Dünən, 16:05- İcra hakimiyyəti rəqəmləri şişirtdi və... CƏZALANDI!
Dünən, 15:02- Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Dünən, 14:52- “Dayandırın bu təhlükəli oyunları!” - Dağıntılar arasında xəbərdarlıq
Dünən, 13:26- “Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!”
Dünən, 13:04- “O məktəbin direktoru deputatın atasıdır…” – Liseydə PUL QALMAQALI
Dünən, 13:00- “O məktəbin direktoru deputatın atasıdır…” – Liseydə PUL QALMAQALI
Dünən, 12:51- Şənbə gününün - Havası
Dünən, 08:25- Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
3-10-2024, 18:21- Tovuz "MERO"-sunda nə baş verir?
3-10-2024, 17:30- "5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
3-10-2024, 17:01- Bu yolda diqqətli olun!
3-10-2024, 14:39- “Access Bank” medianı susdurmağa çalışır? - ŞİKAYƏT
3-10-2024, 13:47- AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”
3-10-2024, 12:48- "Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
3-10-2024, 12:28- Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...
3-10-2024, 10:22- Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
3-10-2024, 09:51- Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
2-10-2024, 19:01- Hərbi qulluqçu olmaq istəyənlərin nəzərinə!
2-10-2024, 18:41- Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
2-10-2024, 18:09- Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Ermənistan müxtəlif dövrlərdə qanunsuz yollarla Azərbaycandan min hektarlarla ərazi qəsb etmişdir. Bu, Ermənistana və dünya erməniliyinə yarınan Moskvanın əli ilə qismət olmuşdur. Sərhədlərini bu şəkildə genişləndirən Ermənistan Qorbaçov dövründə daha ciddi siyasi təxribatlara meyilləndi. Aqambekyanın Fransanın “Humanite” qəzetinə müsahibəsi ilə açılan siyasi riyakarlıq müxtəlif üsullarla və vasitələrlə genişləndirildi. Bu iddia elan edilməmiş müharibəyə səbəb oldu. Həmin müharibənin ilk şəhidləri isə Əskəranda azərbaycanlılar – Əli ilə Bəxtiyar oldu. İki gəncin şəhidliyi xalqımızın torpaq uğrunda döyüşlərinin başlanğıcı oldu. Azərbaycanda milli azadlıq hərəkatını söndürməyi bacarmayan Moskva Azərbaycana qarşı Ermənistan amilindən istifadə etdi və Birinci Qarabağ müharibəsi başladı...
Ermənilər müxtəlif vaxtlarda Azərbaycanın sərhədləri daxilində silsilə təxribatlar törədir, kəndləri artilleriya atəşinə tutur, hücumlar edir, evləri yandırır, dinc azərbaycanlıları vəhşicəsinə qətlə yetirir, əsir aparırdılar. Azərbaycan Ordusu hələ tam formalaşmamışdı, respublikada hakimiyyət boşluğu vardı, qarşıdurmalar birliyə, monolitliyə imkan vermirdi.
Birinci Qarabağ müharibəsində düşmən Qazağın Bağanıs Ağrım kəndində (24 mart 1990-cı il) belə bir faciə törətdi. Bu faciədə 10 nəfər öldürüldü. Meşəli kəndində (23 dekabr 1991-ci il) 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfər qətlə yetirildi, Qaradağlı faciəsində isə (14 fevral 1992-ci il) 102 nəfər vəhşicəsinə öldürüldü, 108 nəfər əsir düşdü. Azərbaycanın üzləşdiyi bu faciələrə görə beynəlxalq təşkilatlar da, dünyanın iri dövlətləri də ciddi münasibət bildirmədilər. İşğalçı dövlət cəzasızlığı sonrakı hərbi fəaliyyətinə vasitə bildi. Havadarlarından həm siyasi, həm də hərbi dəstək alan Ermənistan Azərbaycanın dövlət sərhədləri daxilində təxribatlar, qırğınlar törətməkdə davam etdi. Dövlət müstəqilliyi yenicə bərpa edilmiş Azərbaycanda dövlət idarəçiliyində yol verilən ciddi nöqsanlar, əsassız qarşıdurmalar düşmənin işğalçılıq niyyətinə şərait yaradırdı. O vaxtlarda Xocalıya şəhər statusu verilmişdi. Bu səbəbdən burda əhalinin sayının xeyli artması düşmənin diqqətini çəkibmiş...
