Anons

Bu gün, 19:03- Papanın səhhəti yaxşılaşıb

Bu gün, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Haqqımızda Əlaqə

3 min qaziyə əlillik dərəcələri və sosial ödənişlər təyin olunub

Tarix:10-06-2022, 13:45

3 min qaziyə əlillik dərəcələri və sosial ödənişlər təyin olunub
Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində Agentliyin sədri Anar Bayramov və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirakı ilə bir qrup Vətən müharibəsi qazisi ilə görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, görüşdə iştirak edən Vətən müharibəsi qaziləri ölkədə müharibə veteranları ilə bağlı ardıcıl həyata keçirilən sosial dəstək tədbirlərinin ümumən ictimaiyyət tərəfindən razılıqla qarşılandığını ifadə ediblər.

44 günlük Vətən müharibəsi iştirakçılarının sosial dəstəklə təmin olunması, həmçinin döyüşlərdə yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.

A.Bayramov müharibədən sonra elə ilk günlərdən bu istiqamətdə işlərə başlandığını, döyüşlərdə yaralanmış qazilərin evlərində və xəstəxanalarda ziyarət olunaraq, ilkin müayinələr, qeydlər aparıldığını deyib.

Müvafiq komissiyada təmsil olunan qurumlarla birgə qazilərin əlilliyinin operativ qiymətləndirilməsi işlərinin bu gün də davam etdiyi, ötən dövrdə müalicə müddəti bitmiş artıq 3 min qaziyə əlillik dərəcələri və sosial ödənişlər təyin olunduğu diqqətə çatdırılıb.

Əlilliyin qiymətləndirilməsi proseduru barədə məlumat verilib. Bu sahədə şəffaf, obyektiv, ədalətli qərarların qəbul edilməsinin əsas fəaliyyət prinsipi olduğu vurğulanıb. Ümumilikdə, bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox olmaqla 30 min şəxsə əlillik dərəcəsi təyin edildiyi, son 3 ildə əlillik təyinatlarının 160 mindən çox olduğu bildirilib.

Postmüharibə dövründə Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə, 1400-dən çox müharibə əlilinin 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazinin reabilitasiya xidmətləri ilə təmin edildiyi qeyd olunub.

M.Abbasbəyli qazilərin də şəhid ailələrinin üzvləri ilə bərabər aktiv məşğulluq proqramlarına cəlb edilməsi işlərini diqqətə çatdırıb. Postmüharibə dövründə 12,1 min şəhid ailəsi və qazının aktiv məşğulluq proqramlarına cəlb edilərək məşğulluğuna dəstək göstərildiyi, onlardan 7,8 min nəfərinin özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradıldığı vurğulanıb.

Eləcə də Nazirlik və qurumlarının rəhbər şəxsləri tərəfindən istər qurumların özündə, istərsə də bölgələrdə qazilərin mütəmadi qəbullarının həyata keçirildiyi diqqətə çatdırılıb.

Hərbi ekspertlər Ədalət Verdiyev və Rey Kərimoğlu və digərləri qazilərlə bağlı həyata keçirilən sosial dəstək tədbirlərini müzakirə ediblər. Bu sahə ilə bağlı təkliflər bildirilib, qazilərlə belə görüşlərin ardıcıl təşkil edilməsi müsbət dəyərləndirilib və belə görüşlərin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...