Anons

Bu gün, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Bu gün, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Bu gün, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Bu gün, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Bu gün, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Bu gün, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Bu gün, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Bu gün, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

Dünən, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Dünən, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Dünən, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Dünən, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Dünən, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Dünən, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Dünən, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Dünən, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Dünən, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Dünən, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Dünən, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Şücaəti ilə tarix yazan qəhrəmanımız: şəhid Orucov Nemət

Tarix:2-02-2021, 13:31

Şücaəti ilə tarix yazan qəhrəmanımız: şəhid Orucov Nemət
İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən qəhrəmanları tanıtmaq məqsədilə həyata keçirilən “Tarix yazan igidlərimiz” layihəsi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən davam etdirilir.

Kitabxananın İnformasiya-resurs şöbəsi tarixi qələbəyə öz adını göstərdiyi qəhrəmanlığı ilə yazdıran şəhid Orucov Nemət haqqında videoçarx hazır etdi.

Videoçarxda şəhidin həyatı və hərbi fəaliyyəti ilə bağlı məlumatlar, fotolar nümayiş edilir.

Şəhid Orucov Nemet Əkbər oğlu 1994-cü il 15 noyabr tarixində Goranboy rayonunun Qaraçılar kəndində anadan olmuşdur. Orucov Nemət 2001-ci ildə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində təhsil almağa başlamışdır. O həm təhsili, həm də tərbiyəsi ilə məktəb kollektivi arasında nümunəvi bir şagird olmuşdur.

Şəhid Orucov Nemət 2011-ci ildə orta təhsilini başa vurmuş və 2012-ci ildə isə Azərbaycan Texnologiya Universitetinin Ekologiya mühəndisliyi ixtisası üzrə ali məktəbə qəbul olmuşdur.

2016-ci ildə ali məktəbi bitirmiş və elə həmin ilin iyun ayında hərbi xidmətə yollanmışdır. O, 2017-ci ildə xidmətini kəşfiyyatçı kimi başa vuran Nemət, 2018-ci ildən müddətdən artıq hərbi xidmətə yollanaraq xidmətini leytenant kimi davam etdirmişdir.

Orucov Nemət hərbi fəaliyyəti zamanı sərrast atıcılıq qabiliyyəti ilə yoldaşlarından seçilirdi. O, zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında post komandiri vəzifəsində çalışmışdır.

Nemətin ailəsi Kəlbəcər rayonundan məcburi köçkündür. Onun hərbiçi olmaq istəməsinin əsas səbəbi də ata-baba yurdunun düşmən tapdağında olması idi. O, Qarabağ torpaqlarını azad edərək erməni təcavüzkarlarından qisas almaq istəyirdi.

Orucov Nemət xidmət müddətində qazandığı nailiyyətlərinə görə bir çox fəxri fərmana layiq görülmüşdür. O, 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük " adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə görə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanları ilə təltif olunmuşdur.

Qəhrəman Orucov Nemət hər zaman Mübariz İbrahimovu özünə nümunə götürmüşdür. Şəhidlik zirvəsinə ucalmaq isə Nemətin tək arzusu imiş.

Azərbaycan Ordusunun leytenantı olan Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, ordumuzun əks hücumu zamanı şücaətini göstərərək düşmənin iki postunu darmadağın etmişdir.

Döyüş zamanı Orucov Nemət ağır yaralanmışdı. Döyüş yoldaşları ona dəstəyə gələrkən gülümsəmiş və həmin an əli ilə işarə edərək onlara bu sözləri söyləmişdir:

“Gəlməyin! Mən şəhadətə qovuşuram.”

28 sentyabr 2020-ci il tarixində şəhid Orucov Nemət son mənzilə yola salınmışdır. Məzarı Goranboy rayonunda yerləşən Zeyvə kənd qəbristanlığındadır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək şəhid olan igidimiz haqqında hazırlanmış videoçarx aşağıdakı YouTube linkində yerləşdirilmişdir.

https://www.youtube.com/watch?v=f3Ij6WoBX0I

Ruhun şad olsun, Şəhidim!!!

Azərbaycan xalqının gələcəyi üçün etdiyin fədakarlığa görə minnətdarıq və ruhun qarşısında baş əyirik.

Şücaəti ilə tarix yazan qəhrəmanımız: şəhid Orucov Nemət
Şücaəti ilə tarix yazan qəhrəmanımız: şəhid Orucov Nemət
Şücaəti ilə tarix yazan qəhrəmanımız: şəhid Orucov Nemət
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...