28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR
26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may
26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ
26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb
26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"
26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib
26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam
26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq
26-05-2023, 13:00- Sabah hava necə olacaq?
26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi
26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib
26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb
26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir
26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb
26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb
25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub
25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI
25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb
25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq
Bakı şəhər Dövlət Yol Polis İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Bu barədə Trend-ə idarənin əməkdaşı, polis mayoru Araz Əsgərli məlumat verib.
A.Əsgərli bildirib ki, müxtəlif formalı avtomobillərin iştirakı ilə, xüsusən də keçmiş illərdə qeydə alınan qanun pozuntuları, avtoxuliqanlıq əməllərinin videomaterialları müxtəlif sosial şəbəkə platformalarında yerləşdirilir, çaşqınlıq yaradılır, neqativ, qanunsuz hərəkətlər bilərəkdən və ya məsuliyyəti düzgün formada dərk etmədən cəmiyyətə, gənc nəslə nümunə kimi təqdim olunur.
"Bəzi şəxslər sosial şəbəkə hesablarında izləyici yığmaq üçün qayda pozuntularını çəkərək onları dırnaqarası qəhrəmanlıq kimi təqdim etməklə cəmiyyətə yanlış hərəkətləri aşıladıqlarını unutmamalıdır. Belə xoşagəlməz hərəkətlərin təbliği cəmiyyətin və dövlətin qanunla qorunan maraqları baxımından yolverilməzdir. Qanunun aliliyi prinsiplərinə sadiq qalmaqla və ictimai asayişin, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün maarifləndirici, təsiredici imkanları olan daha kreativ videoların paylaşılmasını tövsiyə edirik. Cəmiyyətimiz üçün aqressiya və hüquqpozama təbliğatı aparan şəxsləri məsuliyyətli olmağa çağırırıq. İstənilən blogerə, cəmiyyətdə nüfuz sahibi olan, ictimaiyyətin müsbət mənada qəbul etdiyi, həyat tərzi və davranışları ilə cəmiyyətə örnək ola biləcək şəxslərə isə bütün imkanlarzdan istifadə etməklə dəstək ola biləcəyimizi də hər zaman vurğuladığımız kimi, bir daha xatırlatmağı da faydalı hesab edirik. Gəlin, həmrəylik nümayiş etdirib ölkəmizdə yaşayan hər bir şəxsə qanunlara hörmətlə yanaşıb, məsuliyyətli vətəndaş olmağı və təhlükəsizlik mədəniyyətini təbliğ edək!”, - deyə polis mayoru qeyd edib.