Anons

Bu gün, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Bu gün, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Bu gün, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Bu gün, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Bu gün, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Bu gün, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

ADU-da “Azərbaycanın Mehriban siması” kitabı təqdim olunub

Tarix:28-12-2019, 11:12

ADU-da “Azərbaycanın Mehriban siması” kitabı təqdim olunub Dekabrın 27-də Azərbaycan Dillər Universitetində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitabın təqdimat mərasimi keçirilib. “Azərbaycanın Mehriban Siması” adlanan kitabın müəllifi siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevdir.

ADU-nun Tələbə Həmkarlar Təşkilatının sədri Şahin Sərdarlı qonaqları salamlayıb, onları universitetdə görməkdə məmnun olduğunu bildirib.

ADU-nun rektoru, akademik Kamal Abdulla kitabın əhəmiyyətindən danışıb. Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı olan bir şəxsiyyətin, cəmiyyətin səsinə səs verən, hər zaman xalqının yanında olan Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva haqqında yazılan fikirləri yüksək qiymətləndirib. Rektor bildirib ki, Azərbaycan qadınları üçün gözəl nümunə olan Mehriban Əliyeva ölkə daxilində və xaricində keçirdiyi görüşlərdə Azərbaycan haqqında çıxışları, apardığı fikir mübadilələri ilə özünün dərin biliyə, geniş erudisiyaya malik olduğunu yüksək səviyyədə nümayiş etdirib.

Sonra tələbələr məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında yazılmış bu fundamental əsər beş fəsildən ibarətdir. Kitabda Mehriban Əliyeva Azərbaycan qadınının müasir obrazı, Mədəniyyət Diplomatiyası: İctimai Missiyanın Uğur Salnaməsi, Sülh Carçısı: Milli və Bəşəri İdealların Hamisi, Heydər Əliyev Fondu Azərbaycanın zəngin milli-maddi sərvəti, Mehriban Əliyevanın İctimai-siyasi portretinin əsas cizgiləri istiqamətində qələmə alınan məqalələr, ictimai-siyasi motivli yazılar yer alıb. Müəllif kitabda Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti tarixinin nümunələrini bütün dünyaya çatdırmasını, eləcə də, elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyətinin ölkədəki quruculuq proseslərinə müsbət təsirindən söz açıb. Bütün bunlar “Azərbaycanın Mehriban siması” adlı kitabında ciddi elmi əsaslar və faktlarla əks olunub.

Kitabın müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayev tələbələrin marağına səbəb olan bu kitabın xarici dillərə tərcümə olunmasının vacibliyindən danışıb. Bu işdə tələbələrin yaxından iştirakının onların bilik və bacarıqlarının artırılması istiqamətində əhəmiyyətli məqam olacağına inandığını söyləyib.

Tədbir tələbələrin sualları ilə başa çatıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...