Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Türkiyə Ukraynada “Bayraktar” zavodu tikməkdən imtina etdi – EKSKLÜZİV

Tarix:10-08-2022, 15:33

Türkiyə Ukraynada “Bayraktar” zavodu tikməkdən imtina etdi – EKSKLÜZİV

Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar bir neçə gün əvvəl mediaya açıqlamasında bildirib ki, Türkiyə və Ukrayna “Bayraktar” zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib, sənədlər ratifikasiya üçün parlamentə göndərilib. Səfirin sözlərinə görə, Ukraynada “Bayraktar” zavodunun inşa edilməsi üçün torpaq sahəsini alınıb, habelə zavodun smeta layihəsi də hazırlanıb.


Ukraynalı diplomatın açıqlamasına Kreml dərhal reaksiya verib. Belə ki, Rusiya Prezidentinin sözçüsü Dmirti Peskov cavabında qəti şəkildə vurğulayıb ki, Türkiyə belə bir addım atarsa, Rusiya həmin zavoda zərbə vuracaq.


“Ukraynada “Bayraktar” Türkiyə pilotsuz uçuş aparatlarının istehsalı zavodu tikilərsə, dərhal demilitarizasiya ediləcək. Bu, çox güman, yalnız ukraynalıların əzab çəkmələrini uzadacaq, lakin xüsusi hərbi əməliyyatın məqsədi olan şeydən yayına bilməyəcək”, - Peskov çıxışında qeyd edib.


“Bayraktar” qalmaqalına Türkiyənin münasibəti necədir?


Bu barədə Modern.az-ın sualını cavablandıran Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş ölkəsinin Ukryanada “Bayraktar” zavodu tikməyəcəyini bəyan edib:


“Hazırda Türkiyə hansısa ölkə ilə ortaq “Bayraktar” istehsal etmək niyyətində deyil. Bu gün Rusiya və Ukrayna arasında müharibə davam edir. Ona görə də iki münaqişəli ölkəyə Türkiyə tərəfindən yardım olunmur. Çünki Türkiyənin bu addımı ölkələr arasında münaqişənin daha da artmasına səbəb ola bilər. Amma daha əvvəl Ukraynaya verilmiş “Bayraktar”lar hələ də müharibədə istifadə edilir. Bu vəziyyətdə ya Rusiya, ya da Ukrayna istəsə Türkiyə heç nə verməz. Bu gün Türkiyənin həyata keçirmək istədiyi siyasət barışdır, Ankara iki ölkədən birinə silah verib, nifaq salmaq istəmir”.


Türkiyəli general Ukraynanın Ankaradakı səfirinin “Bayraktar”la bağlı açıqlamasına da aydınlıq gətirib:


“Ukraynanın Türkiyədəki səfiri bəzən məsuliyyətindən kənarda olan bəzi fikirləri səsləndirir. Amma Türkiyə diqqətli hərəkət edir. Biz sadəcə istəyirik ki, ölkələr arasında sülh olsun. Türkiyənin “Bayraktar”la bağlı siyasəti hər kəsə bəllidir. Ona görə də Türkiyənin müharibə edən tərəflərə silah vermək niyyəti yoxdur”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...