Anons

Bu gün, 11:05- "Statistika saxta statistikadır..." - KİMİ VƏ NİYƏ ALDADIRIQ?

Bu gün, 10:43- 22 min vergi borcu olan “Plazalar kralı” İqtisadiyyat Nazirliyini məhkəməyə verdi - BUNA GÖRƏ...

Bu gün, 10:09- Taleh Qaraşov rayonda kortejlə gəzir - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:35- Bədəlovun “torbasını” KİMLƏR... HƏM DƏ NECƏ TİKİR? - İşin içində İŞ VAR...

Bu gün, 09:03- "Bizə dedilər, kombinatı işlədən KƏMALƏDDİN HEYDƏROVDUR" - ETİRAZ VAR...

Dünən, 23:35- Putin Həbib Nurməhəmmədova dəyəri milyonlarla dollarla ölçülən mənzil hədiyyə edib

Dünən, 22:53- İsmayıllıda ağır qəza - Ölən var

Dünən, 22:24- Putin Baydenin təhqirinə belə CAVAB VERDİ

Dünən, 19:03- Vilayət Eyvazov Saatlıda qəbul keçirdi, rəislərə tapşırıqlar verdi

Dünən, 18:43- "Nə deyirsinizsə, deyin, biz bunu etdik" - EŞQ OLSUN!

Dünən, 18:13- İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi - DETALLAR

Dünən, 17:50- “Nazirlik atamın ölümünü gözləyir…” - BU NƏDİ BELƏ?!

Dünən, 17:19- Avtomobil yollarının bir qrup işçisi təltif edildi - SİYAHI

Dünən, 16:58- “Pul versəniz, yer tapılar…” – “Funda Hospital”dan tanınmış teleaparıcıya belə dedilər

Dünən, 16:31- Hesablama Palatası Mədəniyyət Baş idarəsində YOXLAMALARA başladı - NƏ BAŞ VERİR?

Dünən, 16:06- Fondun 5,7 milyonluq müqaviləsində 2 müəmmalı məqam - İcazə verin, şübhələnək...

Dünən, 15:30- 6 saylı Departamentdə böhranlı vəziyyət... - BU NƏDİ BELƏ?!

Dünən, 13:14- DOST Agentliyinin “QARTAL SS” MMC ilə bağladığı müqavilənin qiyməti nə qədər şişirdilib

Dünən, 12:46- Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev oliqarx imiş -Klinika, “parnik“lər, “zaprvka“, obyektlər...

Dünən, 11:23- AĞDAŞDA "EKOLOJİ TERROR" - Sakinlərin şikayətinə baxan yoxdur / Fotolar

Haqqımızda Əlaqə

Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib

Tarix:29-11-2023, 11:08

Bakı metrosunda əlil arabaları üçün yeni texniki qurğu istifadəyə verilib
Bakı metropolitenində “Əlçatan metro” layihəsi çərçivəsində əlil arabası istifadəçilərinin rahatlığına xidmət edəcək daha iki yeni tipli qurğu istifadəyə verilib.

TEMI qurğusu əlil arabalarının eskalatorlarda istifadəsi üçün nəzərdə tutulub. Sankt-Peterburq metrosunda istismar olunan bu qurğu modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib. Qurğu Rusiya Nəqliyyat Nazirliyi tərəfindən dövlət satınalmaları üçün rəsmi tövsiyə olunur və innovativ texnologiyaların siyahısına daxil edilib. Avadanlığın istehsalında hidravlik və elektromexaniki sistemlərdən istifadə olunmayıb. Bu texniki vasitənin Bakı metropolitenində aparılan sınaqlar əsasında ən nəzərə çarpan keyfiyyətləri sırasında təhlükəsizlik və etibarlılığı qeyd oluna bilər.

Avadanlığın öz çəkisi 45 kq-dır. Lakin sərnişinlə birlikdə çəkisi 115 kq-dək olan əlil arabaları və digər daşıma qurğularının istifadəsi üçün nəzərdə tutulub. Qurğunun müxtəlif növ əlil arabaları üçün tənzimlənən pandusları, xüsusi bərkitmə elementləri, əlavə təhlükəsizlik platforma avtoblokatoru, təhlükəsizlik kəməri, işıq xəbərdaredici siqnal göstəricisi, habelə cihazı qaranlıqda nəzərə çarpacaq edən lüminesent örtüyü var.

"TEMI-001M" maşınının əsas üstünlükləri:

- əlil arabalarının müxtəlif modelləri ilə uyğunluq;

- eskalatoru dayandırmadan gəliş və gediş;

- eskalatorun təcili tormozlanması zamanı təhlükəsizlik;

- eskalator dayandıqda insanların keçidinin təmin edilməsi;

- qiyməti elektromexaniki analoqlardan bir neçə dəfə aşağıdır;

- təmir xərclərinin olmaması;

- dizayn sadəliyi;

- eskalatoru zədələməməsi.

Qeyd edək ki, hazırda Bakı metropolitenində məhdud hərəkət imkanı olan sərnişinlərin pilləkən və eskalatorlarda endirilib-qaldırılması üçün 1 ədəd T09 “Robe” və 5 ədəd “Dragon” qurğusundan istifadə olunur.

Yeni qurğunun texniki sınaqları uğurla aparılaraq, daşıma imkanları və funksionallığı müsbət dəyərləndirildiyindən gələcəkdə eskalatorlu stansiyalarda daha geniş tətbiqi nəzərdə tutulub.

Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsi təkcə əlil arabası istifadəçilərini deyil, bu xidmət müxtəlif səbəbələrdən fiziki imkanları metrodan istifadəni məhdudlaşdıran bütün kateqoriyadan olan sərnişinləri də nəzərdə tutur.

• əsa və qoltuqaltı ağac ilə hərəkət edənlər;

• görmə və eşitmə qabiliyyəti məhdud olanlar;

• uşaq arabaları ilə hərəkət edənlər;

• ahıllar;

• əl yükü olan hamilə qadınlar.

Metropoliten hüdudlarında əlil arabası olmayanlar üçün də bu qurğular təklif olunur.

Sifariş müddəti 1-24 saatdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...