Anons

Dünən, 21:03- “Xarı bülbülü”ü Xarı bülbül də alqışladı.

11-05-2021, 16:02- Radioloq Hürü Rəhimova: "Ürək qüsurlu uşaqlara cərrahi müdaxilə etmək çətin olur"

11-05-2021, 11:32- Dermatoveneroloq Aynur Bədəvi: "İşdənkənar çox mülayim biriyəm"

8-05-2021, 11:12- Azərbaycan taekvondoçusu Tokio-2020-yə lisenziya qazandı

7-05-2021, 17:09- Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

7-05-2021, 16:45- Xalq şairi Musa Yaqub vəfat edib

7-05-2021, 16:18- Azərbaycanda rəqəmsal ödənişlər genişləndiriləcək

7-05-2021, 15:51- Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

7-05-2021, 15:23- Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

7-05-2021, 15:00- Azər Xudiyev: "ABŞ və Rusiya prezidentlərinin görüşünə Bakının ev sahibliyi etməsi şansı böyükdür"

7-05-2021, 14:36- Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq

7-05-2021, 14:07- Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli

7-05-2021, 13:42- Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib

7-05-2021, 13:19- Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb

7-05-2021, 12:58- AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub

7-05-2021, 12:24- Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq

7-05-2021, 12:00- Bakıya qəhrəman şəhər adı verilmədir.

7-05-2021, 10:47- Xalq artisti Arif Quliyev vəfat edib

7-05-2021, 10:13- Hilal Qasımovun yeni kitabı işıq üzü görüb.

6-05-2021, 23:13- İcra başçısının göstərişi tabeçiliyində olan məmurlar tərəfindən icra olunmur: Qazidən giley - VİDEO

Haqqımızda Əlaqə

İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək

Tarix:13-04-2021, 14:23

İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək Azərbaycanda işə qəbul edilərkən dövlət sosial sığorta şəhadətnaməsinin istənilməsi tələbi aradan qaldırılır.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunun 9-cu maddəsinə (Sığortaedənin hüquq və vəzifələri) dəyişiklik təklif edilir.

Dəyişikliklə qanunun 9.1.1 -ci bəndi (sığortaolunanı işə qəbul edərkən ondan dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olunmaqla) tələb etmək) ləğv edilir.

Dəyişiklik layihəsinin qeyd hissəsində bildirilir ki, sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2018-ci il tarixli 258 nömrəli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid internet portalı üzərindən təqdim edilməsi məqsədilə “e-sosial.az” saytı istifadəyə verilmişdir. Yaradılmış bu imkan nəticəsində vətəndaşlar özlərinə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları bu internet portalı vasitəsilə asanlıqla əldə edə bilirlər.

“Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilmişdir. Başqa sözlə, fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi artıq sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli etmiş, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilməsi öz aktuallığını və əhəmiyyətini itirmişdir. Belə ki, sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olur.

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi də məhz fərdi uçot sistemində proseslərin tam elektronlaşdırlmasına mane törədən halların aradan qaldırılması, elektron pensiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, habelə Dövlət Sosial Müdafiə Fondunun müvafiq xərclərinin azalması və azaldılan xərclərin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi məqsədilə hazırlanıb.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...