Anons

Bu gün, 14:08- Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi

Bu gün, 13:44- Sabahın havası - Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq

Bu gün, 13:19- Azərbaycanda yeni fond yaradılır

Bu gün, 12:51- Türkmənistan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək niyyətindədir

Bu gün, 12:26- Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir

Bu gün, 12:00- Hitlerin sovetlərə hücumundan 80 il ötür - TARİX

Bu gün, 11:33- Toy mərasimlərinə nəzarət edəcək qurumların adları açıqlandı

Bu gün, 11:07- "Airbus" 2035-ci ilədək hidrogen təyyarəsinin buraxacağını təsdiqləyib

Bu gün, 10:45- Üç ölkənin XİN rəhbərləri Azərbaycana səfərə gəlirlər

Bu gün, 10:19- İyulun 1-dən toylara icazə verilir

Dünən, 17:00- ETSN xəbərdarlıq etdi: Ölkədə 44 dərəcə isti olacaq

Dünən, 16:29- “Nar” “Breyn Rinq” yarışının çempionu oldu

Dünən, 16:04- Van Damın oğlu ilə gəlininin yeni görüntüləri - FOTO

Dünən, 15:32- Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM

Dünən, 15:00- Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Dünən, 14:26- Bakıda 45 mindən çox şagird 1-ci sinfə ərizə verib

Dünən, 13:53- Sabah temperatur 40 dərəcəni keçəcək

Dünən, 13:18- Xaricdə terrorçu qruplara qoşulanların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb

Dünən, 12:41- Azərbaycanda gələn aydan QAZ avtomobillərinin yığılmasına başlanacaq

Dünən, 12:05- Binəqədidə 36 yaşlı kişi qətlə yetirilib

Haqqımızda Əlaqə

Layiqli Əmək üzrə yeni Ölkə Proqramı hazırlanır

Tarix:8-06-2021, 15:55

Layiqli Əmək üzrə yeni Ölkə Proqramı hazırlanır
“Hazırda Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölkə Proqramının hazırlanması işləri aparılır. Yeni Proqramın prioritetləri “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə də tam uyğunluq təşkil edəcək”.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Baş direktoru Qay Rayderlə onlayn görüşündə bildirib.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan sosial irəliləyişləri, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatları diqqətə çatdırıb. Bu sahələrdə BƏT-lə əməkdaşlığın daim genişlənməkdə olduğunu vurğulayıb.

S.Babayev bildirib ki, ötən dövrdə ölkəmiz BƏT-in 57 Konvensiyasına qoşulub. Azərbaycan ilə BƏT arasında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” uğurla icra olunub. Bu Proqram üzrə əməkdaşlıq müstəvisində əmək qanunvericiliyinin təkmilləşdirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni Məşğulluq Strategiyası layihəsinin hazırlanması, əmək müfəttişliyi və məşğulluq xidmətlərinin potensialının gücləndirilməsi, özünüməşğulluq proqramının icrası, gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi və s. istiqamətlərdə birgə işlər aparılıb.

Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası çərçivəsində Azərbaycan Hökuməti 2017-2020-ci illər üçün BƏT-in İdarə Heyətinə üzv seçilib və üzvlük pandemiya səbəbindən 1 iI uzadılıb.

Nazir Azərbaycanda reallaşdırılan DOST layihəsi, ilk proaktiv xidmət olan avtomatlaşdırılmış pensiya təyinatı, əmək, sosial müdafiə və məşğulluq sahələrində e- texnologiyaların geniş tətbiqi məqsədilə görülən işlər barədə məlumat verib. Bu sahələrdə əldə olunan uğurlu nəticələrin digər ölkələrin müvafiq qurumlarının da yüksək marağına səbəb olduğunu diqqətə çatdırıb.

S.Babayev ötən ilin sentyabr ayında Ermənistanın törətdiyi hərbi təxribata cavab olaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları həyata keçirməklə, ölkəmizin ərazilərini Ermənistanın işğalından azad etdiyini, azad edilmiş ərazilərdə tam yenidənqurma və bərpa işlərinin aparılmaqda olduğunu bildirib. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, layiqli yaşayış, aktiv məşğulluq, zəruri kadr potensialı və iqtisadi fəallıq təmin ediləcək. İnnovasiyalara və texnoloji inkişafa üstünlük verilərək həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcək.

Q.Rayder BƏT-lə Azərbaycan arasında əməkdaşlıq əlaqələrindən bəhs edib. O, postkonflikt dövründə də əhalinin layiqli məşğulluq imkanlarına çıxış əldə edə bilməsinin, yenidənqurma və stabillik əldə olunmasının inkişaf üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Q.Rayder BƏT-in beynəlxalq səviyyədə apardığı işlərlə də uyğunluq təşkil edən bu prioritetlərin Layiqli Əmək üzrə yeni Ölkə Proqramında da əksini tapacağına əminliyini ifadə edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...