Anons

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Qazaxıstan nümayəndə heyəti Dövlət Komitəsində olub

Tarix:31-01-2020, 16:03

Qazaxıstan nümayəndə heyəti Dövlət Komitəsində olub
Qazaxıstan Xalqı Assambleyası (QXA) sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gəlib. Səfərin məqsədi Azərbaycanın və Qazaxıstanın müvafiq dövlət orqanları, o cümlədən Dövlət Komitəsi və QXA arasında diasporla iş, millətlərarası münasibətlər sahəsində əldə olunmuş təcrübənin öyrənilməsi, gələcək əməkdaşlıq və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyub. Qonaqlar görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib. Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin məzarını ziyarət edərək üzərinə tər çiçəklər düzüblər.

Daha sonra nümayəndə heyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib. Görüşdə qonaqları səmimi salamlayan Dövlət Komitəsinin sədri Fuad Muradov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Qazaxıstan dövlətlərinin liderlərinin müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Komitə sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində də ikitərəfli münasibətlərin əhəmiyyətindən danışıb.

Komitə sədri nümayəndə heyətinə Azərbaycan dövlətinin uğurlu diaspor siyasəti, son illər həyata keçirilən irimiqyaslı layihələr və proqramlar, eləcə də, Komitənin “Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflər barədə geniş məlumat verib, Qazaxıstanda yaşayan azərbaycanlıların da yeni layihələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, hazırda Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır və bu ölkədəki Azərbaycan icması ilə işin daha da keyfiyyətli qurulması olduqca vacibdir.

Qazaxıstandakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Görülən işləri yüksək qiymətləndirən Qazaxıstan nümayəndə heyətinin rəhbəri Canseit Tuymebayev xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. C.Tuymebayev Qazaxıstan Xalqı Assambleyasının fəaliyyəti, müxtəlif xalqların icmaları üçün yaradılmış şərait barədə məlumat verib, icmalararası əlaqələrin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri belə bir səfərin təşkilinə və səmimi qəbula görə Komitə sədrinə minnətdarlığını bildirib.

Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov və Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.

Səfər müddətində Qazaxıstanın nümayəndə heyətinin bir sıra dövlət qurumlarında rəsmi şəxslərlə görüşləri, bəzi elm və təhsil mərkəzləri, mədəniyyət ocaqları ilə tanışlığı nəzərdə tutulur.

Qazaxıstan nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Qazaxıstan nümayəndə heyəti Dövlət Komitəsində olub
Qazaxıstan nümayəndə heyəti Dövlət Komitəsində olub
Qazaxıstan nümayəndə heyəti Dövlət Komitəsində olub
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...