Düşmən dislokasiya yeri Xankəndi olan sovetlərdən qalma 366-cı motoatıcı alayın gücündən fəal şəkildə bəhrələnirdi. Bu alay müəyyən mənada Ermənistana xidmət edirdi...
Erməni hərbi birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın bilavasitə iştirakından yararlanaraq, ağır texnikadan və artilleriya dəstəyindən istifadə edərək Xocalı şəhərinə hücuma keçdilər. Ərazi özünümüdafiə taborları, əhali bu miqyasda hücumun qarşısını ala bilməyəcəkdi. Əhali ev-eşiyindən çıxıb uzaqlaşana kimi döyüşdülər. Sonralar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Əlif Hacıyevin,Tofiq Hüseynovun və başqalarının rəşadətli döyüşü camaatın nisbətən uzaqlaşmasına, qırğının nisbətən az olmasına şərait yaratdı. Xüsusi tapşırıq almış qüvvələr – ermənilər də, 366-cı alayın hücumda iştirak edən hərbi qulluqçuları da şəhərdən uzaqlaşanları ölümdən, əsirlikdən qaçanları təqib edir, onlara çataraq, güllələyir, əsir götürürdülər. Qışın soyuğunda, şaxtasında çöllərə düşən xocalılar zülmlə Qarqar çayı boyu, Ağdam istiqamətinə yıxıla-yıxıla, əzilə-əzilə qaçırdı.
Həmin gecə ermənilər Xocalını odlamışdı,Xocalı özü boyda ocağa dönmüşdü. Şaxta-sazaq od söndürər, amma Xocalı özü boyda od saçırdı. Hamı harayla, naləylə, fəryadla oddan qaçırdı. Bilmirdilər ki, oddan qaçıb daha dəhşətli oda düşəcəklər. Bu haraylar, nalələr, fəryadlar Xocalıdan uzaqlarda eşidilmirdi...
Dünya müharibələr tarixi belə qəddarlıq, belə vəhşilik görməmişdi. Bunu vəhşiliyin, qəddarlığın ad daşıyıcısı olan, insanlığa üz qarası olan bəşəriliyə düşmən kəsilən ermənilik törədirdi. Bu vəhşilik tarixdə min illərlə nifrətlə xatırlanacaq...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdandan sonra əsrin faciəsinin soyqrımı aktı olduğu dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. Ümummilli lider Heydər Əliyevin sərancamı ilə 26 fevral “Xocalı Soyqırımı Günü” elan edildi.
Ümummilli lider deyib: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xocalı faicəsi haqqında deyib: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı qanlı səhifəsidir”.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı faciəsinin tariximizin bir səhifəsi kimi yaşanılacağını xatırladaraq deyib: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq”.
Bu faciə erməniliyin mahiyyətini göstərdi: Ermənistan Azərbaycandan ərazi iddiası ilə kifayətlənmir, həm də xalqımızın məhvinə çalışırdı. Ulu öndər onu da deyibdir ki, Xocalı soyqırımı bəşər tarixinə öz vəhşiliyinə və müqayisəyəgəlməz cəza üsullarına görə ən qanlı kütləvi terror hadisəsidir. Bu fikir beynəlxalq təşkilatların hadisəyə gerçək münasibət bildirməsinə istiqamətləndirirdi.
Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan və dünyanın onlarca dövlətinin diqqətini çəkən “Xocalıya ədalət!” kampaniyası təkcə faciənin tanıdılması missiyası ilə məhdudlaşmır, bu kampaniya faktların zənginləşməsində də, dəqiqləşməsində də tarixi missiya yerinə yetirir...
