Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

Azərbaycanın mobil identiteti – “Asan İmza” Dünya İqtisadi Forumunun analitik hesabatında qeyd edildi

Tarix:23-01-2020, 11:34

Azərbaycanın mobil identiteti – “Asan İmza” Dünya İqtisadi Forumunun analitik hesabatında qeyd edildi Dünya İqtisadi Forumu (DİF) - DİF-in bir hissəsi sayılan layihə çərçivəsində "Mobil gələcəyin formalaşması və gələcək texnologiyaların idarə edilməsinin formalaşdırılması: blokçeyn və paylanmış reyestrlərin texnologiyaları" adlı analitik hesabatı yayımladı. Azərbaycan mobil identitetinin nümunəsi sayılan “Asan İmza” - "Təchizat kanalları üçün blokçeynin inklyuziv genişləndirilməsi: 2-ci hissə - Rəqəmsal identitetlərin etibarlı yoxlanılması" adlı hesabatda qeyd edilmişdi.

Bu, uyğunluq, tamlıq və inklüzivliyin təmin edilməsi məqsədilə təchizat zəncirində paylanmış reyestrlər texnologiyasının formalaşdırılması üçün yeni alət və strukturların birgə yaradılmasına yönəlmiş böyük layihənin bir hissəsi olan nəşrlər seriyasında ikinci nəşr hesab edilir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin “Təchizat kanalları üçün blokçeyn” layihəsi birgə layihə və əməkdaşlığa yönəlmiş qlobal, çoxsahəli, hərtərəfli bir fəaliyyətdir. Bu layihədə dünyanın müxtəlif sahələrindən və hökumətlərindən olan tərəflər iştirak edir. Məruzə çoxsaylı müzakirələrə, seminarlara, tədqiqatlara, eləcə də bütün maraqlı tərəflərin birgə işinə əsaslanır. Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri, “Asan İmza” xidmətinin texniki operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin təsisçisi və direktoru, həmçinin Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının (RTQ) tərəfdaşı sayılan xanım Jana Krimpe analitik nəşrin yaradılmasında iştirak edərək, “Asan İmza” mobil identitetinin təqdim edilməsi və istifadəsi sahəsində Azərbaycanın ən yaxşı praktikalarını və öz təcrübəsini bölüşmüşdü. Bu işdə dünyanın 15 ölkəsindən olan aparıcı mütəxəssis və peşəkarlar iştirak etmişdi. Bu ölkələr: Azərbaycan, ABŞ, Estoniya, Almaniya, Danimarka, İsveçrə, İsrail, İspaniya, Cənubi Koreya, Avstriya, Böyük Britaniya, İsveç, Angola, Hindistan və Yaponiyadır.

Azərbaycandan olan nümayəndə xanım Dünya İqtisadi Forumunun 16 yanvar 2020-ci ildə çap edilmiş "Rəqəmsal identitetə yenidən baxış: strateji imperativ" adlı nəşrində də əhəmiyyətli töhfəsini vermişdi. Nəşrə əsasən identitetin yoxlanılması və insanların fərdi məlumatlarının biznes tərəfdən idarə olunması metodlarına yenidən baxılması zərurəti aydın şəkildə müəyyən edilmişdir. Aparılan tədqiqat müəssisələr və istehlakçılar üçün fərdi məlumatların rəqəmsal idarə edilməsi sahəsindəki riskləri aşkar edir. DİF-in press-relizində qeyd edilir: “Boston Konsaltinq Qrupunun qiymətləndirmələrinə əsasən identitetin autentifikasiyası və saxtakarlıqdan müdafiənin dəyəri 2023-cü il üçün 28 milyard dollar təşkil edəcək. Fəaliyyətini davam etdirə bilməyən müəssisələr üçün yüksək xərclər gözlənilə bilər. Məsələn, etimadın olmaması müəssisələrə ildə 2,5 trilyon dollara başa gəlir. Hesablamalar göstərir ki, hər bir müəssisənin özünəməxsus yanaşması olması səbəbindən şirkətlər potensial gəlirlərinin 30% -ni itirirlər”.

“İnnovasiyaların sürətli tətbiqi və Azərbaycanın rəqəmsal iqtisadiyyatının çox sürətli inkişafı, ölkədə istənilən rəqəmsal xidmətə etimadın vacib komponenti olan gücləndirilmiş təkmil rəqəmsal identitetə inam tələb edir. Azərbaycanda ən uğurlu ekosistemlərdən biri sayılan təkmil mobil identitet – “Asan İmza” mobil elektron imza hazırlanmışdır. Belə təşəbbüslərdə iştirak əvəzsiz təcrübə və bilik, eləcə də ən yaxşı təcrübələrimizi dünya birliyi ilə bölüşmək üçün imkan yaradır. Yalnız biznes, hökumətlər və istehlakçılarla sıx əməkdaşlıq şəraitində biz, etimadı təmin etməklə biznesin böyüməsi, eləcə də fərdi məlumatların qorunması və konfidensiallığı üçün imkanlar təmin edə biləcəyik "- deyə, xanım Jana Krimpe qeyd etmişdir.

Hüquqi şəxslərin etibarlı rəqəmsal identifikasiyası Azərbaycan Respublikası üçün gündəmin əsas mövzusudur. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Rəqəmsal Ticarət Qovşağı Azərbaycan və dünyanın

tərəfdaş ölkələri arasında transsərhəd elektron xidmətlər və elektron imzaların inkişaf etdirilməsini hədəfləyir.

Analitik hesabat haqqında ətraflı məlumatı aşağıda qeyd olunan linklər vasitəsilə əldə edə bilərsiniz: · https://www.weforum.org/whitepapers/reimagining-digital-identity-a-strategic-imperative · http://www3.weforum.org/docs/WEF_Trustworthy_Verification_of_Digital_Identities_2019.pdf

“Asan İmza” haqqında:

Həllin mobilliliyi və istifadədə rahatlılığı sayəsində “Asan İmza” vətəndaşlar və biznes mühitində artan populyarlıq əldə etmiş və mobil hökumətin açar komponenti hesab edilməkdədir. Hal-hazırda 600-dən çox dövlət və özəl elektron xidmətləri öz sistemlərində “Asan İmza”dan istifadə edirlər. “Asan İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə də inteqrasiya olunmuşdur. Onun köməyilə elektron vergi bəyannamələrinin verilişi, mal və transsərhəd xidmətlərinin gömrük xidmətində bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir. http://www.asanimza.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...