Anons

Bu gün, 12:21- POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN

Dünən, 17:14- Dörd ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Dünən, 16:47- “Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır

Dünən, 16:19- 1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Dünən, 15:51- Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA

Dünən, 15:25- Azərbaycanda diktor vəfat etdi

Dünən, 15:00- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 14:33- "Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı AÇIQLAMA

Dünən, 14:06- Bu il narkotikə görə 5 mindən artıq şəxs cinayət məsuliyyətinə cəlb edilib

Dünən, 13:49- 2025-ci ilədək Azərbaycanın ümumi daxili məhsulu artacaq - BVF

Dünən, 13:17- Şənbə gününün hava proqnozu açıqlanıb

Dünən, 12:54- Şahmat Federasiyasına yeni prezident seçilib

Dünən, 12:22- Hərbiçilərə sosial şəbəkələrlə bağlı qadağa QOYULUR

Dünən, 12:00- Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək - BVF

Dünən, 11:35- Daha 43 nəfər Almaniyadan Azərbaycana göndərilib - RƏSMİ

Dünən, 11:08- Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü olacaq

Dünən, 10:43- Azərbaycan iki erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib

Dünən, 10:16- YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib

25-11-2021, 17:19- Azərbaycan gimnastı Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında finala çıxıb

25-11-2021, 16:51- Azərbaycanda 1 880 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

Haqqımızda Əlaqə

Azərbaycanda elektromobillərin istifadəsini stimullaşdırmaq üçün hüquqi baza yaradılacaq

Tarix:23-11-2021, 14:08

Azərbaycanda elektromobillərin istifadəsini stimullaşdırmaq üçün hüquqi baza yaradılacaq
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edir. Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, müsabiqədə kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə məşğul olan ştatlı müxbirləri, kütləvi informasiya vasitəsinin məlumat toplanması, hazırlanması və redaktəsi ilə bağlı tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirləri iştirak edə bilərlər.

Müsabiqəyə müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış material təqdim edilir.

Tələb olunan digər sənədlər:

– müsabiqəyə müraciət forması;

– şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti;

– ştatlı müxbirlər tərəfindən etibarlı olan jurnalist vəsiqəsinin surəti, ştatdankənar müxbirlər tərəfindən isə iş yerindən arayış (imzalı və möhürlü);

– jurnalistin müvəkkil bankın möhürü və səlahiyyətli şəxsinin imzası ilə təsdiq edilmiş aktiv bank hesabı üzrə rekvizitlərini əks etdirən sənəd;

– müvafiq material.

Çap mediası və onlayn media subyektində işləyən jurnalistlər tərəfindən müsabiqəyə müraciət sənədlərin “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə aparılır.

Audiovizual media subyektində işləyən jurnalistlər tərəfindən müsabiqəyə müraciət sənədlərin və materialın şəxsən Agentliyə təqdim edilməsi yolu ilə edilir.

Müsabiqəyə təqdim edilən materiallar:

Çap mediası və onlayn media subyektlərində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində dərc olunmuş yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

- ən yaxşı reportaj;

- ən yaxşı ictimai-siyasi təhlil;

- ən yaxşı sosial-iqtisadi təhlil;

- ən yaxşı müsahibə;

- ən yaxşı mədəniyyət materialı;

- ən yaxşı idman reportajı və ya təhlili;

- ən yaxşı bədii publisistika;

- ən yaxşı köşə yazısı;

- ən yaxşı jurnalist araşdırması;

- ən yaxşı oçerk.

Audiovizual media subyektində işləyən jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

-ən yaxşı ictimai-siyasi reportaj;

-ən yaxşı iqtisadi reportaj;

-ən yaxşı sosial reportaj;

-ən yaxşı mədəniyyət reportajı;

-ən yaxşı idman reportajı.

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.

Müsabiqənin yekununda çap mediası və onlayn media subyektlərində işləyən jurnalistlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, audiovizual media subyektində işləyən jurnalistlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və həmin jurnalistlərin süjetinin hazırlanmasında iştirak edən operator olmaqla ümumilikdə 4 (dörd) nəfər qalib müəyyən edilir. Qalib jurnalistlərin hər biri 700 (yeddi yüz) manat, operatorların hər biri isə 350 (üç yüz əlli) manat məbləğində pul mükafatı ilə mükafatlandırılır.

Müraciətlərin qəbulu 23 noyabr 2021-ci il tarixindən 30 noyabr 2021-ci il saat 18:00-dək həyata keçirilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...