Anons

Bu gün, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Bu gün, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Bu gün, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Bu gün, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Bu gün, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Bu gün, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Bu gün, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Bu gün, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

Dünən, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

Dünən, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

Dünən, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

Dünən, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

Dünən, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

Dünən, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Dünən, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Dünən, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Dünən, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Dünən, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Dünən, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Ali məktəblərə qəbul qaydaları açıqlanıb

Tarix:2-02-2021, 12:45

Ali məktəblərə qəbul qaydaları açıqlanıb Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını açıqlayıb.

DİM-in mətbuat xidmətindən verilən xəbərə görə, qəbul qaydaları "Abituriyent" jurnalının 1-ci nömrəsində dərc olunub. Jurnalın bu nömrəsində qəbul qaydaları ilə yanaşı, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları (o cümlədən tarix fənni üzrə Vətən müharibəsi ilə bağlı əlavə edilmiş yeni mövzular), ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar da yer alıb.

Jurnalda dərc edilmiş tapşırıq nümunələri abituriyentlərin öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf etdirmələri üçün təqdim olunub. Qəbul imtahanı modelinə əsasən, hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılıb.

Jurnalda tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, Mərkəzin regional bölmələrindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...