Anons

Bu gün, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Bu gün, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Bu gün, 18:18- Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?

Bu gün, 15:40- “Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

Bu gün, 15:11- Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir

Bu gün, 14:20- Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

Bu gün, 12:52- "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...

Bu gün, 12:31- "VEYSƏLOĞLU" Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Bu gün, 11:38- Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?

Bu gün, 11:11- Bu kəndin nə yolu var, nə də suyu... - Dİ GƏL, YAŞA...

Bu gün, 10:32- "Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ

Bu gün, 10:08- 20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür - İLGİNC FAKTLAR

Bu gün, 09:25- ADNA terrorundan 15 il ötür

Bu gün, 09:10- "Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...

Dünən, 19:48- "Bizə İlon Maskdan başqa kimsə kömək edə bilməz" - GİLEY

Dünən, 19:07- Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə

Dünən, 18:30- "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ

Dünən, 17:35- “Bakı Sığorta” vətəndaşları aldadır - FOTOFAKT

Dünən, 16:52- Xırdalanda ağacları gecə ilə kəsib parkinq yeri düzəltdilər – FOTOFAKT

Haqqımızda Əlaqə

QAQB-nin üzvləri növbəti toplantılarını keçirdilər

Tarix:18-02-2020, 12:16

QAQB-nin üzvləri növbəti toplantılarını keçirdilər
Bu gün QAQB-nin Tbilisi pr.76 ünvanındakı ofisində,Qərbi Azərbaycana(Ermənistana)Qayıdış Birliyinin geniş tərkibdə toplantısı keçirildi.Toplantıda üç məsələ müzakirəyə çıxarıldı.1.Təşkilati məsələ.2.QAQB-nin xarici nümayəndəliklərinin Əsasnaməsinin qəbulu.3.QAQB-nin 2020-ci il üçün fəaliyyət proqramı.
Toplantı işinə reqlamentə uyğun olaraq toplantıya qatılmış,Adil Məmmədovun,Dilarə Həkimin,Elçin İsmayıllının QAQB ali Məclisinə üzvlükləri məsələsinə baxaraq,yekdilliklə hər üçünündə QAQB Ali Məclisinə üzvlükləri təsdiq olunmuşdur.Bundan sonra toplantını açan QAQB sədri Rizvan Talıbov gündəlikdəki məsələlər barədə toplantı iştirakçılarına geniş məlumat verdi.Sədr çıxışında qeyd etdi ki,QAQB 2019-cu ildə uğurlu bir yol keçərək,çox möhtəşəm tədbirlər keçirtdi və Qərbi Azərbaycan problemini ölkə gündəminə çıxartmağa nail oldu.Ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə iştirak etdi.

QAQB-nin üzvləri növbəti toplantılarını keçirdilər


Ən önəmlisi isə,QAQB təmsil etdiyi,hüquqlarının qorunması üçün mubarizə apardığı Qərbi Azərbaycanlı toplumunun,Ermənistan qaçqınlarının, çox önəmli kəsiminin etibarını qazanmağa nail oldu,üzvlərinin və tərəfdarlarının sayının on minləri keçməsini təmin etdi."Bizlər Birlik olaraq 2020-ci ildə daha artıq bir əzmlə çalışmalıyıq ki,sıralarımızı daha da genişləndirək,tərəfdarlarımızın sayını daha da artırmağa nail olaq".Sədr eyni zamanda qeyd etdi ki,biz Birlik olaraq Milli Məclisə keçirilmiş növbədən kənar parlament seçkilərində də aktiv iştirak etdi,bir çox namizədlərə zəruri dəstəyini verdi.Sədr xüsusi olaraq qeyd etdi ki,ölkədə mövcud olan çoxsaylı problemlərin,xüsusən Dağlıq Qarabağ və Qərbi Azərbaycan problemləri kimi taleyüklü problemlərimizin uğurlu həllinə nail olmaq üçün,ölkədə azad və demokratik seçkilərin keçirilməsinə nail olmaq vacibdir! Əgər bizlər,xalq olaraq azad,demokratik seçkilər yolu ilə Milli Məclisin formalaşdırılmasına nail olsaq,əminliklə bildirmək istəyirəm ki,o,zaman çox problemlərimiz öz müsbət həllini tapacaq və ən önəmlisi isə Dağlıq Qarabağ və Qərbi Azərbaycan problemləri məsələsində uğurlu nəticələrə nail ola biləcəyik!

QAQB-nin üzvləri növbəti toplantılarını keçirdilər


Buna nail olmasaq həm problemlərimiz olduğu kimi qalacaq,həm də,Dağlıq Qarabağ və Qərbi Azərbaycan məsələsi kimi,taleyüklü məsələlərimiz həllini tapmayacaq!Çıxışının yekununda QAQB sədri,QAQB-nin xarici ölkələrdəki,Norveç Krallığındakı və Qazaxıstan Respublikasındakı nümayəndəliklərinin rəhbərlərinin təyinatı və QAQB İdarə Heyyətinin tərkibində edilmiş dəyişikliklər haqqında imzalanmış sərəncamları toplantı iştirakçılarının diqqətinə çatdırdı.QAQB sədrindən sonra çıxışçılar,QAQB Ali Məclisinin sədri Əli Vəliyev,QAQB İdarə Heyyətinin üzvləri Qəhrəman Qəhrəmanov,Maarif Məhərrəmbəyli,Xəqani İsmayıl,Tamam Uluxanlı,Asya Əsgərova,Ali Məclis üzvləri Rüfət Əsədov,Ravil Cəfərov,Mahmud Mahmudov və digərləri gündəlikdəki məsələlər ətrafında çıxış edərək,mülahizələrini,təkliflərini bildirdilər.Toplantının yekununda qərara alındı ki,QAQB sədrinin son sərəncamları təqdir olunsun.QAQB-nin xarici ölkə nümayəndəliklərinin təkliflər və iradlar nəzərə alınmaqla qəbul edilsin.Birliyin 2020-ci il üçün fəaliyyət proqramını on beş gün müddətində hazırlayıb,qəbul etmək QAQB İdarə Heyyətinə həvalə olundu.Toplantı QAQB sədrinin yekun çıxışı ilə işini uğurla başa vurdu.

QAQB-nin üzvləri növbəti toplantılarını keçirdilər
QAQB-nin üzvləri növbəti toplantılarını keçirdilər
QAQB-nin üzvləri növbəti toplantılarını keçirdilər
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...