Anons

Bu gün, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Bu gün, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Bu gün, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Haqqımızda Əlaqə

Kitabxananın Fəxri oxucusu A.A.Bakıxanov Haqqında

Tarix:5-02-2020, 12:10

Kitabxananın Fəxri oxucusu A.A.Bakıxanov Haqqında

Kitabxananın Fəxri oxucusu A.A.Bakıxanov Haqqında

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin doktorantı, “Məhfil-i-üns” məclisinin sədri Hədyə Zəhra Əhmədi A.A.Bakıxanovun (Qüdsinin) fəlsəfi-irfani baxışları tezislərini kitabxanaya təqdim etmişdir.

Hədyə Zəhra Əhmədi
Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyat Muzeyinin doktorant

A.A.Bakıxanovun (Qüdsinin) fəlsəfi-irfani baxışları

Fəlsəfə – humanitar elmlərin, xüsusən ədəbiyyatın əsas təməllərindən biridir. Fəlsəfəsiz hikmət və irfan öz mənalarını itirir. Fəlsəfə elminə söykənməyən şair və yazıçı dərin düşüncə və ideyaya sahib ola bilməz. O, öz düşüncələrini müəyyən fəlsəfi çərçivəsində və samballı şəkildə yarada bilməz.

İslam şərqinin orta əsrlərə (XII-XIX) dair yazıçı və şairlərinin yaradıcılığını və əsərlərini tətqiq edəndə yazarların təriqətlərə, fəlsəfəyə, tarixə, bir çox elmlərə, mədəniyyətə istinad etmələri aydın görünür. Bir sözlə şair və yazıçıların ideyaları və dünyagörüşləri onların yazdığı əsərlərdə öz əksini tapır.

Xəyyamın, Əttarın, Nizami Gəncəvinin, Sədinin, Mövlananın dərin fəlsəfi və zəngin dünyagörüşü olmasaydı, “Rübailər”, “Məntüqüt-teyr”, “Məxzən-ül-əsrar”, “Gülistan” və “Bustan”, “Məsnəvi” kimi gözəl əsərlər yarana bilməzdi və bu dahi insanlar əbədi olmazdırlar.

A.A.Bakıxanovun poeziyasını (qəzəl, qəsidə, məsnəvi, şeir və s.) təhlil edərək onun fəlsəfi-dini baxışları aydın görünür. A.A.Bakıxanovun əsərləri məzmunca geniş və çox əhatəlidir, burada onun məshəbi, təriqəti, ideyaları bədii obrazlarda aydın görünür. A.A.Bakıxanov irfan sahəsində çox böyük mütəfəkkir və maarifpərvər olmuşdur. Elm və irfan arasındakı fərqlərə baxmayaraq, Qüdsi hər ikisindən böyük ustalıqla istifadə edib.

A.A.Bakıxanov XIX əsrin görkəmli alim, mütəfəkkir, tarixçi, filosof, şair və arifidir. O, zəngin fəlsəfi-irfani nəsr və poeziyasında insanları sülhə, barışa, əbədi ləzzətlərin dünyəvi ləzzətlərdən üstun tutmağa, nəzakət və insanlığa yönəldir.

Qüdsinin iki nəsr əsəri – "Nəsayeh" və " Təhzibül-əxlaq", habelə "Mişkat ül-ənvar" və "Miratül-camal" məsnəviləri öyüd və nəsihətlərnən doludur. Bu zəngin əsərlər onun mükəmməl və bənzərsiz dünyagörüşünü əks etdirir və müasir insanların daha insani və xoşbəxt yaşamasına mühüm tövhələr verir. Böyük şair və mütəfəkkirin ədəbi irsini əsrlərdə yaşayan, qocalmayan irs adlandırmaq olar.

Bu yazıda adı çəkilən dörd əsərdən faktlar verərək Qüdsinin fəlsəfi-irfani görüşləri ümumiləşdirilərək təhlil ediləcək.

A.A.Bakıxanov iki böyük arif-şair Əttar Nişapuri və Cəlaləddin Rumi ilə müqayisə ediləcək.

Açar sözlər: A.A.Bakıxanov, Qüdsi, fəlsəfə, hikmət, irfan, təriqət, fəlsəfi-irfani

Kitabxananın Fəxri oxucusu A.A.Bakıxanov Haqqında
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...