Anons

Bu gün, 19:42- İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Bu gün, 19:05- Ceyranbatan su kanalında 1 nəfər batıb

Bu gün, 18:02- KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Bu gün, 17:09- "Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Haqqımızda Əlaqə

Gənc şair Kənan Muxtardan şeirlər

Tarix:18-04-2020, 12:39

Gənc şair Kənan Muxtardan şeirlər
Bu liman tənhadır üfüqdə səssiz,
İllərdir qayıtmır son gedən gəmi!
Apardı sonuncu sərnişini də,
Bir gecə limanı tərk edən gəmi!

Dalğa da yad olub bu sahillərə,
Ləpələr salamı uzaqdan verir!
Yel yerə əyilmir qumu "toz basıb"
Sakitcə bu yerdən külək qəm dərir!

Biləsən bir ümid asan yaranmır,
Ümid bir zirvədir, dəyərsə dağdır!
Kim demiş sonuncu ölən ümiddir,
Bir dəyər yaşarsa, ümid də sağdır!

Kənan Muxtar

Demirəm əlçatmaz birisən, əsla,
Sən mənim gözümdə tozsan, torpaqsan.
Məsəl var; kəsib heç tullamaq olmur,
Bax elə sən də o həmin barmaqsan!

Əslində bu elə çətin şey deyil,
Qorxuram adıma ləkə olasan.
Qıymıram bu daşlı, qalaqlı yolda
Qurdların ağzında tikə olasan.

Bilməzsən bu vicdan sədəqəsidir,
Neçə daş qəlblərə sevgi oymuşam.
İnsanlar soyuqdur üşüsən əgər
Gələrsən qapını açıq qoymuşam!

Kənan Muxtar

Bilmirəm nə üzlə istəyim səndən,
Yalvarım nə olar bir az qalasan.
Mən elə də yaxşı insan deyiləm
Gəlib ətəyimdə namaz qılasan.

Mən sənin çiyninə ağır gələrəm,
Bənd olub adıma yükü dünyanın!
Oynadı yerindən dağlar da amma
Tərpənmir halıma tükü dünyanın.

Bilmirəm, bəlkə də dağ mən özüməm
Yığılıb zirvəmə dərd qalaq-qalaq.
Qorxuram, çatdıqca əllərin mənə
Daş olub qalasan canından iraq!

Kənan Muxtar

Gənc şair Kənan Muxtardan şeirlər
Gənc şair Kənan Muxtardan şeirlər
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...