Anons

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Haqqımızda Əlaqə

Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Tarix:31-01-2020, 15:27

Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bu gün Bakı Dövlət Universitetində (BDU) türk dünyasının ən önəmli şəxsiyyətlərindən biri, qazax şairi, yazıçısı, bəstəkarı, müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin və 2020-ci ilin türk dünyasında “Abay Kunanbayev ili”nin açılış mərasimi keçirilib.

Tədbir Beynəlxalq Türk Akademiyası (BTA), Azərbaycan Respublikası Təhsil Nazirliyi (TN), Bakı Dövlət Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Qazaxıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Açılış mərasimində Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil nazirlərinin müavinləri və təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, üzv ölkələrin Bakıdakı səfirləri, müxtəlif ölkələrdən nüfuzlu alimlər və ictimai xadimlər iştirak edib.

Tədbirdən öncə qonaqlar BDU nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzini ziyarət edib, kitab sərgisi ilə tanış olublar. BTA prezidenti D.Kıdırali tərəfindən 60-dək kitab, o cümlədən Abaya həsr olunan və Akademiya tərəfindən nəşr olunan azərbaycanlı tədqiqatçı Turan Teymurovun “Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri”, qazax alim Mekemtas Mırzaxmetulının yazdığı “Muxtar Auezov Abayşünas alim”, “Abayı oxu, öyrən...” və “Müdrik Abay mirasını öyrənmənin 125 illik tarixnaməsi”kitabları Mərkəzə təqdim olunub.

Mərasim Universitetin Böyük akt zalında davam edib.

BDU-nun rektoru Elçin Babayev Abay Kunanbayevin qazax və türk dünyası ədəbiyyatındakı rolundan bəhs edib. Rektor Türkdilli xalqların ortaq mədəniyyətlərinin, ədəbiyyatlarının, eləcə də tarixi şəxsiyyətlərinin tanınmasına xidmət edən bu səpkili tədbirlərin milli dəyərlərin inteqrasiyasını təmin etdiyini bildirib. Rektor əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Abayın dünyagörüşünün formalaşmasında humanist ideyaları təbliğ və tərənnüm edən Şərq alim və şairləri - Füzuli, Nizami, Firdovsi, Əlişir Nəvai kimi görkəmli şəxsiyyətlərlə yanaşı Höte, Krılov, Bayron kimi Qərb mütəfəkkirlərin də rolu olduğunu qeyd edib. E. Babayev nitqində qeyd edib ki, BDU-da “Abay” kitabının təqdimat mərasimi, Qazax xanlığının yaranmasının 550 illiyi və Abay Kunanbayevin 170 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib. Eyni zamanda bildirib ki, Universitetin bir neçə fakültəsində qazaxıstanlı tələbələr təcrübə keçiblər.

Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva türkdilli ölkələr arasında əməkdaşlığın yüksələn xətlə inkişafının Azərbaycan üçün vacibliyindən bəhs edib. Qeyd edib ki, Türk dünyası üçün böyük xidmətləri olan şəxslərin həyatlarının öyrənilməsi qarşıda duran əsas məqsədlərdən biridir. M. Vəliyeva böyük şəxsiyyətlərin yubileylərinin keçirilməsi gənc nəslin maariflənməsində böyük rol oynadığını və "Abay İli"nin Azərbaycanda qeyd edilməsinin ölkələrimiz aralarında əlaqələri daha yüksəklərə daşıyacağına əminliyini vurğulayıb.

Mərasimdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkdilli

Dövlətlərin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyava çıxış ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, tanınmış qırğız türkoloq, professor Kadırali Konkobayev, Türkiyənin Avrasiya Yazarlar Birliyinin başqanı Yakup Öməroğlu, Qazaxıstan Respublikası Avrasiya Milli Universitetinin professoru, türkoloq Amantay Şaripin Abay Kunanbayevin həyat və yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib.

Mərasim bədii hissə ilə davam edib. Qazaxıstanın əməkdar artisti, professor Kenjeqali Mırjıkbayı və onu müşayiət edən musiqiçi, beynəlxalq mükafatlar laureatı Elena Sahnonun çıxışları maraqla qarşılanıb.

Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...