Anons

Bu gün, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Bu gün, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Bu gün, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Bu gün, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Bu gün, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Bu gün, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Bu gün, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Bu gün, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Bu gün, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Bu gün, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Bu gün, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi genişləndiriləcək

Tarix:25-12-2019, 10:41

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi genişləndiriləcək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 24 dekabr 2019-cu il tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşlaşdırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğuğunu bir daha təsdiq edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncamın imzalandığı gün, dekabrın 24-də Prezident İlham Əliyev Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxışı zamanı “Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Bu, deyə bilərəm ki, çox nadir hallarda dünya miqyasında baş verir. Hesab edirəm ki, Azərbaycan bu sahədə ən düzgün siyasət aparır. Çünki bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə o vətəndaşlar ki, öz həyatını Vətən uğrunda qurban vermişdir və sağlamlığını itirmişdir. Bundan sonra da bu siyasət davam etdiriləcək” deyə vurğulayıb. 24 dekabr 2019-cu il tarixli Sərəncam da bu siyasətin uğurla davam etdirildiyini özündə təcəssüm etdirir.

Sərəncamda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə 20 milyon 610 min manatın ayrılması tapşırılır ki, bu da respublikamızın bölgələrində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni fərdi yaşayış evlərinin tikintisi işlərinin uğurla davam etdirilməsinə təminat verir.

Eyni zamanda, Prezident İlham Əliyev gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsinin nəzərdə tutulduğunu bildirib. Göründüyü kimi, dövlət başçısının şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı həmin insanların mənzillə təminatı tədbirlərinin gələn il də yüksələn xətt üzrə davam edəcəyinə, növbəti ildə daha 1500 şəhid ailəsinin və müharibə əlilinin mənzillə və fərdi evlərlə təmin ediləcəyinə zəmin yaradır. Yeni Sərəncam da bu məqsədə doğru atılan mühüm bir addımdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...