Bu gün, 13:38- Londonda 85 milyonluq məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir - DETALLAR
Bu gün, 13:08- İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir
Bu gün, 11:07- Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…
Bu gün, 10:06- "Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!
Dünən, 21:50- Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Dünən, 18:50- Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT
Dünən, 18:24- " “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ
Dünən, 17:34- Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?
Dünən, 16:57- “Bundan sonra bura Zəfər meydanıdır”
Dünən, 16:38- Prezident xalqı təbrik etdi
Dünən, 16:30- Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti
Dünən, 16:08- Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!
Dünən, 15:24- Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO
Dünən, 14:35- Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur
Dünən, 13:53- Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 13:02- Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib
Dünən, 12:35- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...
Dünən, 11:48- "Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY
Dünən, 10:55- Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...
Dünən, 10:30- “Atamı KQB öldürdü...” - “Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?
“Jurnalistlərimiz Kəlbəcərdə peşə fəaliyyətlərini yerinə yetirən zaman şəhid olublar. Şəhid jurnalistlərimizə abidənin qoyulması ilə bağlı təklifləri yüksək qiymətləndirirəm. Kəlbəcərin icra başçısı ilə rayon ərazisində şəhid jurnalistlərin xatirəsinə abidə ucaldılması barədə söhbətimiz olub”.
Bunu Modern.az-a açıqlamasında Kəlbəcərin deputatı Aqil Məmmədov deyib.
Deputat bildirib ki, Kəlbəcər rayonu ərazisində şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun abidəsinin ucaldılması vacibdir:
“Bununla həmin əraziyə gələcək turistlər, orada yaşayacaq sakinlər şəhid jurnalistlərimiz barədə məlumat alacaqlar. Şəhid jurnalistlərimizin anılması və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması üçün abidənin ucaldılması yaxşı olardı. İşğaldan azad olunmuş ərazilərimizə xaricdən media nümayəndələri, diplomatlar səfər edirlər. Həmin ərazilərə səfər edən xarici qonaqlar da görsünlər ki, günahsız insanlar ermənilərin basdırdığı minaların qurbanı olublar. Şəhid jurnalistlərimizin adının əbədiləşdirilməsi ilə bağlı görüləcək iş alqışlanmalıdır”.
Milli Məclisin üzvü, həmçinin xatırladıb ki, müharibənin qəbul olunmuş qaydaları var. Təəssüf ki, Ermənistan bütün qaydaları pozmaqla insanlıq əleyhinə cinayətlər törədib.
“Media nümayəndələrinə, tibb işçilərinə, dinc sakinlərə toxunmaq olmaz. Qarşı tərəf bütün beynəlxalq qanunları pozub. 10 noyabr bəyanatına əsasən, həmin əraziləri təhvil verən Ermənistan orada basdırdıqları mina xəritələrini də təhvil verməli idi. Hələ də bir neçə rayonun minalanmış ərazilərinin xəritələri təhvil verilməyib. Bunlar hamısı qaydaların pozulmasıdır və beynəlxalq təşkilatlar buna qiymət verməlidir”.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.