu!

“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi
“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi
“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi
“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi
“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi
“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildiскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...