Xocalı faciəsinin dəhşətlərini görən 366-cı alayın xüsusi şöbəsinin rəisi polkovnik Vladimir Savelyev Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və Avropa Şurasına ünvanlandığı hesabatında Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin törədildiyini etiraf edir:
“Məndən on addımlıqda güllə yarası almış səkkiz-doqquz yaşında qızcığaza yardım edə bilmədim. Allahın məni cəzalandıracağı o gündən qorxuram. Lənətlənmiş günlər bir-birini əvəz edirdi”.
Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin beş-altı yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.
1992-ci il martın 10-da Rusiya Federasiyasının Prezidenti B.Yeltsinin ünvanına Daxili İşlər Naziri Yerin məktub göndərib, Xocalı hadisəsi ilə bağlı görüşmək istədiyini bildirib, Məktuba Xocalı faciəsi ilə bağlı video-kasset də əlavə edib. General Yerin B.Yeltsinə yazırdı: “Xocalıda uşaqları, qadınları və qocaları güllələmişlər. Öldürülənlərin başlarının dərisi soyulmuşdur”.
Xatırlamalıyıq ki, o gecə öldürülən-lərin əksəriyyəti 2 yaşından 15 yaşına qədər uşaqlar olub...
ASALA erməni terror təşkilatının fəallarından olan Vazgen Sislyan da Xocalıda azərbaycanlı uşaqları qətlə yetirənlərin şahidi olub. Yüzlərlə cəlladdan biri kimi onun da etirafı Xocalı soyqırımının necə baş verdiyini göstərən faktdır. O da qeyd edilməlidir ki, Robert Koçaryan Xocalı soyqırımının fəallarından olub, Ermənistanın prezidenti seçiləndən sonra Sislyanı Qarabağ müharibəsinin qəhrəmanı elan edib. Bunlar gələcəkdə beynəlxalq məhkəmənin diqqətini çəkəcək, hər bir fakt sənədləşdiriləcək.
Xocalı faciəsinin iştirakçısı Davud Xeyriyan etiraf edirdi: "...Martın 2-də "Qafqan" erməni qrupu 100-dən artıq türk meyitini yığıb Xocalıdan təxminən bir kilometr aralıdakı qəbiristanlıqda yandırdı. Axırıncı maşında mən alnından və əlindən yaralanmış on yaşlı qız uşağını gördüm. Sifəti göyərmiş bu qız uşağı aclığa, soyuğa və aldığı yaralara baxmayaraq, hələ də sağ idi. Sakitcə nəfəs alırdı. Ölümlə çarpışan balaca qızın baxışlarını unuda bilmirəm. Bir qədər sonra Tiqranyan deyilən əsgər hərəkətsiz qızı götürüb meyitlərin üstünə atdı. Sonra onları yandırdılar. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasından kimsə qışqırır, köməyə çağırırdı. Bundan sonra mən daha yeriyə bilmədim".
Bunlar Azərbaycana düşmən kəsilənlərin etirafıdır. Xaricdə dərc edilən mətbu orqanlar da oxucularına Xocalı faciəsi haqqında məqalələr təqdim edib: “Erməni əsgərləri yüzlərlə ailəni qırıb-çatıblar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar, insanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Onun dediyinə görə, əri, qayını və oğlu qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”. “Times” qəzetində dərc edilən bu informasiya da gerçəkliyə xidmətin təzahürüdür...
Xalqımız Bağanıs Ayrımın da, Meşəlinin də, Qaradağlının da, Ağdabanın da, Xocalının da ... qisasının alınmasını istəyirdi. Vətən müharibəsində Zəfər qazandıq. Bu Zəfər o faciələrin ağrı-acılarını yumşaltdı, təsəlli oldu...
Xocalı faciəsindən 30 il keçir. Belə faciələr unudulmayacaq, tariximizin bir səhifəsi kimi həmişə anılacaq. Anılacaq ki, yeniyetmələr, gənclər Vətəni daha böyük məhəbbətlə sevsinlər. Anılacaq ki, düşmən belə vəhşilikdən çəkinsin, Azərbaycanın dövlət sərhədlərinə yaxın-laşmağa cəsarət etməsin.
Xocalı faciəsi heç zaman unudulmayacaq.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı