Bu gün, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT
Bu gün, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...
Bu gün, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
Bu gün, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ
Bu gün, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
Bu gün, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi
Bu gün, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...
Bu gün, 15:00- "Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ
Bu gün, 14:20- BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...
Bu gün, 13:48- Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”
Bu gün, 12:19- Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA
Bu gün, 11:12- Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət
Bu gün, 10:34- Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev
Bu gün, 09:54- Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA
Bu gün, 09:28- "6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...
Bu gün, 08:47- Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi
Dünən, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”
Dünən, 19:35- Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR
Dünən, 18:48- 16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi
Paytaxt Bakıda və digər yaşayış məntəqələrində daşınmaz əmlaka sahib olanlar bir neçə gün sonra kütləvi şəkildə cərimələnə bilər. Buna əsas yaradan səbəb daşınmaz əmlakın icbari sığortası barədə qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən düzəlişdir.
Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minib. Lakin bu qanun demək olar ki, işləməyib. Nəticədə daşınmaz əmlakın icbari sığortasından yayınmaya görə cərimə cəzalarının tətbiqi haqda düzəliş qəbul edilib. Beləliklə, qanuna görə 2020-ci il yanvarın 1-dən etibarən Bakı şəhərində daşınmaz əmlaka sahib olanlar 50 manat illik sığorta haqqı ödəyərək əmlaklarını sığorta etdirməlidir. Sığorta haqqı Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.
Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiqi isə "İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsi ilə tənzimlənir.
İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortasına nəzarət mexanizmi ilin əvvəlindən işə düşməliydi. Belə ki, İcbari Sığorta Bürosunun sistemində "kupça"sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin e-mailinə və yaxud telefonuna mesaj göndəriləcək.
Lakin fiziki olaraq yanvarın 20-nə qədər bütün daşınmaz əmlak sahiblərinin öz əmlaklarını sığorta etdirməsi mümkün görünmür. Bunun üçün təxminən iki həftə ərzində bütün ölkə boyu əmlak sahibləri sığorta şirkətləri ilə kütləvi şəkildə müqavilələr bağlamalıdır. Əgər bu baş verməsə cərimə mexanizmi işə düşməlidir.